GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Gələn il hansı məhsullar bahalaşa bilər?

Gələn il hansı məhsullar bahalaşa bilər?

Tarix: 28-11-2023, 13:20 Bölmə :İqtisadiyyat Baxış: 538


Bir neçə aydır ki, ölkədə inflyasiyanın artım tempi azalmaqdadır. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. İllik inflyasiyanın azalması orta göstəricinin də azalmasına gətirib çıxarıb.

 Ümumilikdə qlobal əmtəə qiymətlərinə nəzərə salanda ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması məlum olur. Bu da Azərbaycanda da özünü büruzə verir. Gözlənilir ki, azalma gələn il də davam edəcək. 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılıb.

Lakin müəyyən məhsullar var ki, onların qiymətləri arta bilər. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir. 

Məcəlləyə edilən dəyişikliklərə görə, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılır. Dəyişiklik layihəsinə əsasən, aksiz vergisi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün isə bu vergi 0,25 manatdan 2 manata qaldırılır. Həmçinin içməli spirt, araq , tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir. 

Aksiz müəyyən malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. Nəticədə verginin artması qiymətə təsirini göstərir.  

Qeyd edək ki, bu məhsulların qiyməti cari ildə artıb. Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları 4,8 faiz, spirtli içkilər isə 3,6 faiz bahalaşıb. Bu müddətdə əhali belə məhsullara 1 milyard 959,6 milyon manat xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkələrindəki xərclərinin 4,2 faizini siqaret və spirtli içkilər təşkil edib. 

Bundan başqa, 2024-cü ildən Azərbaycanda işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər. Nazirlər Kabinetinin müvafiq qərarına görə, işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manatadək olanlar mikrosahibkar hesab olunurlar. Hazırda belə sahibkarların gəlirlərinin 75 faizi vergiyə cəlb olunmur. Məcəlləyə dəyişiklikdən sonra işçilərinin sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olanların gəlirlərinə güzəşt edilməyəcək. Başqa sözlə, bu kateqoriyadan olanların ödəyəcəkləri vergi 4 dəfə artacaq. Bu da özünü belə vergiödəyiciləri tərəfindən istehsal olunan məhsulların və göstərilən xidmətlərin qiymətlərində göstərəcək.

İstənilən halda növbəti ildə də məhsul və xidmətlərin qiymətindəki dəyişikliklər onların ərsəyə gəlməsinə çəkilən xərclərdən asılı olacaq. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Devalvasiyadan sonra qiymətlərin nə qədər qalxdığı açıqlandı

    Devalvasiyadan sonra qiymətlərin nə qədər ...

    17-03-2016, 20:22

  • 
  • Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu avtomobillərin qiyməti artacaq

    Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu ...

    17-12-2018, 14:58

  • 
  • Siqaretin bahalaşacağı gözlənilir

    Siqaretin bahalaşacağı gözlənilir ...

    27-10-2017, 11:00

  • 
  • Avtomobil almaq istəyənlərin nəzərinə - VİDEO

    Avtomobil almaq istəyənlərin nəzərinə - VİDEO ...

    31-12-2014, 00:55

  • 
  • Bu il “Brent” markalı neftin orta qiyməti 42 dolları ötüb

    Bu il “Brent” markalı neftin orta qiyməti 42 ...

    21-11-2020, 12:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu