2020-ci il ərzində SOCAR-da təşkil olunan 904 onlayn təlimdə 25 minə yaxın (24 min 835) şirkət əməkdaşı iştirak edib.
Gundemxeber.Az bildirir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Təlimlərin onlayn şəkildə keçirilməsi nəticəsində iştirakçıların sayı 2,6 dəfə artıb.
Bildirilib ki, “COVID-19” pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş karantin rejimi auditoriya şəraitində tədrisin təşkilinə də təsir göstərib.
Qeyd edilib ki, öyrənmənin və tədrisin davamlılığını təmin etmək, eləcə də əməkdaşları maarifləndirmək və şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə SOCAR tərəfindən onlayn təlim və vebinarlar ötən ilin mart ayından təşkil olunmağa başlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?