Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il ərzində dövlət büdcəsinə 1,62 mlrd. manat ödəyib.
Gundemxeber.Az SOCAR-a istinadən verdiyi məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən təqribən 1% artıb. 2019-cu ildə şirkətin büdcəyə ümumi ödənişlərində aşağıdakı vergilər əsas paya malikdir: aksiz vergisi 28%, əlavə dəyər vergisi 18%, mənfəət vergisi 16%, ixrac vergisi 10%, mədən vergisi 8%, gəlir vergisi 5%, əmlak vergisi, torpaq vergisi, yol vergisi, mənbədən vergi də daxil olmaqla digər vergi və ödənişlər ümumi ödənişlərin 15%-ni təşkil edib. SOCAR, həmçinin, hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 173,6 mln. manat vəsait ödəyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?