GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanın illik büdcəsinin yarısına yaxın xarici borcu var

Azərbaycanın illik büdcəsinin yarısına yaxın xarici borcu var

Tarix: 27-12-2013, 01:15 Bölmə :İqtisadiyyat Baxış: 691
Azərbaycanın illik büdcəsinin yarısına yaxın xarici borcu var

Azərbaycanda xarici kreditlər hesabına Balaxanı tullantı emalı zavodu, təqaüdçülərə plastik pensiya kartları, bölgələrdə ana yolların çəkilişi, su təchizatı və başqa layihələr gerçəkləşdirilib.

2012-ci il dövlət büdcəsinin icrası haqqında Hesablama Palatasının rəyinə görə, Azərbaycanın 6 milyard 900 milyon dollar xarici dövlət borcu var. Bu, Azərbaycanda adambaşına 747 dollar edir.

Hesablama Palatasının rəyində bildirilir ki, ölkənin xarici borcları, özəlliklə infrastruktur layihələrinin gerçəkləşdirilməsindən yaranıb.

65 MİLYON DOLLARLIQ KREDİT AYRILDI... SU GƏLMƏDİ

Ağdaşın su problemini çözməkdən ötrü rayonun su və kanalizasiya xətti yenilənir. Asiya İnkişaf Bankı 2005-2009-cu illərdə bu işlərə bütövlükdə 65 milyon dollar vəsait ayırıb. Ağdaş və Göyçayda işlər davam edir. Sakinlər layihənin tezliklə yekunlaşacağı günü gözləyirlər. Ağdaş sakini Bahar Babayeva deyir ki, yollar qazılsa, yeni xətt çəkilsə də, işlərin nə vaxt başa çatacağı bilinmir:

«Rayonda su yoxdur. Qış aylarında su bir gün gəlir, beş gün yox. Yolları qazıblar, amma evlərə nə vaxt su xətti çəkiləcəyindən xəbər yoxdur. Nə gəlirsə, köhnə xətlərlə gəlir. O da günlərlə susuz qalmağın hesabına».

Göyçay və Ağdaşda su, eləcə də kanalizasiya xətlərinin yenilənməsi Asiya İnkişaf Bankının ölkədə maliyyələşdirdiyi 18 layihədən biridir. Azərbaycan dövləti 2001-2012-ci illərdə həmin bankdan ümumilikdə 1 milyard 340 milyon dollarlıq kredit alıb. Bu vəsatin yarısı nəqliyyata, 28 faizi su və kanalizasiya sisteminin yenidən qurulmasına, 13 faizi maliyyə təsərrüfatına, 1.5 faizi kənd təsərrüfatına ayrılıb.

AZƏRBAYCAN HANSI BANKA VƏ NƏ QƏDƏR BORCLUDUR?

Azərbaycan 2012-ci ildə, özəlliklə Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın «KfW» Bankı və Çexiyanın Sporitelna Bankı ilə beynəlxalq sazişlər imzalayıb. 2013-cü ilin əvvəlinə beynəlxalq maliyyə institutlarına ölkənin borcu bu qədərdir:

Maliyyə İnstitutunun adı İmzalanmış müqavilələr üzrə borc (dollarla) Faktik borc
(dollarla)
Dünya Bankı
3 milyard 61 milyon 500 min 1 milyard 640 milyon
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi
1 milyard 175 milyon 660 milyon
İslam İnkişaf Bankı
921 milyon 500 min 520 milyon
Avropa Yenidənqurma və İnkişaf Bankı
1 milyard 98 milyon 240 milyon
Çexiya İxrac və Çexiya Kommersiya Bankı
1 milyard 110 milyon 760 milyon
XARİCİ KREDİTLƏ SALINAN VƏ DAĞILAN YOLA YENİDƏN KREDİT AYRILIB

Bu kreditlərin böyük əksəriyyəti ölkədə infrastrukturun möhkəmlənməsinə, özəlliklə nəqliyyata – ana yolların yenidən qurulmasına, su və kanalizasiya sisteminin yenilənməsinə ayrılıb.

Eyni istiqamətə həm dövlət büdcəsindən, həm də xaricdən kredit alınması mütəxəssislərdə xeyli sual doğurur. İqtisadçı Zöhrab İsmayılın fikrincə, dövlət büdcəsinin gərəksiz xərclərini azaltmaqla xaricdən kredit götürməmək də olar:

«Dövlət investisiya layihələri içərisində məqsədləri aydın, eləcə də vacib olmayan xeyli xərclər var. Tutalım, inzibati binaların tikintisinə ayrılan vəsait. Bu qurumların əksəriyyətinin binası olduğu halda onlara yenidən vəsait ayrılır. Güc strukturlarına məxsus binalarda gedən hər hansı təmir və tikinti işlərinə ayrılan vəsait də həmçinin. Müdafiə Nazirliyinə vəsait ayrılması yenə əsaslandırıla bilər, amma daxili işlər və fövqəladə hallar nazirliklərinə nədən bu qədər vəsait ayrılsın?
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
Niyə həmin xərcləri ixtisar edib xarici kreditlər hesabına görülən işlərə yönləndirməyək və beləcə, dövlətin xarici borcunu azaltmayaq? Burada bir məqamı heç cür gözardı etməməliyik: xarici kreditlər bir neçə məmurun «kurasiyasındakı» sahələrə ayrılır. Hətta eyni layihəyə dəfələrlə kredit almaq halları da var. Məsələn, bir neçə il öncə salınan ikizolaqlı Hacıqabul-Kürdəmir yoluna işlər başa çatandan sonra yenidən kredit ayrıldı – bu dəfə dördzolaqlı yolun salınması üçün. Nəticədə əvvəl salınan yeni yol tam dağıdıldı və yeni yol çəkilməyə başlandı».

Zöhrab İsmayıl daha bir məqama diqqət çəkərək deyir ki, xarici kreditləri araşdırarkən, işi tender qalibinin deyil, başqa bir şirkətin gördüyü hallar da olub. Onu fikrincə, bu hallar özəlliklə kommersiya maraqlarını düşünən beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə baş verir.

Azərbaycana ayrılan kreditlər daha çox 4 faizlə verilir. Zöhrab İsmayılın sözlərinə görə, bəzi maliyyə qurumları kredit ayırarkən maddi maraqları, bəziləri öz siyasətini əsas götürür.

XARİCİ KREDİT, YOXSA...

Azərbaycanda bəzi xarici kreditlərin icrasına ictimai nəzarət qrupu da yaradılıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı həmin qrupun üzlərindəndir. O deyir ki, bir neçə bankı çıxmaqla, qalan banklarla rahat çalışmaq, onlardan məlumat almaq mümkün deyil.

Mirvari Qəhrəmanlı bildirir ki, bu işə yeni başlayanda Azərbaycanın xarici kredit götürməsinin əleyhinə imiş, amma sonra fikrini dəyişib:

«Bəzi beynəlxalq maliyyə qurumlarının öz siyasəti var və kreditgötürənin o siyasətə əməl etməsi şərtdir. Əks halda, kreditin ayrılması dayandırıla bilər. Biz monitorinq zamanı köçürülmə siyasətinin pozulduğunu üzə çıxaranda kompensasiyaları artıra, yaxud haqqı ödənilmədən iş saatından çox işləmə hallarını aradan qaldıra bilirik.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Ən əsası, ayrılan kreditlərin təyinatı üzrə xərclənməsinə bankın özü nəzarət edir və bu, yeyinti hallarını azaldır. Amma tutalım, Oğuz-Qəbələ yeni su xətti Neft Fondunun ayırdığı vəsaitlə çəkilib. Heç bir şəffaflıq yox, camaatın kompensasiyası ödənmir, layihə də uğursuz oldu. Bütün bunlar nəzarətsizlikdən qaynaqlanır. İndi, görün, nə günə qalmışıq ki, Azərbaycanın borc götürüb iş görməsini öz vəsaiti ilə iş görməsindən üstün tuturuq».

DÖVLƏT 28 MİLYON DOLLAR FAİZ ÖDƏYƏCƏK

2012-ci ildə Dövlət Neft Fondundan 8 milyard 340 milyon manat dövlət büdcəsinə köçürülüb. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 250 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106 milyon, «Bakı-Tbilisi-Qars yeni dəmiryolu» layihəsinin maliyyələşdirilməsinə 11 milyon, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na 12 milyon manat vəsait ayrılıb.

Xarici kredit və Dövlət Neft Fondundan, eləcə də dövlət büdcəsindən ayrılan vəsaitin bir ciddi fərqi var – alınan xarici kreditin müqabilində faiz ödənilir. Yazının əvvəlində xatırladıldığı kimi, 2012-ci ilin sonuna olan məlumata görə, Azərbaycan dövləti təxminən 7 milyard dollar xarici kredit götürüb. Bu o deməkdir ki, dövlət götürdüyü kreditə görə təxminən 28 milyon dollar əlavə faiz ödəyəcək.

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan bütövlükdə 11 milyard 745 milyon dollarlıq kredit sazişi imzalayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana 1.5 milyard dollar borcun verilməsi niyə təxirə salındı?

    Azərbaycana 1.5 milyard dollar borcun verilməsi ...

    8-06-2016, 12:37

  • 
  • Hesablama Palatasının yeni sədrinə etirazlar başladı

    Hesablama Palatasının yeni sədrinə etirazlar ...

    25-11-2013, 14:39

  • 
  • Azərbaycana 200 mln dollar ayrıldı

    Azərbaycana 200 mln dollar ayrıldı ...

    6-03-2016, 12:33

  • 
  • Аzərbaycan büdcəsinin 48 faizi cari işlərə xərclənir

    Аzərbaycan büdcəsinin 48 faizi cari işlərə ...

    19-05-2014, 11:17

  • 
  • İsveçrə bankının azərbaycanlıya 75 milyon dollar borcu var

    İsveçrə bankının azərbaycanlıya 75 milyon dollar ...

    23-07-2013, 23:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu