GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Gürcüstan bazarında böhran: Azərbaycan bazarını nə gözləyir? - ARAŞDIRMA

Gürcüstan bazarında böhran: Azərbaycan bazarını nə gözləyir? - ARAŞDIRMA

Tarix: 23-04-2024, 13:47 Bölmə :İqtisadiyyat Baxış: 523

Gürcüstan bazarında böhran: Azərbaycan bazarını nə gözləyir?

Gürcüstanda “ikinci əl” avtomobil bazarında böhran yaşanır. Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.

Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır: “2023-cü ilin yazında bazarda avtomobil qıtlığı qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində bazarlarda avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb oldu”.

Aleksandr Noniadze qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin göstəricilərindən 31,3% azdır: “Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,8% çoxdur”.

Bəs Azərbaycandakı maşın bazarı Gürcüstanın maşın bazarındakı durumdan necə təsirlənəcək, nəzərə alsaq ki, qonşu ölkə ilə bu sahədə ticari əlaqələr kifayət qədər sıxdır, Azərbaycanda avtomobillər ucuzlaşa bilərmi?

İqtisadçı ekspert Eldəniz Əmirov şərhində bildirdi ki, Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin sayında 2023-cü ilin 1-ci rübündə də, 9 ayında da azalmalar müşahidə olunub. Statistikaya diqqət çəkən ekspert qeyd edib ki, ötən ilin ilk 6 ayında Azərbaycana 14 min 206 ədəd avtomobil gətirilmişdisə, 2022-ci ilin ilk 6 ayında 14 min 500-ə yaxın avtomobil gətirilib, yəni 300 az: “2023-cü ilin 9 ayı ərzində ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5276 ədəd az olub. Bu isə say baxımından 21 faizlik azalma deməkdir. Birmənalı olaraq əsas faktor yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasıdır. Digər tərəfdən, Gürcüstan idxal etdiyi avtomobillərin 80 faizini daha çox Avrasiya İttifaqı ölkələrinə paylayır. Dünya inkişaf etdikcə bir çox ölkə, o cümlədən Azərbaycan inkişaf edir. Ölkələr inkişaf etdikcə, ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, keyfiyyətli məhsullar idxal etməyə çalışır. Tələblərin artması Gürcüstandan gətirilən ikinci əl avtomobillərin dövriyyəsinə təsir göstərir. Etiraf edək ki, qonşu ölkədən idxal olunan avtomobillərin əksəriyyəti ikinci əl, müxtəlif ölkələrin imtina etdiyi avtomobillərdir. Nəticə etibarilə idxalçı ölkələrdən keyfiyyət göstəricilərinin yüksəldilməsinə tələb qoyulduğu üçün bu, avtomobil bazarına təsirsiz ötüşmür. Başqa sözlə ifadə etsək, insanlar artıq köhnə məhsullar istəmirlər".

E.Əmirov vurğulayıb ki, Gürcüstan avtomobil istehsalçısı olmadığına görə coğrafi mövqeyinə görə, mövcud gömrük və vergi siyasəti sayəsində tranzit ölkə rolunu oynayırdı: “Zaman keçdikcə idxalçıların tələblərinin artması Gürcüstanın roluna ciddi təsir edir və böhrana səbəb olur. Nəticədə Azərbaycan və Gürcüstan arasında məhz avtomobil sahəsində ticari əlaqələrin həcminə mənfi təsir müşahidə olunacaq. O ki qaldı mövcud vəziyyətin Azərbaycanda avtomobillərin qiymətinə təsirinə, mən ucuzlaşma olacağını düşünmürəm. Çünki Gürcüstanın ixrac etdiyi və digər ölkələrin Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azaldığına görə Gürcüstan artıq az avtomobil gətirir. Belə deyək, Gürcüstanın tranzit funksionallığı azalır. Qanunvericiliyə etdiyi dəyişikliklərə əsaslanaraq hər bir ölkə avtomobil bazarını daha keyfiyyətli avtomobillərlə təchiz etməyə çalışır. Bu baxımndan Azərbaycanda avtomobillərin qiymətinin ucuzlaşması ilə bağlı gözləntini real hesab etmirəm”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, Gürcüstandakı böhran Azərbaycanda avtomobillərin qiymətinə ciddi təsir etməyəcək: “Azərbaycanda ciddi məhdudiyyətlər var. Köhnə maşınların gətirilməsinə qadağalar mövcuddur. Gürcüstanda isə belə qadağalar yoxdur. Daha çox ikinci əl və ucuz avtomobillərə üstünlük verilir. Buna görə də düşünürəm ki, böhranın Azərbaycan bazarına müəyyən təsiri olsa da, qiymətlərin ucuzlaşmasına təsiri olmayacaq. Çünki Azərbaycanın daxilində qadağalar, gömrük, vergi rüsumları, aksiz dərəcələri Gürcüstanla müqayisədə həddən artıq yüksəkdir. Bu baxımdan baş verənlərin qiymətlərə müəyyən təsirləri olacaq, lakin qiymətlərə birbaşa ciddi təsir olmayacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Gürcüstandakı durğunluq bir sıra amillərlə bağlıdır. Ekspert hesab edir ki, ilk amil Gürcüstanın Avro-5 standartına keçidi ilə əlaqədardır: “Bu o deməkdir ki, ölkəyə idxal olunan nəqliyyat vasitələri Avro-5 standartına cavab verməlidir. Eyni zamanda Gürcüstanda yeni qaydalara görə, idxal olunan nəqliyyat vasitələrinin yaşı 10 ildən çox olmamalıdır. Bununla yanaşı, Azərbaycanda köhnə avtomobillərə məhdudiyyət tətbiq edilib. Ötən ilin mart ayından etibarən yaşı 10 ildən çox olan avtomobillər ölkəmizə idxal oluna bilməz. Məlum olduğu kimi, köhnə avtomobillərin bir qismi Gürcüstan bazarından gətirilirdi. Artıq bizim ölkəmizdə bu avtomobillərə məhdudiyyət tətbiq edildikdən sonra bazarda həmin avtomobillərin satışı azalır. Tələb azalır, təklif isə çoxalır. Nəticədə qiymət aşağı düşür və bu bazarda köhnə avtomobillərin bolluğuna gətirib çıxarır”.

Ekspert Gürcüstanda avtomobil bazarındakı durğunluğun Azərbaycanın avtomobil bazarına təsir etməyəcəyi qənaətindədir: “Hazırda Azərbaycan bazarında mühərrik həcmi kiçik olan, təxminən 1500 kub santimetr həcmli avtomobillərin sığorta olunması problemi yaranıb. Bəzi sığorta şirkətləri qeyri-qanuni olaraq bu növ avtomobilləri sığorta etmirlər. Taksidə istismar olunan nəqliyyat vasitələrini sığorta etməkdən yayınırlar. Nəticədə vətəndaşlar əziyyət çəkirlər. Qəza zamanı vətəndaşları öz aralarında razılaşmalı olurlar. Bu mövcud "İcbari sığorta haqqında" qanuna ziddir. Bu məsələyə fokuslanmaq lazımdır. Nəqliyyat vasitələrinin hamısı, Azərbaycan qanunlarına görə, ölkədə istismar olunan, mühərrik həcmi 50 kub santimetrdən yuxarı olan bütün növ nəqliyyat vasitələri icbari sığorta olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən dövlət, yaxud qeyri-dövlət özəl sığorta şirkətləri bunu həyata keçirməlidirlər. Vətəndaşa bununla bağlı imtina verilə bilməz. Düşünürəm ki, nəqliyyat vasitəsinin sığortasından əsassız imtina edən sığorta şirkətlərinə sanksiya tətbiq edilə bilər"./musavat.com/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Qadağadan sonra avtomobillər nə qədər bahalaşıb? - YENİ QİYMƏTLƏR

    Qadağadan sonra avtomobillər nə qədər bahalaşıb? ...

    18-04-2023, 22:03

  • 
  • Azərbaycana yeni idxal olunan avtomobillər BAHALAŞDI

    Azərbaycana yeni idxal olunan avtomobillər ...

    8-08-2023, 00:23

  • 
  • SOCAR iyulda Litvadan Ukraynaya 4 min ton avtomobil benzini idxal edib

    SOCAR iyulda Litvadan Ukraynaya 4 min ton ...

    10-08-2021, 12:45

  • 
  • Maşınlar yenə də ucuzlaşacaq

    Maşınlar yenə də ucuzlaşacaq ...

    31-07-2015, 00:02


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu