GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Rusiya Bankı rublun və bazarların çökməsinə görə xarici valyuta alışını dayandırıb

Rusiya Bankı rublun və bazarların çökməsinə görə xarici valyuta alışını dayandırıb

Tarix: 25-01-2022, 11:32 Bölmə :İqtisadiyyat Baxış: 477

Bazar ertəsi səhər Rusiyanın fond bazarında yenidən ucuzlaşma başlayıb və dollar 2020-ci ilin noyabrından bəri ilk dəfə 79 rublu keçib. Buna cavab olaraq Mərkəzi Bank xarici valyuta alışını dayandırıb.


Bütün bunlar NATO-nun Rusiya tərəfindən Ukraynaya müdaxiləsi təhlükəsinə görə Şərqi Avropada mövcudluğunu gücləndirəcəyilə bağlı açıqlamaları fonunda baş verir.

Yanvarın 24-də Moskva vaxtıyla saat 15:30-da Moskva birjasının rubl indeksi 3223 bənd (əvvəlki bağlanışla müqayisədə 6,3%), dollar RTS-i isə 8,3% - 1300 bənd aşağı düşüb.

Dollar 2020-ci ilin noyabrından bəri ilk dəfə 79 rublu, avro isə iyulun 20-dən bəri ilk dəfə 89 rublu ötüb.

Ən böyük Rusiya şirkətlərinin səhmləri də ucuzlaşıb: "Sberbank"ın qiymətli kağızları 6,8%, "Norilsk Nikel"inkilər 5,4%, "Qazprom"unkular 8,2% düşüb.

Rusiya fond bazarında bundan əvvəlki böyük eniş yanvarın 18-də baş verib: həmin gün bazar 2020-ci ilin martından bəri ən ciddi çöküşü yaşayıb və əvvəlki ilin bütün artımını itirib.

Daha əvvəl Rusiyanın ABŞ və NATO ilə Avropada təhlükəsizlik strukturuyla bağlı danışıqları nəticəsiz tamamlanmışdı.


Mərkəzi Bankın qərarı


Rusiya Bankı bazar ertəsi bazarın çökməsi fonunda büdcə qaydası çərçivəsində xarici valyuta almamaq qərarına gəlib. Rusiyanın 2022-ci il büdcəsi neftin 44,2 dollar/barel qiyməti əsasında formalaşıb. Neftin real qiyməti bu göstəricidən yüksək olanda "artıq mənfəət" ehtiyatlara toplanır. Onların ora düşməsi üçün Mərkəzi Bank hər gün Maliyyə Nazirliyi üçün xarici valyuta alır - büdcə qaydası faktiki olaraq bundan belə işləyir və yüksək neft qiymətlərində rublun möhkəmlənməsinin qarşısını almağa kömək edir. Amma 2022-ci ilin yanvar ayında Rusiyada vəziyyət əksinədir: rubl ucuzlaşır, neftsə bahalaşır. Mərkəzi Bank rubla əlavə təzyiq göstərməmək üçün alışları dayandırıb. Tənzimləyici alışı nə vaxt bərpa edəcəyini qeyd etməyib. Yanvarda Mərkəzi Bank xarici valyuta alışına 585,9 milyard rubl xərcləmək niyyətindəydi, tənzimləyici isə hər gün 36,6 milyard rubl dəyərində valyuta və qızıl almağı planlaşdırırdı.


Heç nə dəyişməyib

Analitiklər çöküşün əsas səbəbinin yenə də geosiyasi gərginlik olduğunu bildirirlər. "Təşəbbüs yenə satıcıların əlindədir: geosiyasi amil çox güclüdür və bunun bazar iştirakçılarını necə qorxutduğunu görmək olur. İnvestorları ən çox qorxudan məqam yaxın sərhədlərdə vəziyyət gərginləşəcəyi təqdirdə Rusiya maliyyə sisteminə qarşı yeni sanksiyaların tətbiqi ehtimalıdır" - "Alfa Capital" İdarəetmə Şirkətinin baş treyderi Vladislav Silayev öz hesabatında belə yazır. ATON ekspertləri öz hesabatlarında vurğulayırlar ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüşü geosiyasi gərginliyi yumşaltmayıb, ona görə də bazarlar çökməyə davam edir.

"Raiffeisen Bank"ın analitikləri də bazarın və rublun çöküşünü ölkələr arasındakı fikir ayrılıqlarıyla əlaqələndirirlər, amma onlar hesab edirlər ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyinə inananlar azdır.

Bankın analitik hesabatında qeyd olunur ki, "əhəmiyyətli dərəcədə əlverişsiz ssenarilərə inanan investorlar hələ ki azlıqdadırlar - fikrimizcə, hazırda rublun məzənnəsində yumşaq sanksiyalar ssenarisi "nəzərə alınıb" (banklara və şirkətlərə qarşı ciddi qadağaların nəzərdə tutulmadığı)".

Təkcə Rusiyada deyil, bütün dünyada fond bazarına mənfi təsir göstərən digər amil ABŞ Federal Ehtiyat Sisteminin əsas məzənnəylə bağlı keçirəcəyi iclasdır.

"Bazar 2022-ci ildə 25 baza bəndi addımıyla baza dərəcəsinin 3-4 artımını gözləyir. ABŞ Mərkəzi Bankının daha sərt ritorikası riskli aktivlərə tələbin bundan sonra da azalmasına gətirib çıxara bilər" - PSB-nin baş analitiki Dmitri Monastırşin belə deyir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi Rusiya bazarlarının çökməsini "dərin pessimizm" mərhələsində olan dünya bazarlarındakı ümumi vəziyyətlə əlaqələndirib.

O deyib ki, "opponentlərimiz təxribatçı və isterik hərəkətlərini nə qədər tez dayandırsalar, pessimist ovqat bir o qədər tez azalacaq".

Ukrayna ətrafındakı vəziyyət

Bazar ertəsi NATO bəyan edib ki, alyans Ukrayna ətrafındakı vəziyyətə görə Şərqi Avropadakı mövcudluğunu gücləndirir. 

Fransa Rumıniyaya NATO komandanlığı altında kontingent göndərməyə hazır olduğunu açıqlayıb, Hollandiya Bolqarıstana iki F-35 qırıcısı verməyə hazırdır, İspaniya NATO dəniz qüvvələrinə qoşulmaq üçün gəmilər göndərəcək, Danimarka isə Baltik dənizinə freqat və Litvaya dörd F-16 qırıcısı göndərəcək. 

Bəyanatda qeyd edilir ki, ABŞ Şərqi Avropadakı hərbi mövcudluğunu gücləndirmək məsələsini hələ ki araşdırır. 

Bazar ertəsi Britaniya Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsinə görə Kiyevdəki səfirliyinin əməkdaşlarını təxliyə etməyə başlayıb. Avstraliya hökuməti də öz diplomatlarının ailə üzvləri üçün təxliyə əmri verib.

Ötən həftənin sonlarında məlum olub ki, ABŞ Kiyevə 170 ton silah və sursat çatdırıb: bunlar Ukraynaya təcili hərbi yardımın ilk iki partiyasıdır və Ukrayna mətbuatının yazdığına görə, qumbaraatanlardan və portativ raket qurğularından ibarətdir.


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dollar və avronun məzənnəsi 48 və 60 rublu keçib

    Dollar və avronun məzənnəsi 48 və 60 rublu keçib ...

    28-11-2014, 01:08

  • 
  • Neft və rubl düşməkdə davam edir

    Neft və rubl düşməkdə davam edir ...

    13-01-2015, 16:59

  • 
  • 1 avro 100 rubla çatdı

    1 avro 100 rubla çatdı ...

    16-12-2014, 22:56

  • 
  • Rubl çabalayır

    Rubl çabalayır ...

    21-01-2016, 20:58

  • 
  • Dünya bazarında qızılın qiyməti yenidən bahalaşdı

    Dünya bazarında qızılın qiyməti yenidən bahalaşdı ...

    16-01-2016, 12:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu