GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativ

SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativ

Tarix: 17-12-2020, 17:10 Bölmə :İqtisadiyyat Baxış: 662
SOCAR istiqrazları: fond bazarının drayveri və əmanətlərə ən yaxşı alternativ


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaxın vaxtlarda dollar istiqrazlarının daha bir emissiyasını planlaşdırır. Müvafiq müraciət artıq Azərbaycan Mərkəzi Bankında (AMB) baxılsa da, emissiyanın parametrləri hələlik açıqlanmayıb. Bundan əvvəl 2016-cı ildə buraxılan hər istiqrazın nominal dəyəri 1 000 ABŞ dolları, müddəti 5 il, illik gəlirliyi isə 5 faiz təşkil edirdi.

SOCAR istiqrazlarının ölkə fond bazarına müsbət təsiri şəksizdir. Belə ki, ilk günlərdən bu istiqrazlar bazarı canlandıran, yeni investorlar cəlb edən mühüm amil olub bank əmanətləri üçün də güclü alternativə çevrildi.

2015-ci ildə, yəni SOCAR istiqrazlarının buraxılmasından əvvəl Bakı Fond Birjasının ümumi dövriyəsi 35,6 faiz azalaraq 8,5 milyard manatadək geriləmişdi. O zaman istiqraz bazarının ən böyük oyunçusu olan Azərbaycan İpoteka Fondu ilkin bazarda 45,4 milyon manat, təkrar bazarda isə 1,5 milyard manat həcmində öz qiymətli kağızlarını yerləşdirmişdi.

Bütövlükdə korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği cəmi 25,6 milyon manat, təkrar bazarda isə 263,7 milyon manat olub.

2016-cı ilin əvvəlində 100 milyon ABŞ dollarlıq emissiya ilə bazara daxil olan SOCAR ölkə fornd bazarına xas başlıca problem olan pərakəndə investorlar üçün sadəlik və rahatlıq məsələsini yoluna qoydu.

Tarixdə ilk dəfə ASAN Xidmət mərkəzlərindən istiqraz almaq mümkün olmuşdu. Bunun üçün qaynar xətlər işləyirdi, ASAN əməkdaşları hər məsələdə yardım etməyə hazırdı, bu mühüm hadisə KİV-də də geniş işıqlandırıldı. Təsadüfi deyil ki, bir çoxları məhz o vaxt istiqrazlara sərmayəni özləri üçün kəşf etmişdilər.

Təkrar bazarda da böyük canlanma yaradan SOCAR istiqrazları ilə bir çox ən böyük əqdlər imzalanmışdı. Bütövlükdə həmin istiqrazlar buraxıldıqdan bu yana imzalanmış 2 300-dən artıq əqdlərin həcmi 193 milyon ABŞ dollarından çoxdur. Həmçinin bank depozitlərinə alternativ axtaranlar da bu istiqrazlarla maraqlanmağa başladılar. Həmçinin SOCAR istiqrazları ölkə iqtisadiyyatı üçün xeyli çətin dövrdə buraxıldı. Belə ki, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə manatın devalvasiyası həyata keçirildi, il ərzində 10-dək bank bağlandı, Əmanətlərin Sığortalanması Fondu ətrafında söz-söhbətlər səngimir, bağlanan bankların əmanətçiləri pullarını geri almağa tələsirdilər. Bütövlükdə banklara etimadın xeyli sarsıldığı üçün sanballı alternativə ehtiyac duyulurdu.

Bir qədər sonra SOCAR istiqrazları alan investorlar REPO əməliyyatları keçirərək 15 faiz dərəcəsində qısamüddətli manat kreditləri almaq imkanı da əldə etdilər. Üstəlik istiqraz sahibləri faizdən rüblük kupon ödənişləri də almağa davam edirdilər. Hazırda SOCAR istiqrazları üzərindən REPO əməliyyatlarının ümumi həcmi 36 milyon ABŞ dollarından artıqdır.

“Report”a açığlamasında maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli SOCAR istiqrazları sayəsində daha əvvəl qiymətli kağızlardan uzaq olan minlərlə vətəndaşın fond bazarına gəldiyini qeyd edib. Bu mənada SOCAR kapital bazarlarının inkişafına mühüm töhfə verib. Kapital bazarları da hazırda ölkə iqtisadiyyatını daha dayanıqlı vəziyyətə gətirməkdə kömək olur.

"SOCAR istiqrazları sayəsində daha əvvəl qiymətli kağızlardan uzaq olan minlərlə vətəndaş fond bazarına gəldi"

Ekspertin sözlərinə görə ilk emissiyadan əvvəl SOCAR daxili bazarın tələbatlarını ətraflı təhlil etmişdi: “İstiqraz emissiyasının parametrləri bazarın ehtiyaclarına uyğundu və bu da onlara yüksək tələbatı təmin etdi”.

Ekspert həmin istiqrazların təkrar bazarda likvidliyi təmin edən mühüm amil olmaqla həm də qiymətli kağızlar buraxmağın nə qədər mənfəətli olduğunu hamıya nümayiş etdiyini də diqqətə çatdırıb:

“SOCAR-dan əvvəl bazarda kiçik həcmdə istiqrazlar emissiyası olub. Yalnız bundan sonra bazarın daha böyük emissiyaları qəbul etmək iqtidarında olduğu hamıya əyan oldu. Yəni bu mənada SOCAR pioner oldu”.

Ekspert bu yaxınlarda 20 milyon ABŞ dolları həcmində 4 faizlik gəlirliyə, 3 il dövriyə müddətinə malik istiqrazlar buraxmış “AzerGold” şirkətini misal çəkib.

Qeyd edək ki, SOCAR istiqrazlarının ilk dəfə 5 faizlik gəlirlik səviyyəsilə buraxıldığı 2016-cı ilin 1 yanvar tarixində xarici valyutada əmanətlərin orta faiz dərəcəsi 8,06 faiz olub. Sonradan həmin göstərici get-gedə azalaraq bu gün 1,71 faizədək geriləsə də, SOCAR istiqrazlarının gəlirlik səviyyəsi yüksək səviyyədə qaldı. Bununla yanaşı, SOCAR investorların kupon ödənişlərini mütləq alacağına zəmanəti verir. Belə ki, SOCAR istiqrazlarının investorları indiyədək 20 milyon ABŞ dolları məbləğində dividend alıblar. Həm də ödənişlərini mütəmadi olaraq hər rüb alırlar.

C.İbrahimlinin sözlərinə görə, hazırda SOCAR istiqrazları ilə təkrar bazarda əməliyyatlar aparmaqla 3-3,5 faizlik gəlir əldə etmək mümkündür. O hesab edirki, yeni emissiyanın gəlirlik səviyyəsi 4 faizdən artıq olmayacaq:

“Hər bir şirkət kimi SOCAR da əsasən bazarın ehtiyaclarını diqqətə alır. Bu gün 3-3,5 faiz gəlir gətirən istiqraz alanlar varsa, daha yüksək faizli kağız buraxıb əlavə xərcə düşməyə nə hacət? Əlbəttə, SOCAR da istiqrazlarının rəqabətli olmasını istəyir. Lakin bazardakı vəziyyət dəyişib, yüksək faizlərə ehtiyac yoxdur. Çünki rəqiblərin istiqrazları da haradasa bu səviyyədə gəlir gətirir”.

Beləliklə, SOCAR istiqrazları ölkə fond bazarına xeyli təsir göstərib. Pərakəndə investorlar fond bazarında qazanc imkanlarını gördülər. Nəticədə evlərdə döşək altında yatıb qalan xeyli pul vəsaitləri hərəkətə gələrək iqtisadiyyatın canlanmasına təkan verdi. Qarşıdan gələn yeni emissiyanın da müsbət təsir göstərəcəyini gözləmək olar.

Azad Həsənli, maliyyə eksperti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gələn həftə SOCAR istiqrazlarının növbəti faiz ödənişi baş tutacaq

    Gələn həftə SOCAR istiqrazlarının növbəti faiz ...

    11-01-2019, 16:29

  • 
  • SOCAR yeni istiqrazlar buraxacaq

    SOCAR yeni istiqrazlar buraxacaq ...

    17-10-2019, 11:40

  • 
  • İpoteka faizləri aşağı salınır — ŞAD XƏBƏR

    İpoteka faizləri aşağı salınır — ŞAD XƏBƏR ...

    6-11-2017, 23:13

  • 
  • İpoteka Fondundan yenilik

    İpoteka Fondundan yenilik ...

    17-12-2012, 12:57

  • 
  • 2012-ci ildə qiymətli kağızlar bazarında yalnız təkrar səhm bazarı artıb

    2012-ci ildə qiymətli kağızlar bazarında yalnız ...

    1-02-2013, 11:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu