Bu xəbərimiz avtomobil almaq istəyənlər yaxud da köhnə avtomobilini dəyişmək istəyənlər üçün xüsusilə maraqlıdır. Belə ki vergilər məcəlləsinə dəyişiklik edilə bilər. Dəyişikliklər müəhhərikin həcmindən asılı olaraq minik avtomobillərə qoyulan aksiz vergisinin artırılmasını nəzərdə tutur.
Ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergisinin artırılması təklif edilir. Bu məqsədlə vergilər məcəlləsinə dəyişiklik edilə bilər
Təklifə əsasən ölkəyə idxal olunan minik avtomobillərində mühərikin həcmi 2000 sm³-dək olduqda, aksiz dərəcəsi mühərrikin həcminin hər sm³-ə görə 15 qəpikdən 20 qəpiyə qaldırılması nəzərdə tutulur. bu isə odeməkdir ki mühərriki 2 min kubsantimetrədək olan avtomobillər üçün tutlan 300mnatalıq vergi 400 manata qaldırılır. artımlar mühərrik həcmi yüksəlməsinə paralele olaraq təklif olunub. belə ki, 3 min kubsantmetrədək olan mühərriklərdə artım 33 faiz təşkil edirsə 3-4 mina arası mühərriklərdə 50 faiz 4 -5 min arası mühərriklərdə 100 faiz artım təklif olunur. Aksiz dərəcələrinin artırılması idxal edilən avtomobillərin qiymətlərinə təsir edəcək. Ona görə ki avtomobillərin qiymət parametrlərinin müəyyənləşməsində mühərrik həcmi və ona qoyulan vergilər nəzərə alınır.
Qiymətlərin qalxmasından sonra istehlakçıların imkanları müəyyən qədər məhdudlaşa bilər. Bu isə özünü idxalda göstərəcək. Bu təklif indidən yaxşı qarşılanmayıb
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?