Gundemxeber.az » İqtisadiyyat » Türk lirəsindən növbəti antirekord
Türk lirəsi növbəti dəfə ucuzlaşıb və bir dollar 14 lirə səviyyəsini keçərək antirekordu yeniləyib.
Valyuta birjasında bazar ertəsi başlayan hərracların məlumatlarına əsasən hazırda məzənnə 14,5-14,8 lirə arasında dəyişir.
Ötən həftə birjalarda həftəsonu 1 dollar 13,85 lirəyə bağlanmışdı.
Hazırkı volatillik ABŞ, Avropa, Böyük Britaniya, habelə Rusiya və Yaponiyada investorların və brokerlərin faiz dərəcələrində dəyişiklik gözləntiləri ilə bağlı ola bilər.
Bu ilin əvvəlindən türk valyutası dollar və avro qarşısında təxminən iki dəfə ucuzlaşıb ki, bu da son illərin ən böyük dəyər itirmələrindən birinə çevrilib. Yanvar ayında bir ABŞ dolları təxminən 7,3 lirəyə satılıb.
GundemXeber.Az
14-08-2018, 14:04
20-12-2016, 01:28
13-08-2018, 14:57
10-09-2018, 15:41
12-01-2016, 13:09
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?