GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kredit faizlərini necə azaltmalı?- EKSPERT TƏKLİFİ

Kredit faizlərini necə azaltmalı?- EKSPERT TƏKLİFİ

Tarix: 17-11-2013, 10:37 Bölmə :İqtisadiyyat Baxış: 828
Kredit faizlərini necə azaltmalı?- EKSPERT TƏKLİFİ

Vüqar Bayramov: “MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alətlər var”

Mərkəzi Bankın (MB) İdarə Heyətinin Sədri bildirib ki, rəhbərlik etdiyi qurum kredit faizlərinin tənzzmlənməsinə təsir göstərə bilməz. Arqumenti sadədir: faiz dərəcələrini MB deyil bazar tənzimləyir. Bu cavabı çox sadə 2 sual yaradır: kredit faizləri Azərbaycan ilə müqayisədə 7 dəfə ucuz, yəni 3-5 faiz intervalında təklif edilən ABŞ və ya Avropa İttifaqında faizləri bazar tənzimləmirmi? Və əgər həmin ölkələrdə “bazarlar” varsa niyə kredit faizlərini “tənzimləyib” bizdə olduqu kimi 25-35 faizə çatdıraraq yüksək gəlir əldə etmirlər?

Bu suallara İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov belə cavab verir: “Kredit faizləri ilə bağlı vəziyyət, yumşaq desək, yaxşı deyil: Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdirlər: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz intervalında dəyişir. Depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşüb.

Etiraf etmək lazımdır ki, MB sədrini bildirdiyi “bazar faktoru” da təbii ki, var. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksük bank faizlərinin formalaşması ilə ifadə edilir”.

Bəs, MB kredit faizlərini aşağı salıması üçün nə etməlidir? Ekspertin fikrincə, əslində, MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alətlər var: “Birincisi, MB real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komision haqqlarının tənzimlənməsini və haqqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komision haqqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komision haqqları təklif edirlər. Bankların”faizi tələsi” əslində çox sadədir: banklar faizi elan edirlər, amma komison haqqlarının faizini bildirmirlər.

Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komision haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirlər. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komision haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmyaraq, kredit faizləri 500 manatdan deyil 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. Təbii, bank arqument gətirə bilər ki, 40 manat da kredit formasında təqdim edilib. Buna görə də, hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komision haqqları üçün MB maksimum limitlər müəyyyənləşdirə bilər. Bu baxımdan, MB komision haqqlarının 2 faizdən çox təyin edilməsinin qadağan etməsi məqsədəuyğun olardı.

İkincisi, MB kommersiya banklarına həmçinin “məzənnə oyununu” da qadağan etməlidir. Vətəndaş 500 manat kredit götürmək istəyirsə o zaman əksər banklar həmin vəsaiti ABŞ dollarına konvertasiya edir. Daha sonra isə yenidən manata keçirir. Faktiki olaraq, bank “valyutanın alış-satış məzənnəsində” müştərini, yumşaq desək aldadır. Manatla verilən kredit isə dollar ilə hesablanr. Buna görə də, MB kredit valyutasının yalnış müştərinin istədiyi valyuta ilə ödənilməsinə göstəriş verməlidir.

Üçüncüsü, MB bank sektorunda liberallaşmanı sürətləndirlməlidir. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər.

Dördüncüsü, kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanları genişləndirilməlidir. Mərkəzi Bankın 4,75 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsind 4 dəfə azdir. Bu isə iqtisadi baximndan anormal balansdır. MB-nin mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 7 faizini təşkil edir. Bu da banklarin vəsaitlərin 93 faizini kənardan cəlb etmələri deməkdir. Bu baxımdan, kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Nəzərə alsaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır o zaman bunun əhəmiyyəti daha da artır. Beynəlxaql kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır. Buna görə də, “ucuz resurslar” ilə MB bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər.

Beşincisi, MB kommersiya banklarının beynəlxalq maliyyə qurumlarından daha aşağı faizli kreditlərin cəlb etməsinə imkan və stimul yaratmalıdır. Bu qurumların kredit faizlərinin 4-7 faiz intervalında dəyişdiyini nəzərə alsaq o zaman bu kommersiya bankları üçün ucuz maliyyə resursların yaranmasına gətirib çıxara bilər.

Altıncı, depozitlərin sığortalanan faiz dərəclərinin mərhələli azaldılması davam etməlidir. Depozit faizlərinin yüksək olması kredit faizlərinin də artmasına gətirib çıxarır. Depozit faizlərinin azalmasına nail olmaq “2 faiz arasındakı” əlaqənin bərpasına nail olmaq lazımdır”.

Vüqar Bayramov düşünür ki, MB kommersiya banklarında kredit faizlərini aşağı salması üçün sözügedən inzibatı tədbirlər ilə yanaşı kifayət qədər çoxlu psixoloji və təşviqedici alətlərə malikdir. Sadəcə, bu alətlərdən istifadə etmək lazımdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi

    İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi ...

    18-11-2013, 12:40

  • 
  • Əhalinin banklara 750 milyon manat borcu var

    Əhalinin banklara 750 milyon manat borcu var ...

    13-12-2013, 15:07

  • 
  • Elman Rüstəmov kredit faizlərini necə artırır?

    Elman Rüstəmov kredit faizlərini necə artırır? ...

    9-10-2014, 12:59

  • 
  • Kredit faizləri niyə aşağı salınmır?

    Kredit faizləri niyə aşağı salınmır? ...

    11-06-2013, 12:15

  • 
  • Baş bankirdən mesaj: "Azərbaycanda kedit faizləri enməyəcək"

    Baş bankirdən mesaj: "Azərbaycanda kedit ...

    27-01-2015, 21:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu