Azərbaycanda bank əməkdaşı nazirliyə təyinat alıb.
GundemXeber.Az Banker.az-a istinadən xəbər verir ki, Ramin İbrahimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya təhlükəsizliyi şöbəsinə müdir təyin edilib. R.İbrahimov 2021-ci ilin ilk yanvarından nazirlikdə karyerasına davam edəcək.
R.İbrahimov 2019-cu ilin noyabrından 2020-ci ilin dekabrına qədər “Rabitəbank” ASC-nin İnformasiya təhlükəsizliyi şöbəsində müdir, 2017-ci ilin martından 2019-cu ilin noyabrına qədər isə “Unibank” ASC-də Sistem administratoru kimi çalışıb.
Xatırladaq ki, ƏƏSMN-də 17 şöbə fəaliyyət göstərir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?