Neft Fondunu iqtisadi idarəetmə yox, alverçi psixologiyası ilə idarə olunur
gundemxeber.az Neft Fondunun Londonda 177 milyon funt-sterlinq dəyərində mülk alması qanunidir. Bunu Turan-a İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu verib. O, iki il öncəyə qədər Fondun investisiya yatırımı etməyə, bazarlarda aktivlər almağa hüquqi əsasının olmamasını nəzərə çatdırıb. Amma 2011-ci ildə Fondun fəaliyyətini tənzimləyən hüquqi- normativ sənədlərə edilən dəyişikliklərdən sonra qurum investisiya yatırımı etmək, qiymətli metallar, aktivlər, daşınmaz əmlak almaq hüququ qazanıb. “Amma bu prosesin nə dərəcədə şəffaf olması, ödənilən dəyərin alınan mülkə adekvat olub-olmaması xüsusi araşdırma tələb edir”, -Q.İbadoğlu vurğulayıb. İqtisadçı Zöhrab İsmayıl Neft Fondunun Londonda daşınmaz əmlak almasının cəlbedici göründüyünü, amma Fondun bu siyasətinin yanlış olduğunu deyib. Bu həm də neft pullarının bundan sonra daşınmaz əmlak alınmasına sərf ediləcəyindən xəbər verir. “Bu məsələdə iqtisadi idarəetmə yox, alverçi psixologiyası özünü daha qabarıq göstərir”, - Z.İsmayıl alqı-satqıya münasibətin ifadə edib. O, daşınmaz əmlakın alınmasının şəffaflıq, vasitəçilərin kimliyi, daşınmaz əmlakın nə qədər və hansı müddətə gəlir gətirəcəyi kimi çoxsaylı suallar yaratdığını nəzərə çatdırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?