Azərbaycanda mal-qaranın daha sağlam və məhsuldar olması üçün yeni tədbirlərin görülməsinə ehtiyac var.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi 30 rayonda 60 kökəltmə meydançasının tikintisini zəruri sayır. Qurum bununla bağlı artıq İqtisadiyyat və Sənaye Nazirliyinə öz təkliflərini göndərib.
Virtualaz.org xəbər verir ki, bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.
Şöbə müdiri deyib ki, təkliflərə əsasən, kökəltmə meydançalarının hər birində 1000 baş iribuynuzlu heyvanın kökəldilməsini nəzərdə tutulur: "Məsələn, heyvanlar belə meydançalarda üç ay saxlanılacaq. Çəkiləri 300 kq-a çatdıqdan sonra kəsimə göndəriləcək".
Nazirlik rəsmisi əlavə edib ki, bu cür meydançalar əslində talvar formasında olur və heyvanları soyuqdan, küləkdən qorumaq üçün qurulur. Ç.Fərəcovun sözlərinə görə, Rusiyada belə talvarlardan geniş istifadə olunur və bu üsulla heyvanları effektli şəkildə kökəltmək mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?