GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neft bazarında Azərbaycan üçün riskli proseslər başladı

Neft bazarında Azərbaycan üçün riskli proseslər başladı

Tarix: 29-11-2013, 16:00 Bölmə :İqtisadiyyat Baxış: 762
Neft bazarında Azərbaycan üçün riskli proseslər başladı
İranla gündəlik neft ixracını iki dəfə artırmaq üçün Amerika ilə anlaşdı, Nyu-York birjasında qiymət son 6 ayda ən aşağı həddə endi

Dünya neft bazarında Azərbaycan üçün riskli hesab oluna biləcək proseslər gedir.

Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, Tehranla Vaşinqton arasında daha bir sensasion razılaşma əldə edilib. Dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Cavad Zərif arasında əldə edilmiş anlaşmaya əsasən Tehran gündəlik neft ixracını ikiqat artırmağa razılaşıb.

Xəbərlərdə bildirilir ki, İrandan neft hasilatını və ixracını artırmağı C.Kerri xahiş edib.

“Gözlənilir ki, İranın neft ixracı gündə 0,715 milyon tondan 2 milyon tona qədər artırılacaq. Əvəzində ABŞ İranda iqtisadi iştirakını kəskin böyüdəcək” - deyə danışıqlar barədə məlumat verən mənbə bildirir.

Gözlənilir ki, artıq gələn həftədən İranın Kiş adası ilə Nyu-York arasında birbaşa aviareys açılacaq. Bunun ardınca kifayət qədər geniş tərkibli Amerika-İran Ticarət Palatasının təsis edilməsi gözlənilir.



Məlumatlara görə, bu palata hazırda ABŞ-la Türkiyə və ya Azərbaycan arasında fəaliyyət göstərən ticarət palatalarından daha güclü olacaq.

“Financial Times” isə xəbər verir ki, İran nüvə məsələsinə dair əldə edilmiş Cenevrə anlaşması fonunda Qərbin iri neft şirkətlərini ölkəyə dəvət etməyə hazırlaşır. Qəzetin yazdığına görə, İranın Neft Sənayesi Nazirliyi hazırda iri Qərb şirkətləri ilə danışıqlar aparır. İranın neft sənayesi naziri Bijan Namdar Zənganə bildirib ki, o, artıq bir neçə Avropa şirkəti ilə şəxsi görüşlər keçirib.

Nazir deyib ki, həmin görüşlər zamanı avropalıları Amerika şirkətləri ilə ortaq şəkildə “mümkün olan kimi” İrana qayıtmağa çağırıb.

Bildirilir ki, artıq “Total” və “Shell” kimi iri şirkətlər İrana qayıtmaq perspektivlərini nəzərdən keçirirlər. Əgər Qərb şirkətləri İrana qayıtsalar, bu ölkədə neft hasilatının əhəmiyyətli ölçülərdə artacağına şübhə yoxdur.

İri Qərb şirkətlərinin İranda yerləşməsi isə artıq bütöv reionda vəziyyətin kökündən dəyişməsinə səbəb olacaq.



Şübhəsiz ki, bu dəyişiklik Xəzər hövzəsinin əsas neft-qaz ixracatçılarından biri olan Azərbaycanın da regional və beynəlxalq mövqelərinə təsirsiz ötüşməyəcək. Analitiklər hesab edir ki, böyük İran-Qərb anlaşması, o cümlədən Qərbin enerji şirkətlərinin İrana qayıtması, bu ölkənin neft hasilatının artması, gələcək perspektivdə İran qazının Avropaya nəqlinin yolunun açılması Azərbaycanın geosiyasi əhəmiyyətinin azalmasına səbəb ola bilər. Xüsusən də ona görə ki, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir.

Digər risk isə qısamüddətli perspektivlər üçün mövcuddur. Söhbət dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi tendensiyasından gedir. Azərbaycan büdcəsində gələn il üçün neftin 1 barrelinin qiyməti 100 dollar göstərilib və qiymət bu həddən aşağı düşsə, büdcədə kəsir qaçılmaz olacaq.

Son məlumatlara görə, Nyu-York birjasında neft kəskin ucuzlaşmaqdadır. Dünənki hərraclarda WTI markalı 1 barrel neftin qiyməti ötən yarım il ərzində ən aşağı həddə - 92 dollara enib.

London birjasında da ucuzlaşma tendensiyası müşahidə edilir, ancaq burada “Brent” markalı neftin qiymətində dəyişiklik hələlik cüzidir. Son hərracada qiymət cəmi 10 sent aşağı düşüb və 110,8 dollar olub.

Analitiklərin hesablamalarına görə, İran neft ixracını gündəlik 2 milyon barrelə çatdırandan sonra qiymətlərin daha sürətlə enməsi gözlənilir. Ucuzlaşmanın qarşısını gələn ay keçiriləcək toplantısında OPEC ala bilər. Kartelin hasilatı azaltmaq barədə qərar verəcəyi gözlənilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • neftin qiymətini 20 dollara salmağa hazırdır-Iran

    neftin qiymətini 20 dollara salmağa hazırdır-Iran ...

    5-12-2013, 14:17

  • 
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını ...

    18-01-2016, 15:06

  • 
  • İranın yeni prezidenti ABŞ-a gedir

    İranın yeni prezidenti ABŞ-a gedir ...

    4-09-2013, 16:29

  • 
  • Neft bahalaşır

    Neft bahalaşır ...

    9-07-2016, 11:01

  • 
  • Neftin qiyməti 45 dollara endi

    Neftin qiyməti 45 dollara endi ...

    30-11-2015, 18:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu