GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Rusiyanı dərin iqtisadi böhran gözləyir: Zərər 100 milyard dollara çatdı

Rusiyanı dərin iqtisadi böhran gözləyir: Zərər 100 milyard dollara çatdı

Tarix: 23-05-2022, 14:17 Bölmə :İqtisadiyyat Baxış: 329

Embarqo tam qüvvəyə minəndən sonra Rusiyanın neft ixracı gündəlik 7 milyon bareldən 3 milyona düşəcək. İqtisadçıların Rusiya ilə bağlı proqnozları bədbindir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına istinadən bildirirlər ki, Rusiyada ÜDM cari ildə 8 faiz, 2023-cü ildə 2 faiz azalacaq. Ölkənin dərin iqtisadi böhranla qarşılaşacağı təxmin edilir.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Ukraynaya müdaxilə səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ardı-arası kəsilmir. Daha radikal olacaq növbəti, altıncı qadağalar paketi də Rusiya iqtisadiyyatını çökdürməyi planlayır. Artıq iqtisadçılar Rusiyaya dəyəcək ziyanın məbləğini də hesablayıblar – təqribən 100 milyard dollar. Kreml ideoloqları və mediası sanksiyalara baxmayaraq rublun möhkəmləndiyini iddia etməkdə davam edirlər. Rublun dollar qarşısında sabitləşdiyini vurğulasalar da, alqı-satqı faktiki olaraq yoxdur. Növbəti sanksiyalardan söz düşmüşkən, artıq “Böyük yeddilik” liderləri Rusiya neftinə embarqonun tətbiqinə razılıq veriblər. ABŞ, Böyük Britaniya və Kanada bu qadağanı bir neçə gün əvvəl tətbiq edib. İndi isə Yaponiya və Avropanın bir çox ölkələri də embarqoya razıdır. Son günlərə qədər sərt qərarların qəbul ediləcəyi o qədər də inandırıcı görünmürdü. Lakin mövcud atmosfer dəyişir və Qərbin Rusiya neftindən imtinası, böyük ehtimalla təsdiqlənəcək. 100 faizlik embarqo il yarım sonra reallaşacaq. 

Neft ixracı 3 milyon barelə düşəcək

Rusiya qazından imtinaya gəldikdə isə, ondan iki il ərzində qurtulmaq mümkün olacaq. 2021-ci ildə Rusiyada neft və neft məhsullarının ixracından xalis gəlir ən yüksək həddə (gün ərzində 7 mln. barel, təxminən 110 mlrd. dollar) olub. Əgər embarqo tam şəkildə qüvvəyə minərsə, o zaman Rusiyanın neft ixracı 7 mln. bareldən 3 mln-a düşəcək. İqtisadçıların Rusiya ilə bağlı proqnozları bədbindir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına istinadən bildirirlər ki, Rusiyada ÜDM cari ildə 8 faiz, 2023-cü ildə 2 faiz azalacaq. ÜDM-in azalması adambaşına düşən milli gəlirin azalması, işsizliyin artması mənasına gəlir. İqtisadçıların proqnozuna görə, ÜDM-nin azalması ilə paralel şəkildə Rusiya qarşıdakı vaxtlarda çox ciddi iqtisadi problemlərlə üzləşməli olacaq. Aparılan araşdırmalara görə, Rusiyanın bu il və gələn il dərin iqtisadi böhranla qarşılaşacağı təxmin edilir. 

24 faizlik inflyasiya gözlənilir

Rusiya iqtisadiyyatı 2021-ci ilin sonunda 1 trilyon 775 milyard dollar civarında dəyərləndirilib. Bu rəqəm 2023-cü ildə təxminən 1 trilyon 600 milyard dollara qədər geriləyəcək. Bu, Rusiya iqtisadiyyatının nəzərəçarpacaq şəkildə kiçiləcəyindən xəbər verir. İnflyasiya ilə bağlı ən önəmli faktorlardan biri istehlakçı qiymətləri indeksidir. İstehlakçı qiymətləndirmə indeksinə görə, Rusiyada 24 faizlik inflyasiya gözlənilir. Aparılan hesablamalara görə, 2022-2024-cü illər arasında Rusiyada investisiya qoyuluşu ÜDM-in 18 faizinə bərabər olacaq. Ekspertlər son günlərdə rublun dollar qarşısında qismən güclənməsinin də hələ heç nəyi ifadə etmədiyi qənaətindədirlər. Onların qənaətincə, rublun bahalaşması inzibati amillərlə bağlıdır. İxracat azaldıqca, valyuta daxilolması da azalacaq və bu, rubla ciddi təsir göstərəcək.  Qeyd edək ki, bu, Rusiyanın enerji resurslarına sanksiyaların nəzərə alınmadığı rəqəmlərdir. Əgər Rusiyanın neft və qazından ilin sonuna qədər imtina olunsa, onda rus iqtisadiyyatı ən ağır zərbəni almış olacaq.

Macarıstan neft embarqosuna qarşı

Lakin məsələ ondadır ki, Avropa İttifaqının ümumi qərarını neçə gündür ki, Macarıstan bloklayıb. Çox güman ki, onu da bir neçə gün ərzində yola gətirəcəklər. Qeyd etdiyimiz kimi, altıncı sanksiya paketinə Rusiya neftinə qadağa da daxildir. Ancaq Macarıstan, eləcə də Slovakiya və Çex Respublikası bu plana ehtiyatlı yanaşma sərgiləyiblər. Aİ-nin altıncı sanksiya paketində Rusiya neftinin alınması və daşınmasına qadağa nəzərdə tutulsa da, 2024-cü ilə qədər Rusiya yanacağından asılı olan bu üç ölkə üçün istisna nəzərdə tutulub. Macarıstan hökuməti isə bu yumşalmanı yetərli saymır, digər ölkələrdən təchizata yönəlmə xərclərinin kompensasiya olunmasını tələb edir. 

Almaniya imtina edəcək

Aİ ölkələri növbəti sanksiya paketində yanacaq idxalına qadağa üzrə razılığa gələ bilməsələr belə, Almaniya ilin sonunadək Rusiyadan neft idxalından imtina edəcək. Mənbələrin dediyinə görə, Almaniya hökuməti altı-yeddi ay ərzində problemi alternativ mənbələr hesabına həll edə biləcəyini düşünür. Ancaq neft defisitini hansı ölkələrin doldura biləcəyi açıqlanmır. Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, Rusiya fevralın sonunda Ukraynada müharibəyə başlayandan Almaniyaya Rusiya neftinin tədarükü 35 faizdən 12 faizə düşüb.  Məlumata görə, artıq Rusiya neftini əvəz etmək üçün alternativ təchizatçılar axtarılır. Almaniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində öz milli planını işə salmaq niyyətində olsa da, kəsirin hansı ölkələr hesabına bağlanacağı barədə vahid fikrə malik deyil.
Azərbaycan alternativ mənbələr sırasında

Bu arada Avropa üçün alternativ mənbələr də nəzərdən keçirilir. Məsələn, Azərbaycan Aİ-yə qaz ixracını bu il 2 milyard kubmetr artıra, kəmərin gücünə uyğun olaraq, dekadanın sonuna ixracı daha da genişləndirə bilər. 

Azərbaycan qazını Avropaya nəql edən Trans Adriatik kəmərinin gücünü isə bir neçə il ərzində mərhələlərlə 20 milyard kubmetrə çatdırmaq mümkündür. Avropa İttifaqı da Azərbaycan qazını qısa zamanda Bolqarıstana ötürməyə nail olacağına ümid edir. Bolqarıstanın qazını kəsən Rusiya buna səbəb kimi bu ölkənin rublla ödəniş etmək istəmədiyini göstərib. Hazırda Azərbaycan Bolqarıstana illik 300 milyon kubmetrə qədər qaz verir. Beləliklə, ölkəmiz tək regional deyil, beynəlxalq miqyasda da rolunu artırmış olur. Azərbaycan etibarlı tərəfdaş olduğunu təsdiqləyib, enerji satışını heç zaman siyasi təzyiq alətinə çevirməyib. Faktlar da kifayət qədərdir. Əksər ölkələr buna getdiyi halda, Azərbaycan mavi qaza tələbatın artdığı zaman fürsətdən istifadə edib qiymət artımı ilə sazişlərin yenilənməsini də tələb etməyib. Buna görə də Azərbaycan Avropa üçün cəlbedici ölkələrdən birincilər sırasındadır. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstanın turizm gəlirləri 2 milyard lari azalacaq - Rusiyanın tətbiq etdiyi qadağalar nəticəsində

    Gürcüstanın turizm gəlirləri 2 milyard lari ...

    9-07-2019, 12:08

  • 
  • Krım böhranı Rusiyaya 70 milyard dollara başa gəldi

    Krım böhranı Rusiyaya 70 milyard dollara başa ...

    27-03-2014, 09:49

  • 
  • “Rubl böhranı sona çatdı”

    “Rubl böhranı sona çatdı” ...

    28-12-2014, 15:16

  • 
  • Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri gedir

    Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri ...

    19-09-2016, 13:14

  • 
  • 1 avro 100 rubla çatdı

    1 avro 100 rubla çatdı ...

    16-12-2014, 22:56


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (150)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu