GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Yüngül devalvasiya VACİBDİRMİ? - Ekspert danışır

Yüngül devalvasiya VACİBDİRMİ? - Ekspert danışır

Tarix: 3-12-2020, 12:55 Bölmə :İqtisadiyyat Baxış: 497
Yüngül devalvasiya VACİBDİRMİ? - Ekspert danışır


Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına ciddi zərər vurdu və vurmağa davam edir. Ölkənin pandemiya və onun müxtəlif sahələrə, vətəndaşlara vurduğu zərərləri aradan qaldırmaq üçün xərclədiyi vəsaitin həcmi 2 milyard manatdan yuxarıdır. Xərclərin artması ilə yanaşı, dövlətin gəlirlərində də kəskin azalma var. Bir tərəfdən əsas gəlir mənbəyimiz olan neftin dünya bazar qiymətindəki ucuzlaşma nəticəsində 4 milyard manata yaxın mümkün gəlirdən məhrum olmuşuq. Eyni zamanda pandemiyadan zərərçəkən sahələrə verilən vergi və sosial güzəştlər, həmçinin xarici ticarətin həcmində azalmalar nəticəsində dövlət büdcəsinə vergi-rüsum daxilolmalarında kəskin azalma var.

Pandemiya ilə eyni vaxtda Azərbaycanın işğal altında olan ərazilərini azad etmək uğrunda həyata keçirdiyi 44 günlük hərbi əməliyyatlar kifayət qədər böyük vəsaitlər hesabına başa gəlib. Nəhayət, qarşıda azad olunan 900-dək tamamilə dağıdılmş yaşayış məntəqəsini bərpa etmək kimi ağır proses durur. İlkin qiymətləndirmələrə görə, bu proses on milyardlarla dollar vəsait tələb edəcək.

Azərbaycan dövləti bu qədər ağır xərclərin öhdəsindən gələ biləcəkmi? Məlumdur ki, ölkənin əsas gəlir mənbəyi neftdir. Neftin qiymətindəki azalma ondan gəlirlərimizi də kəskin azaldıb. Rəsmi məlumatlara əsasən, bu ilin on ayında Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 miyard 336 milyon dollar təşkil edib.

Bundan başqa, on ayda fonda “Şahdəniz” yatağından qaz və kondensat satışından 276 milyon dollar daxil olub.

Neft Fondu faktiki olaraq Azərbaycanda təhlükəsizlik yastığı rolunu oynamağa başlayıb. Pandemiyanın zərərlərini qarşılamaq üçün avqust ayında dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra Neft Fondundan büdcəyə transfertin həcmi 850 milyon manat artırılaraq 12 milyard 200 milyon manata çatdırılıb. İndi isə ölkə koronavirusun daha ağır dalğası ilə üzləşib. Nazirlər Kabneti yanında Operativ Qərargah ən azı 2 həftəlik sərt karantin tədbirlərinin qaçılmaz olduğu qənaətindədir. Bu isə iqtisadiyyatın zərərlərinin daha da artması deməkdir. Bu, eyni zamanda dövlətin biznesə, ev təsərrüfatlarına yönəlik dəstək tədbirlərinin dəyərinin artması deməkdir.

Baş verənlər göstərir ki, Vətən müharibəsi ilə bağlı müzakirələri təxirə salınan dövlət büdcəsi layihəsinə xərclərin artırılması baxımından dəyişikliklər olunması zərurəti yaranıb. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu il Neft Fondunun gəlirləri 7,8 milyard manat, xərcləri isə 12,5 milyard manat olacaq: “Bu, fondun büdcəsində 4,7 milyard manat kəsirin yaranması deməkdir və kifayət qədər ciddi rəqəmdir.

2021-ci ilin büdcəsi hələ parlamentə təqdim edilməyib, səbəbi məlumdur - Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Deməli, gələn il büdcə xərcləri ciddi artmalıdır - bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur".

Ekspert deyir ki, bu il Azərbaycanda iqtisadiyyat 4-4,5 faiz daralacaq: “ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxilolmalar azalır, azalacaq. İqtisadiyyatın ”ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi - nə qədər mümkün idisə o qədər “ağartdılar”, deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-ci ildə mümkün deyil.

Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15 faiz artacaqsa, deməli, gələn il Neft Fondundan 4-5 milyard manat əlavə pul götürülməlidir. Yəni fonddan azı 17 milyard manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 milyard dollar edir. 2021-ci ildə fond, ən yaxşı halda 8 milyard manat qazanacaq, deməli, fondun 2021-ci il kəsri 9 milyard manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü fondun üzərinə yıxsaq, bu, dayanıqlı model olmayacaq".

N.Cəfərlinin fikrincə, yaranmış vəziyyətdə yüngül devalvasiyaya gedib (15-20 faiz) fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır: “Paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır - başqa yol şəxsən mən görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik - bunun üçün isə tək Neft Fondu kifayət deyil”.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DGK-nın uğur kimi təqdim etdiyi statistikanın gizlinləri – ƏSLİNDƏ NƏ BAŞ VERİR?

    DGK-nın uğur kimi təqdim etdiyi statistikanın ...

    20-07-2020, 14:52

  • 
  • Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb

    Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb ...

    22-11-2014, 00:02

  • 
  • İran-Qərb anlaşması Azərbaycanda büdcə böhranı yarada bilər

    İran-Qərb anlaşması Azərbaycanda büdcə böhranı ...

    26-11-2013, 00:51

  • 
  • Gələn ilin büdcəsi açıqlandı  hərbi xərclər cəmi 1 milyard dollar oldu

    Gələn ilin büdcəsi açıqlandı hərbi xərclər cəmi 1 ...

    29-09-2016, 20:57

  • 
  • Ucuz neft qiymətlərinin Azərbaycana təsirləri - ekspert rəyləri

    Ucuz neft qiymətlərinin Azərbaycana təsirləri - ...

    22-04-2020, 10:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
Bet-Boom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu