Mərkəzi Bankın açıqladığı son məlumata görə, banklardakı əmanətlərin orta faizi 3,55 olub.
Manatla olan əmanətlərin orta faiz dərəcəsi 4,89, xarici valyutada 1,07 faiz təşkil edib.
Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə veriblər.
Maraqlıdır, əmanət və kredit faizləri arasında niyə bu qədər fərq var?
Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit faizlərinin dərəcəsi ilə əlaqələndirib.
Deputat deyir ki, faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.
Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risklərinin yüksək olmasıdır.
Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır.
Sorğu
Yeni dizaynımız necədir?