GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Aydın Əliyevlə Fazil Məmmədovun korrupsiya «pas»laşması

Aydın Əliyevlə Fazil Məmmədovun korrupsiya «pas»laşması

Tarix: 17-12-2012, 12:18 Bölmə :İqtisadiyyat Baxış: 1 533
Aydın Əliyevlə Fazil Məmmədovun korrupsiya «pas»laşması
Ölkəyə gələn mallardan çirkli pullar necə qazanılır?

İş adamları başına gələnləri «Gündəm xəbər»ə danışdı

gundemxeber.az Ötən saylarımızın birində iranlı «tır» sürücülərinin Azərbaycan ərazisində-sərhəd keçid məntəqəsində və yollarda üzləşdikləri qanunsuzluqlar haqda yazmışdıq. Bundan sonra redaksiyamıza bir qrup iş adamı müraciət edərək onlara qarşı törədilən əməllər, ölkəyə gətirilən mallarla bağlı baş verən maliyyə maxinasiyaları haqda danışdı. Sahibkarların sözlərinə görə Azərbaycanda azad iqtisadi fəaliyyət, biznesin inkişafı və sahibkarlara yardım haqda deyilənlər hamısı cəfəngiyyatdır. Reallıqda ölkəyə mal gətirən və burda iş quran biznesmenlər qoşa qanadlı korrupsiya mafiyası ilə üz-üzə qalıblar. Onların sözlərinə görə

Hər şey elə gömrükdən başlayır

Sahibkarlar qanunun tələb etdiyi şəkildə ölkəyə mal gətirərkən rəsmi müraciət edərək yük götürmə bəyannaməsi təqdim etdiklərini bildirirlər: «Ancaq yük götürmə bəyannaməsinin təqdim olunması heç də o demək deyil ki, bu bəyannaməni tez bir zamanda qeydiyyata alınacaq. Bəzən bu proses həftələrlə uzadılır və əgər gətirilən mal ərzaq məhsuludursa, onda onun xarab olmaq təhlükəsi belə gömrük işçilərini narahat etmir. Əgər bu sistemdə təzəsənsə və ölkəyə birinci dəfədir mal gətirirsənsə onda bəyannamənin qeydiyyata alınması prosesi daha da uzanacaq. Yox əgər əvvəllər bu prosesdən keçmisənsə onda gətirdiyin mala məsul olan «broker»-ə müraciət etməlisən.»
İş adamlarının sözlərinə görə bəzən gömrük idarələrində çalışanlar özləri mal alış-verişində «təzə» olanları real qaydalarla və brokerlərlə tanış edirlər. Həmin brokerlərin müdaxiləsi və birbaşa iştirakı olmadan hər hansı malı ölkəyə keçirmək, onun bəyannaməsini qeydiyyata saldırmaq mümkün deyil. Sahibkarlar bildirir ki, Azərbaycana idxal edilən

Hər bir malın öz meneceri - yəni brokeri olur

Gətirilən mal da elə onun adına rəsmiləşdirilir və bu mala görə rüşvət də ona çatdırılır. Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilərlər. Bu, mərkəzləşmiş korrupsiya sistemidir və bu sistem gömrükdən də yuxarı orqanlardan idarə edilir.
Qonaqlarımız deyir ki, hər bir sahibkar həmin brokerlə anlaşmağa məcburdur: «Gömrükdə yazılmamış elə qanunlar var ki, onu heç kim poza bilməz. Həmin qaydaların pozulması xaricdən gətirilən malın qeyri-müəyyən müddətə Gömrükdə saxlanmasıyla nəticələnə bilər. Qeyri-müəyyən müddətə malın buraxılmaması isə mal sahibinə ciddi ziyan düşməsilə nəticələnir. Əvvəla, malın hər gün gömrükdə saxlanmasına bir neçə yüz manat pul ödənilir, yəni yük nə qədər çox qalarsa bu o qədər ziyan deməkdir. Bir də baxır sahibkar xaricdən nə gətirir. Əgər tez xarab olan mal gətirirsə burda gec razılaşma mal sahibinə iki tərəfli zərbə vurur, həm mal xarab olur, həm də cərimələr artır.» Sahibkarların danışdığı mexanizm həmin brokerlərin əslində

Böyük korrupsiya oyunu

üzərində nəzarəti həyata keçirdiyini göstərir. Bizə müraciət edən sahibkarların hamısı bildirir ki, brokerlər ölkəyə gətirilən mallara həm haqq qoyur, həm də sənədlərin dəyişdirilməsini tələb edir. İş adamının fikrincə, brokerin sənədləri dəyişməkdə məqsədi malın həcmini azaltmaq idi. Bununla malın vergisi azalır, ancaq toplanan rüşvətin həcmi artmış olur: «Xaricdən gətirdiyimiz hər 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə bizdən alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, vergi də həmin o, iki manatdan ödənilir. Ona görə vergi orqanı, istənilən hüquq-mühafizə orqanı məsələni araşdıranda qanunsuzluqları aşkar edə bilir. Bununla istənilən iş adamını istədikləri vaxt «ilişdirmək» şansını qoruyurlar». Yeri gəlmişkən elə buradaca qeyd edək ki, Azərbaycan gömrük sistemində ölkəyə gətirilən(həm də ölkədən çıxarılan) mallar üzərində aprarılan əməliyyatlar zamanı

Böyük pulların büdcədən gizlədilməsi

rəsmi məlumatlarda da öz təsdiqini tapır. Gömrükdə hazırda idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Başqa sözlə, dövlətə rüsumu az ödəyib, qalanı nağd şəkildə ciblərinə qoysunlar.
Gömrükdə aparılan rəsmiləşdirmələrdə idxal olunan məhsulların dəyəri kəskin şəkildə aşağı göstərilir və əvəzində yüksək miqdarda rüşvət alınır. Son 3 ildə Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitlərdə ciddi fərq olmadığını, xarici ticarət dövriyyəsinin isə 2 dəfəyə yaxın artdığını da nəzərə aldıqda 2007-2010-cu illərdə də ən azı bu həcmdə məhsulun qeydiyyatdan yayındırıldığını söyləyə bilərik. Yəni 2003-cü ildən bu yana ən azı 40 milyard dollarlıq məhsulun qeydiyyata alınmadığını ehtimal edə bilərik. Orta hesabla bu məhsullardan 40 faiz həcmində idxal vergi və rüsumlarının yığılmalı olduğunu qəbul etsək, onda son 7 ildə təxminən 16 milyard dolların büdcədən yayındırıldığını söyləmək olar. Ancaq təbii ki, bu da büdcədən yayındırılan rəqəmin tam həcmi deyil, söhbət

Milyardlar

qazanılmasına hesablanan bir oyundan gedir. Sahibkarların sözlərinə görə onların üzləşdikləri qanunsuzluqlar gömrük sistemi ilə yekunlaşmır. Düzdür əsas proses məhz burda həyata keçirilir: «Belə ki, gömrük sənədlərində ət dəyərindən 5, quş əti 7, balıq 11, banan 10 dəfə və sair ucuz rəsmiləşdirilir. Həmçinin Rusiyada 123 dollara alınan taxta Azərbaycan gömrüyündə 45 dollara, tonu 61 dollara alınan sement 51 dollara rəsmiləşdirilir və s.» Ölkəyə gətirilən avtomobillərin dəyəri isə dəfələrlə aşağı göstərilir.
Həmsöhbətimiz olan iş adamları deyirlər ki, normal bizneslə məşğul olmaq üçün gərək gətirdiyin malın Gömrük bəyannaməsi, hesab qayiməsi əlində olsun. Vergi yoxlaması olanda görünsün ki, mal neçəyə alınıb. Amma bu sənədlər olmayanda və ya saxtalaşdırılanda vergi də real qazancın nə qədər olduğunu bilmir və həmin saxta sənədlərə əsaslanaraq yüksək gəlir hesablayır.
Azərbaycana çatanda həmin malın hesab qayiməsi dəyişdirilir. Malını gömrükdən keçirən sahibkar sonra vergi orqanlarıyla dil tapmağa çalışır. Elə bu səbəbdən də Azərbaycana mal idxal edən sahibkarlar baş verənləri

Gömrükdən vergiyə korrupsiya «pas»ı

adlandırır ki, bu pas da hər zaman iş adamlarının qapısına vurulan qolla nəticələnir. Gömrükçülər yalnız büdcəyə çatası vəsaitin böyük hissəsini mənimsəmirlər. Həm də sahibkarların gələcəkdə ölkəyə gətirdikləri malı satarkən vergi orqanlarına asan «yem» olmaları üçün şərait yaradırlar. Korrupsiy prosesinin ikinci mərhələsində vergilər nazirliyinin əməkdaşları aktiv rol oynayır: «Artıq gömrükdə dəyişdirilmiş sənədlər bizim vergi məsələlərimizdə qanundan kənar yollara əl atmağımıza səbəb olur»-deyə qonağımız olan iş adamları bildirir.
Azərbaycanın gömrük və vergi sistemində korrupsiyanın, rüşvətin tüğyan etməsi barədə saysız-hesabsız faktlar mövcuddur. Artıq ölkədə kimsə gömrükdə və ya vergi orqanları tərəfindən rüşvət tələbi ilə üzləşdiyini açıqladıqda, buna adi hal kimi yanaşılır.

Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı aeroportunda sahibkarlara qan udduran MTN-çilər yoxa çıxıb

    Bakı aeroportunda sahibkarlara qan udduran ...

    30-10-2015, 23:28

  • 
  • Astara gömrüyündə korrupsiya

    Astara gömrüyündə korrupsiya ...

    23-12-2012, 10:45

  • 
  • Aydın Əliyevlə Fikrət Məmmədovun korrupsiya «paslaşması»

    Aydın Əliyevlə Fikrət Məmmədovun korrupsiya ...

    24-12-2012, 12:12

  • 
  • Gömrük rəisi Aydın Əliyevi də saymır

    Gömrük rəisi Aydın Əliyevi də saymır ...

    25-03-2014, 22:22

  • 
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu