İlk dəfə olaraq əhalinin bu həyat qabiliyyəti parametri, həmçinin aztəminatlı vətəndaşların ehtiyac meyarı aydın müəyyən edilməyib gundemxeber.az Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl «2013-cü ilə yaşayış minimumu haqqında» AR qanununun tətbiqi ilə bağlı sərəncam imzalayıb. İlk dəfə olaraq əhalinin bu həyat qabiliyyəti parametri, həmçinin aztəminatlı vətəndaşların ehtiyac meyarı aydın müəyyən edilməyib, bu da hökumət səviyyəsində təyin olunan rəqəmlərin yenidən baxılması deməkdir. Sənədə əsasən, gələn ilin ilk rübü ərzində hökumət ölkə qanunlarının yaşayış minimumu və ehtiyac meyarına uyğunluğu ilə bağlı təkliflər təqdim etməlidir, Ədliyyə Nazirliyi 5 ay ərzində qərarların qanuniliyini müəyyən etməli və prezidentə məruzə etməlidir. Parlamentin payız sessiyasında qəbul etdiyi proqnoza görə, ölkə üzrə yaşayış minimumu 11 manat təşkil etməlidir, bu da cari ildən 8 manat, yaxud 4,7% çoxdur. Bu zaman əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat (2012-ci ildə – 116 manat), pensiyaçılar üçün – 94 manat (84 manat), uşaqlar üçün – 93 manat (87 manat) həcmində müəyyən edilib. Parlamentin proqnozuna görə, əhalinin aztəminatlı təbəqəsinə ünvanlı sosial yardımın göstərilməsi üçün ehtiyac meyarı 93 manat təşkil etməlidir. Bu il hər ailə üzvünə ayda 84 manat gəlir düşən ailələrə yardım edilirdi. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə yoxsulluq səviyyəsi 7,6% təşkil edib. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda əmək pensiyalarının minimal baza hissəsi 85 manat təşkil edir. 1-ci qrup əlillər 50 manat, 2-ci qrup – 40 manat, 3-cü qrup – 35 manat alır. Beləliklə hökumət 1,43 mln pensiyaçını kasıblar qrupuna daxil etmir. İqtisadi Araşdırmalar Mərkəzinin hesablamalarına görə, dekabrın 1-ə hər işləyən azərbaycanlının istehlak səbəti 168,95 manat təşkil edir. Pensiyaçılar üçün bu 151,96 manatdı, 14 yaşına qədər uşaqlar validenlərə 207,30 manata başa gəlir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?