Bu keçilər ildə 800-1000 litr süd, ildə 2 dəfə bala vermə qabiliyyətinə malikdirlər
Azərbaycan Azərbaycana xaricdən 1000 manat qiyməti olan keçilər gətirilir. Yeni gətirilən damazlıq keçilər Fransanın Alpin, Hollandiyanın Saanen cinsləridir. Gətirilən heyvanların əsas üstünlüyü onun süd vermə qabiliyyəti sayılır. Bu keçilər ildə 800-1000 litr süd verə bilir. Bu da yerli keçı növlərindən dəfələrlə artıqdır.
Aqrolizinq Açıq Səhmdar Cəmiyyətindən deyirlər ki, hazırda 670 baş keçı gətirilib, daha 300 keçi isə sifariş olunub. Cəmiyyətin sədri bildirir ki, keçilər Ağcabədidə fəaliyyət göstərən özəl şirkət tərəfindən sifariş edilib, yəni artıq əvvəlcədən satılıb. Maraqlıdır ki, qiymətin kifayət qədər baha olmasına baxmayaraq tələbat da böyükdür.
Ümumilikdə, ölkəyə ilin sonuna kimi 2000 baş dişi və 120 baş erkək keçi gətiriləcək. Aqrolizinqdə əmin edirlər ki, bu keçilərin başqa iqlimə uyğunlaşması çox tez baş verir. Gətiriləcək bu keçilər ildə 2 dəfə bala vermə qabiliyyətinə malikdirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?