Türkiyə Podratçılar Birliyi iyul ayı üzrə “Tikinti Sənayesi Analizi” hesabatını yayımlayıb.
Oxu.Az-ın hesabata istinadən verdiyi məlumata görə, Türkiyənin podratçı şirkətləri ilin altı ayı ərzində 33 ölkədə 6,5 milyard dollar dəyərində 100 layihə icra edib və bu ölkələr arasında Azərbaycan da var.
Bildirilib ki, Türkiyənin podratçı şirkətlərinin layihə icra etdiyi ilk beş ölkə arasında Azərbaycan dördüncüdür. Belə ki, bu dövr Azərbaycanda 543 milyon dollarlıq tikinti layihəsi icra edilib.
Şirkətlər tərəfindən tikinti layihələri icra edilən digər ölkələrə Zambiya (1,3 milyard dollar dəyərində), Sloveniya (748 milyon dollar dəyərində), Qazaxıstan (674 milyon dollar dəyərində), Rusiya Federasiyası (405 milyon dollar dəyərində) daxildir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?