OPEK+ razılaşmasının 8 iştirakçısı neft hasilatının könüllü azaltdıqları həcminin tədricən bərpası planını 2 ay təxirə salmaq barədə razılığa gəlib..
Gundemxeber.az xarici KİV-ə istinadla bildjrir ki, hasialtın yeni artım cədvəlinə əsasən, əvvəllər planlaşdırılan istehsal həcmləri iki ay irəli çəkilir, buna görə də məhdudiyyətlərin indi 2025-ci ilin dekabrında götürülməsi planlaşdırılır.
Qrup genişləndirmə planının bazar şəraitindən asılı olaraq dayandırıla və ya “dəyişdirilə” biləcəyini təkrar edir. Əvvəllər limitdən artıq istehsala yol verən ölkələr 2025-ci ilin sentyabrına qədər artıq həcmləri kompensasiya etmək öhdəliyini təsdiqləyiblər.
Qeyd edək ki, son həftələrdə Çin iqtisadiyyatından alınan bədbin məlumatlar neft qiymətlərində ciddi azalmaya səbəb olub: qiymət 81-82 dollardan 72 dollara qədər azalıb. OPEK+ üzvlərinin hasilatı artırmaq planlarına dair məlumatdan sonra da bazarda nikbinlik hiss olunmamaqdadır
Sorğu
Yeni dizaynımız necədir?