GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dolların neft ticarətində əsas valyuta olmama təhlükəsi... - ABŞ-ın taleyi dollara nə qədər bağlıdır?

Dolların neft ticarətində əsas valyuta olmama təhlükəsi... - ABŞ-ın taleyi dollara nə qədər bağlıdır?

Tarix: 18-04-2022, 10:28 Bölmə :İqtisadiyyat Baxış: 457

ABŞ-ın valyutası neft ticarətində əsas valyuta olmazsa, ABŞ iqtisadiyyatı və maliyyə sektorunda nələr baş verə bilər?..

İqtisad elmləri doktoru: “Sovetlər birliyi dağıldıqdan sonrakı dövrdə və xüsusi olaraq Putin hakimiyyəti dövründə Qərb Rusiyanın neft və qazdan siyasi təziq aləti kimi istifadə edəcəyini yaxşı bilirdi”.

“Rusiya unudur ki, bu gün dünyada 25 trliyon dollardan artıq sərbəst vəsait özünə münbit təyinat yeri axtarır. Bu isə o deməkdir ki, güclü iqtisadiyyata malik demokratik Qərb ölkələri özlərinin qaz təchizatı problemini 1-2 il içərisində tam həll etmək iqtidarındadırlar və onlar artıq Rusiyanın bundan sonra özünü necə aparmasından asılı olmayaraq bunu edəcəklər”.

Bu sözləri professor, sabiq maliyyə naziri Fikrət Yusifov Rusiyanın Çin, Hindistan, Türkiyə və başqa ölkələrə nefti milli valyutalarla satmaq cəhdinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, 1971-ci ildən sonra neft ancaq dollarla satılır və bu ABŞ dollarının dünya valyutası olaraq qalmasında əsas faktor olaraq çıxış edir. Bəzi məlumatlara görə qazı Avropaya rublla satmağa çalışan Rusiya neft ticarətini də milli valyutalar üzərindən həyata keçirmək üçün Çin, Hindistan və Türkiyə kimi ölkələrlə danışıqlar aparır və onlara milli valyuta ilə bazar qiymətlərindən daha ucuz neft təklif edir.

Qeyd edək ki, ötən əsrdən başlayaraq ABŞ-ın fövqəldövlət olaraq var olması üçün əsas rolu dollar oynayır və dolların bir dünya valyutası kimi çıxış etməsi həm də ABŞ-ın dünya üzərindəki nəzarətini təmin edən əsas faktordur. Uzun illərdir ki, bəzi ölkələrin liderləri dolların dünya ticarəti üzərində dominat rolundan şikayətçi olmaqla yanaşı, bu “sehrli dairə”dən çıxmağa çalışanlar da olub. Lakin həmin liderlərin taleyi heç də qibtəedici olmayıb. Buna misal olaraq Səddam Hüseynin və Muammər Qəzzafinin taleyini göstərmək olar. Bəzi iddilara görə onlar məhz dolların hakimiyyətinə qarşı olduqlarına görə həyatlarını acınacaqlı şəkildə bitiriblər.

Günümüzdə isə İkinci Dünya Müharibəsindən sonra qızılı əvəz etməyə başlayan dolların sonsuz hakimiyyətinə qarşı Rusiya prezidenti Vladimir Putin çıxmaqdadır. Doğrudur, bəzən başqa ölkələrin liderləri də ona bu məsələdə sözdə dəstək verirlər, lakin bu dəstək sözdən o yana heç də gedib çıxmır. Belə liderlər arasında Çin, Türkiyə, İran, Braziliya və s. ölkələrin liderləri var.

Ukraynaya hücum edəndən sonra isə çox ciddi sanksiyalarla üzləşən Putin ABŞ-ı ən zəif yerindən, enerji bazarında dollarla ticarətə əsas zərbəsini vurmağa çalışır. Bunun üçünsə Putin “dost olmayan ölkələrlə” qaz satışını rublla həyata keçirmək barədə fərman imzalayıb. Lakin bu fərmanın işləməsi üçün mexanizm demək olar ki, yoxdur. Çünki Rusiyadan qazı rublla almaqdan imtina edən Avropa Birliyi ölkələri Putini dalana dirəyə bildilər. Bütün məsələ isə ondadır ki, əgər Rusiya Avropaya qaz satmağı dayandırarsa, o zaman istismar olunan qaz quyularını da bağlamalıdır.

Bəzi məlumatlara görə isə hazırda Rusiya ABŞ-ın əsas qüdrətini zədələmək və zəiflətmək üçün neftin dollarla deyil, milli valyutalarla satılmasına cəhd edir. Lakin OPEK ölkələrinin hazırda belə bir qərar verəcəyinin mümkünsüzlüyünü anlayan Moskva öz neftini daha ucuz qiymətə böyük alıcılara, Çin, Hindistan, Türkiyə kimi ölklərə milli valyuta ilə satmaq üçün danışıqlar aparır. Danışıqların nə qədər uğurlu olacağını isə, son nətəicədə Vaşinqtonun sərgiləyəcəyi mövqe müəyyənləşdirəcək. Çünki bu ölkələrin hər birinin ABŞ-ın təzyiqlərinə sona qədər dözmək imkanları olmadığı kimi, ABŞ-dan istədikləri siyasi-iqtisadi, hətta geosiyasi maraqlarının da təminatları var və Putinin təklifi onlar üçün Vaşinqtondan daha çox şey qoparmaq üçün fürsət olaraq da dəyərləndirilir.

Bəs Rusiya Çin, Hindistan, Türkiyə, ya da başqa ölkələrə nefti milli valyutalarla satmağa nail olsa, dolları hansı tale gözləyə bilər? Xarici borcu 30 trilyonu ötməkdə olan ABŞ-ın valyutası neft ticarətində əsas valyuta olmazsa, ABŞ iqtisadiyyatı və maliyyə sektorunda nələr baş verə bilər? Bu pramidanın çöküşü kimi bir şey olarmı?..

Mövzunu PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Bu gün dolların dünya ticarət şəbəkəsində rolu və təsiri o qədər böyükdür ki, Rusiya kimi kiçik və texnologiyadan məhrum olan iqtisadiyyata sahib olan bir ölkə dolların mövqeyini sarsıtmaq imkanlarına sahib deyil və bunu xəyal belə etməsi gülüncdür.”.

Uduzan və həm də çox böyük maddi itkilərlə uduzan tərəfin Rusiyanın olacağından əminliyini ifadə edən iqtisad elmləri doktoru PİA.az-a açıqlamasında qeyd edib ki, dolları zəiflətmək sahəsində Rusiyanın Çinə, Hindistana və Türkiyəyə bağladığı ümüdlər boş bir xülyadan başqa bir şey deyil:

“Rusiyanın öz enerji resurslarını Qərb ölkələrinə dollar və avro ilə deyil, hər hansı başqa bir valyuta ilə o, cümlədən bu gün öz real dəyərini rəsmi elan olunandan daha çox itirmiş rubulla satmaq istəyi, Putin hakimiyyəti dövründə mütəmadi olaraq gündəmə gətirilib. Sovetlər birliyi dağıldıqdan sonrakı dövrdə və xüsusi olaraq Putin hakimiyyəti dövründə Qərb Rusiyanın neft və qazdan siyasi təziq aləti kimi istifadə edəcəyini yaxşı bilirdi. Elə bu səbəbdən də ABŞ-ın xüsusi dəstəyi ilə AB ölkələri Avropanın enerfi təchizatının, ilk növbədə qaz təchizatının şaxələndirillməsi üçün ciddi cəhdlər edirdilər.

Son 20 ildə xarici siyasətinin mayası başqa ölkələri şantaj etməklə qoyulmuş Rusiya öz xislətini dəfələrlə ortaya qoyaraq, qoca qİtəni qazla şantaj edib. İndi isə Rusiya bu şantajın daha eybəcər bir formasına əl atmaq istəyir, qazı Avropa ölkələrinə ölü rublla satmaq istəyir. Ancaq bunun Avropa ölkələri üçün müvəqqəti çətinlik yaratmaqdan başqa heç bir nəticəsinin olmayacağını anlamır. Anlamır ki, o bu şantajla özünün ənənəvi qaz bazarlarını birdəfəlik itirəcək.

Fikrət Yusifov: “Rusiyanın nefti, qazı rubulla satmaq istəyi sadəcə istəkdən başqa heç nə ola bilməz”.

Rusiya unudur ki, bu gün dünyada 25 trliyon dollardan artıq sərbəst vəsait özünə münbit təyinat yeri axtarır. Bu isə o deməkdir ki, güclü iqtisadiyyata malik demokratik Qərb ölkələri özlərinin qaz təchizatı problemini 1-2 il içərisində tam həll etmək iqtidarındadırlar və onlar artıq Rusiyanın bundan sonra özünü necə aparmasından asılı olmayaraq bunu edəcəklər. Uduzan və həm də çox böyük maddi itkilərlə uduzan isə Rusiya olacaq. Bu problemin çözülməsində Rusiyanın Çinə, Hindistana bağladığı ümüdlər isə boş bir xülyadır.

Rusiya unutmamalıdır ki, ABŞ və Aİ birlikdə dünya iqtisadiyyatının az qala yarısına sahib bir gücdürlər. Rusiya isə dünya iqtisadiyyatının cüzi bir damlasını, cəmi 3%-ni ifadə edir. Bu isə, o deməkdir ki, Rusiya iqtisadiyyatında baş verən proseslər və daralmalar ümumilikdə dünya iqtisadiyyatına təsir etmək imkanı yoxdur. Ən yaxşı halda hansısa ölkə qısa zamana problemlər yarana bilər ki, bu problem də alternativ bazarlar vasitəsi ilə aradan qaldırılacaq.

Bu gün dünya iqtisadiyyatının ikinci siması olan Çində istehsal olunan məhsulların ən böyük bazarı ABŞ-dır, Avropa ölkələri isə bu sırada ikincidir. Bu səbəbdən Rusiyanın nefti, qazı rubulla satmaq istəyi sadəcə istəkdən başqa heç nə ola bilməz. Çünki Çin Rusiyanın hansısa marginal maraqlarına görə öz iqtisadiyyatını sartmaz və bu mümkün deyil.

Bu gün dünyada ABŞ dollarının rəsmi olaraq hesablaşmalarda əsas valyuta olması 1944-cü ildə dünya ölkələri tərəfindən, o cümlədən, Rusiyanın bu gün rəsmi varisi olduğu Sovetlər Birliyi tərəfindən rəsmən qəbul edilib. Bu gün dünya ölkələrinin valyuta ehtiyatlarının 70%-ə qədəri, dünyada aparılan bütün hesablaşmaların 80%-ə qədəri ABŞ dollarının payına düşür.

Fikrət Yusifov: “Bu gün ABŞ iqtisadi hegemon olduğu kimi, onun milli valyutası da rəsmi hegemon valyutadır və digər valyutalar üçün ölçü vasitəsidir”.

Dollar etalondur – başqa valyutaların məzənnəsini müəyyənləşdirmək üçün bir tərəzidir və bu bu tərəzi böyük bir iqtisadi gücün – yalnız hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən az qala 10 dəfə çox olan Amerika Birləşmiş Ştatlarının dünyaya rəsmən təqdim etdiyi bir tərəzidir. Əgər bu tərəzidən imtina etmək mümkün olsaydı, dünyada belə həvəsdə olan ölkələr, o cümlədən həmən dövrün dünya nəhəngi hesab olunan Sovetlər İttifaqı bunu 1971-ci ildə etməyə cəhd göstərməli idilər. Çünki 1971-ci ilə qədər dollar bütün hesablaşmalarda qızıl təminatı olan valyuta kimi çıxış edirdi və bu prinsip 1944-cü ildə məhşur Bretton-Vuds konfransında qəbul olunmuşdu. Lakin 1971-ci ildə ABŞ dolların qızıl təminatından imtina etdi və Birləşmiş Ştatların bu qərarı beynəlxalq maliyyə sistemində heç nəyi dəyişə bilmədi.

Bu gün dolların dünya ticarət şəbəkəsində rolu və təsiri o qədər böyükdür ki, Rusiya kimi kiçik və texnologiyadan məhrum olan iqtisadiyyata sahib olan bir ölkə dolların mövqeyini sarsıtmaq imkanlarına sahib deyil və bunu xəyal belə eləməsi gülüncdür. Bir sözlə, bu gün ABŞ iqtisadi hegemon olduğu kimi, onun milli valyutası da rəsmi hegemon valyutadır və digər valyutalar üçün ölçü vasitəsidir. Rusiyanın çabaları isə suda boğulanın saman çöpündən tutması qədər anlaşılandır. Moskva sadəcə bu məsələdən təbliğat vasitəsi olaraq yararlanıb daxili ictimai vəziyyətə təsir etmək istəyir və buna da uzun müddət nail ola biləcəyini zənn etmirəm”.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerika nefti son 20 ildə ən ucuz qiymətə satılır

    Amerika nefti son 20 ildə ən ucuz qiymətə satılır ...

    20-04-2020, 13:47

  • 
  • ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir

    ABŞ İranın neft ixracını sıfıra endirmək ...

    13-03-2019, 11:36

  • 
  • ​SON DƏQİQƏ: Ərdoğandan ABŞ-a ölümcül zərbə vuracaq BÖYÜK GEDİŞ

    ​SON DƏQİQƏ: Ərdoğandan ABŞ-a ölümcül zərbə ...

    24-07-2018, 22:30

  • 
  • Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin...

    Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin... ...

    4-08-2017, 15:29

  • 
  • “Rusiya Azərbaycana müdaxilə etsə…”

    “Rusiya Azərbaycana müdaxilə etsə…” ...

    29-03-2014, 15:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu