GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neft qiymətləri: hansı proqnozlar verilir və istehsalçı ölkələri nə gözləyə bilər?

Neft qiymətləri: hansı proqnozlar verilir və istehsalçı ölkələri nə gözləyə bilər?

Tarix: 18-11-2021, 16:59 Bölmə :İqtisadiyyat Baxış: 424

Neft gəlirləri Azərbaycan iqtisadiyyatının ən önəmli qaynağıdır. Gələn ilin dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat səviyyəsində proqnozlaşdırılır. Həmin gəlirlərin 12 milyard 710 milyonluq bölümü, yəni 47.3 faizlik hissəsi birbaşa Neft Fondundan transferlər hesabına qarşılanacaq.

Ölkənin ixrac gəlirlərinin də 90 faizə yaxınının neft-qaz sektorundan əldə edildiyi gözə alınsa, bu məhsulların ölkə iqtisadiyyatından ötrü nə qədər kritik önəm daşıdığı aydınlaşar. Bunlar öz yerində, amma bir sual da cavablanmalıdır: Gələn il neftin dünya bazarlarında qiymətləri ilə bağlı hansı gözləntilər var?

Hesablama Palatası nikbindir

Hesablama Palatasının 2022-ci il üçün dövlət büdcəsi layihəsinə rəyində bildirilir ki, bu ilin sonunda, eləcə də növbəti ildə neftə qlobal tələb əvvəlki illə müqayisədə artacaq. Həmin artımın koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi dinamikasına mütənasib olacağı da vurğulanır. Palatanın fikrincə, gələn il COVID-19 infeksiyasının cilovlanacağı ehtimalları neftə tələbi pandemiyadan öncəki həcmə də yüksəldə bilər.

Bu ilin ilk 9 ayı boyunca fiskal dəstək tədbirlərinin gerçəkləşdirilməsi, artan investisiyalar və digər stimullaşdırıcı addımlar toplam tələbi canlandırmaqla neftin qiymətini bahalandırmışdı. Həmin müddət ərzində ötən ilin ilk 9 ayı ilə müqayisədə "WTI" markalı neft üzrə 69.6 faiz, OPEC səbəti üzrə 64.5 faiz, "Brent" nefti üzrə isə 59.5 faiz bahalaşma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında "WTI" markalı neft üzrə orta qiymət 64.8 ABŞ dolları, OPEC səbəti üzrə 66.6 ABŞ dolları, "Brent" markalı neft üzrə isə 67.8 ABŞ dolları olub. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində qeydə alınmış orta neft tələbi ötən ilin orta tələb göstəricisindən 4.7 milyon barel/gün yüksək olub. Artan tələblə yanaşı, digər amillər də neftin bahalaşmasına təsir göstərib. ABŞ-da neft ehtiyatlarının azalması, Meksika körfəzində gözəçarpan problemlər buna misal sayıla bilər. Axı təklifin azalması baxımından həmin amillər neft qiymətlərinin yüksəlişinə müsbət təsir edib. Ancaq onu da nəzərə almaq lazımdır ki, koronavirusun yeni mutasiya ehtimallarının olması hələ də neftə tələblə bağlı gələcək mənzərənin tam aydınlanmasına imkan vermir.

OPEC də neftə tələbin artacağını düşünür

Neft ixrac edən ölkələrin birliyi olan OPEC də gələn il neftə qlobal tələbin artacağını proqnozlaşdırır. OPEC-in açıqladığı bilgilərə görə, bu ilin sonunda toplam neft tələbinin 96.7 milyon barel/gün olacağı proqnozlaşdırılır. Pandemiyadan öncə - 2019-cu ildə bu göstərici 100.03 milyon barel/gün idi. Ötən il həmin göstərici azalaraq 91.7 milyon barel/günə enmişdi. Qurumun analitikləri gələn il bu göstəricinin 2019-cu ildən də yüksək olacağını – 100.83 milyon barel/günə çatacağını düşünürlər.

Neftin bir barelinin orta qiyməti ilə bağlı bir çox qurum da öz göstəricilərini açıqlayıb. Əksər proqnozların 60 dolları aşması diqqətçəkən əsas məqamlardan biridir.

Azərbaycanda büdcə gəlirləri hesablanarkən neftin bir barelinin orta qiyməti 50 dollar məbləğində hesablanıb. Neft resurslarına sahib Rusiya və Qazaxıstanda da neftin gələnilki qiymətlərinin 60-62 dollar civarında olacağı ehtimal edilir.

Cədvəl: 2022-ci ildə neftin qiymətinə dair proqnozlar

Goldman Sachs - 90 dollar

Morgan Stanley - 85 dollar

Barclays - 77 dollar

ABŞ Enerji İnformasiya Administrasiyası - 72 dollar

Avropa Mərkəzi Bankı - 67.3 dollar

Beynəlxalq Valyuta Fondu - 64.5 dollar

Fitch - 55 dollar

Neftlə yanaşı, təbii qaz və kömür də bahalaşıb

Onu da qeyd etmək lazımdır ki, neftlə yanaşı, digər enerji xammalının, özəlliklə təbii qazın qiymətlərində bahalaşma baş verib. Bunun başlıca səbəbləri sırasında azalan ehtiyatlarla yanaşı, Rusiya ilə Norveçin təbii qaz təklifinə məhdudiyyət tətbiqi də təsirsiz ötüşməyib. Belə təsirlər nəticəsində Avropada təbii qaz rekord səviyyədə bahalaşıb. OPEC-i bilgilərinə görə, qazın qiyməti sentyabrda əvvəlki ayla müqayisədə Avropa üzrə 48.1 faiz, ABŞ üzrə isə 26.2 faiz daha baha olub.

Digər bir enerji xammalı olan kömürün də qiymətlərində bahalaşma qeydə alınıb. Asiyada, özəlliklə dünyanın ən böyük ikinci iqtisadiyyatı və kömürün əsas istifadəçisi Çində sənaye fəaliyyətinin yüksəlməsi bu resursa tələbi canlandırıb. Digər tərəfdən, kömürə təklifin azaldılması kömürün dünya bazarlarında əsas tədarükçülərindən sayılan Avstraliya, İndoneziya kimi ölkələrdə bu yanacağın aylıq 10 faizə yaxın bahalaşmasına gətirib çıxarıb. Bu, 2008-ci ildən sonra qeydə alınan ən yüksək bahalaşma tempidir./Azadlıq Radiosu/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,5%, xərcləri 7,3% artırılır

    Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,5%, ...

    23-10-2018, 12:23

  • 
  • "Hakimiyyət gələcək nəsillərin pulunu xərcləməkdə davam edir"

    "Hakimiyyət gələcək nəsillərin pulunu ...

    8-10-2019, 11:20

  • 
  • Nazirdən bədbin proqnozlar: “Azalacaq...”

    Nazirdən bədbin proqnozlar: “Azalacaq...” ...

    13-10-2015, 13:51

  • 
  • Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 milyard manat artırılır

    Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 ...

    17-02-2016, 14:38

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu