Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin Azərbaycan üzrə koordinatoru Qubad İbadoğlu açıqlama yayıb.
“Mediaforum”un yazdığına görə, o deyib ki, Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrlə Avropa Birliyinin noyabrda Vilnüsdə imzalanacaq Assosiativ Sazişdən Azərbaycanın kənarda qalması pis əlamətdir: “Ermənistan bu həftəyə qədər prosesə hazır görünsə də, Gömrük İttifaqı ilə bağlı açıqlama vəziyyəti dəyişib. Təəssüf edirəm ki, Azərbaycan hökuməti Avropaya inteqrasiya yolunda bu şansı dəyərləndirə bilmir. Bəs görəsən, bizim yolumuz haradır? Bu hökumət bizi hara aparır?
Azərbaycanla Dərinləşdirilmiş və Hərtərəfli Azad Ticarət Sazişi də imzalanmayacaq. Bu isə o deməkdir ki, Avropa bazarına neftdən başqa digər məhsul və xidmətlə çıxa bilməyəcəyik. Hazırkı vəziyyət Azərbaycana yalnız siyasi cəhətdən deyil, həm də iqtisadi baxımdan problemlər yaradır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?