GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mafiyanın siqaret dumanından qazandığı milyonlar

Mafiyanın siqaret dumanından qazandığı milyonlar

Tarix: 3-12-2013, 08:19 Bölmə :Ölkə Baxış: 1 974
  Mafiyanın siqaret dumanından qazandığı milyonlar
Siqaretin 10 qəpik bahalaşması il ərzində
50 milyon manat “təmiz gəlir” gətirir; bu bahalaşmanın arxasında Milli Məclisin üzvü, biznesmen Cavanşir Feyziyevin durması barədə iddialar var
Dekabrın 1-də pərakəndə satış obyektlərində siqaretlərin qiyməti 10 qəpik bahalaşıb. Artım həm idxal, həm də yerli istehsal mallarını əhatə edir. Ən çox istifadə olunan “West”, “Davidoff”, “Kent 8", ”Kent 4" markalı siqaretlərin, eləcə də yerli siqaretlərin qiymətinin bahalaşmasını alıcılar narazılıqla qarşılasa da, ticarətçilər artımın topdansatış mərkəzlərində baş verdiyini izah etməklə bu işdə günahkar olmadıqlarını bildirirlər.

Siqaretlər bütün ölkə üzrə eyni gündə və eyni həcmdə bahalaşıbsa, demək burada məsuliyyət bazarın monopolistlərinin üzərinə düşür. Artımlar sırf obyektiv səbəbdən baş versəydi, onda bahalaşma bir günə yox, bir neçə aya bazarı tam əhatə etməliydi. Ancaq dekabrın 1-dən monopolistlərdən gələn göstərişə əsasən bir anın içində bahalaşma bütün bazarı bürüyüb.

Özü də maraqlıdır ki, belə süni artımlar ildə bir dəfə təkrarlanır. 2011 və 2012-ci ilin yanvarında da 10 qəpik qiymət artımları qeydə alınmışdı. Bu dəfə monopolistlər yanvar ayını gözləməyə səbirlərin çatmayıb. Özü də maraqlıdır ki, monopolistlər hər dəfə siqareti məhz 10 qəpik qaldırırlar. Bu statistika da göstərir ki, bahalaşmada obyektiv amillər olmayıb. Axı ola bilməz ki, müxtəlif şirkətlərin istehsal etdiyi siqaretlərin maya dəyəri eyni anda 10 qəpik bahalaşsın.

Rəsmi statistikaya görə, Azərbaycan vətəndaşlarının siqaretə olan illik tələbatı 10 milyard ədəd və yaxud 500 milyon qutudur (1 qutuda 20 ədəd olur). Bütün növ siqaretlər heç bir əsas olmadan 10 qəpik bahalaşırsa, bu, 50 milyon “qazanc” deməkdir - monopolistlər heç bir əziyyət çəkmədən 1 ilə 50 milyon manat gəlir əldə edəcəklər. Deməli, son 3 ildə monopolistlər süni qiymət artımından 150 milyon manat “təmiz gəlir” götürüblər.
Böyük ehtimalla bahalaşmaya idxal monopolistləri qərar veriblər. Çünki yerli istehsalın bazarda çəkisi çox deyil. Azərbaycanda tütün istehsalı 2,6 min tondur ki, bu da ölkənin illik tələbatının təxminən 30 faizini ödəyir. Ölkədə tütün məhsullarının əsas istehsalçısı “Europian-Tobacco” ASC-dir. Siqaret satışı bazarı idxaldan asılı vəziyyətdədir.

Rəsmi qurumlar siqaretin bahalaşmasının səbəblərini hələlik şərh etməyib. Son günlər ölkədə tütün məmulatlarının cəlb edildiyi aksiz vergilərinin dərəcəsində siqaretin bahalaşmasına səbəb olacaq dəyişiklik baş verməyib. Siqaret idxalının hansı məmurun monopoliyasında olması ilə bağlı kiçik bir araşdırma apardıq. Məlumatlı mənbələrdən “Yeni Müsavat”a verilən məlumatlara görə, siqaret idxalı Milli Məclisin deputatı Cavanşir Feyziyevin himayəsindədir, bahalaşma qərarını da o verib: “İdxala nəzarət edən məmurlar malların qiymətini şəxsən özləri müəyyən edir. Burada hər hansı özfəaliyyətdən söhbət gedə bilməz. Bir anın içində bütün növ siqaretlərin 10 qəpik bahalaşması yalnız idxala nəzarət edən monopolistin göstərişi ilə baş verə bilərdi”.

Mənbə iş adamı olan deputat haqda da ətraflı məlumat verib. C.Feyziyev 1998-2002-ci illərdə “Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru olub. 2002-ci ilin oktyabr ayından hal-hazıradək “Avromed” şirkətinin baş direktorudur. Eyni zamanda Şəkidə fəaliyyət göstərən “Tour-İnvest” şirkətinin təsisçisidir. Süd məhsullarının satışı ilə məşğul “Atropatena” şirkəti də onun nəzarətindədir. Dərman və siqaret idxalı deputatın nəzarətindədir. C.Feyziyevin Paşayevlərin çətiri altında olduğu iddia edilir. Təbii ki, arxasında qüdrətli əl dayanmadan hansısa deputat-biznesmenin belə işə girişə bilməsi mümkün deyil.

Mənbənin qənaətinə görə, C.Feyziyevin bahalaşma qərarına ölkədə siyasi gərginliyin getdikcə artması səbəb olub: “Monopolistlər adətən siyasi gərginliyin artdığı çağlarda qiymət artımları ilə bağlı qərarlar qəbul edirlər. Çünki bu halda siyasi rəhbərliyin diqqəti proseslərə yönəlir və monopolistlər tam nəzarətsiz qalırlar. Ona görə də siyasi gərginlik dövrü monopolistlər üçün ”qızıl dövr" sayılır. Bu baxımdan qlobal siyasi oyunların gücləndiyi və Bakıya təzyiqlərin artdığı bir məqamda belə bir qərarın qəbul edilməsi gözlənilən idi. İndi siyasi rəhbərliyin diqqəti Vilnüs sammitinə və Ukrayna hadisələrinin izlənməsinə yönəldiyindən daxili nəzarət bir qədər zəifləyib. Monopolistlər də bundan maksimum dərəcədə faydalanmaq istəyir".

Mənbənin iddiasına görə, siyasi gərginlik davam edərsə, monopoliyada olan başqa məhsulların da qiymətlərinin artırılması gözləniləndir: “Onsuz da hakimiyyətdə mərkəzdənqaçma meylləri güclüdür. Siyasi gərginliyin davam etməsi bu meylləri gücləndirməklə yanaşı, həm də monopolistlərin aktivləşməsinə stimul yaradır. Ona görə də qiymət artımlarına hər an hazır olmaq lazımdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda siqaretin qiyməti artdı

    Azərbaycanda siqaretin qiyməti artdı ...

    1-12-2013, 23:10

  • 
  • Siqaretlərin qiyməti niyə qalxdı? - SƏBƏB

    Siqaretlərin qiyməti niyə qalxdı? - SƏBƏB ...

    9-03-2015, 15:21

  • 
  • Siqaret niyə bahalaşdı?

    Siqaret niyə bahalaşdı? ...

    2-12-2013, 16:32

  • 
  • Azərbaycanda siqaret istehsalı "fontan vurur"

    Azərbaycanda siqaret istehsalı "fontan ...

    20-05-2016, 02:04

  • 
  • Azərbaycanda benzinin qiyməti bahalaşıb?

    Azərbaycanda benzinin qiyməti bahalaşıb? ...

    2-04-2014, 11:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu