Hökumət ölkədə savadsızlar ordusu yaradır. Son imtahanlar zamanı 1-ci qrup üzrə keçid ballarının 150-yə endirilməsi gənc nəslin savadsızlığa sürüklənməsinin sübutudur. Azərbaycan hökuməti keyfiyyət deyəndə nə qədər məktəb tikildiyini, nə qədər kompüter alındığını, nə qədər çox dərslik çap olunduğunu başa düşür. Doğrudur, kəmiyyət dəyişikliyi baş verib, amma keyfiyyət dəyişikliyi də lazımdır. Əslində büdcədən təhsilə ayırmalar da çox deyil. Dövlət büdcəsinin 1,5 milyard manatı (9,3 faizi) təhsilə sərf edilir, bu da, ÜDM-in 3,5 faizi deməkdir. Elmə ayrılan xərclər isə ÜDM-in 1 faizi belə deyil. Beynəlxalq təcrübədə hansısa ölkədə təhsil xərcləri ÜDM-in 7 faizinə, elmə ayrılan xərclər isə 2 faizinə enirsə, bu, artıq ciddi uğursuzluğun göstəricisidir. Ən maraqlısı büdcədən təhsilə ayrılan vəsaitin cəmi 92 faizinin, elmə ayrılan vəsaitin isə 93 faizinin xərclənməsidir. Hansı ki, investisiya xərcləri 99,8 faiz yerinə yetirilib. Son illərdə universitetlərin təhsil haqqı 4-5 dəfə artırılıb, əmək haqlarının isə artımı iki dəfə belə təşkil etmir. Ölkədə orta əmək haqqı 360 manat olduğu halda təhsil haqlarının 1500-4800 manat olması anormaldır. Ekspertlər hesab edir ki, ölkədə təhsil siyasəti bütövlükdə dəyişməlidir. Planlaşdırma sistemi bütövlükdə ləğv edilməlidir. Təhsil siyasətini əmək bazarı müəyyənləşdirməlidir. Təhsildə bal və say meyarı keyfiyyət meyarı ilə əvəz olunmalıdır. Təhsil sistemi siyasi olmamalıdır. Hazırda məktəblərdə ən çox əmək haqqı alanlar seçkiləri saxtalaşdıranlardır. Məktəb direktorları və universitet rektorları seçilməlidir. Kredit sistemi və Boloniya sistemi Avropa qaydalarına uyğunlaşdırılmalıdır. Azərbaycan Neft Fondunun 35 milyon vəsaiti hesabına 2008-ci ildən başlayaraq 1028 tələbə xarici universitetlərdə oxuyub. Amma Azərbaycanda təhsil sistemi ciddi islahata məruz qalarsa, ali məktəblər xaricdən tələbə cəlb edə bilər və dövlət büdcəsinin formalaşmasında təhsildən gələn gəlirlər mühüm rol oynaya bilər. Hazırda yalnız Ukrayna ali məktəblərində 10 min azərbaycanlı təhsil alır. Hər bir tələbə orta hesabla ildə 15 min dollar vəsait ödəyir. Bununla yanaşı, tələbələrin digər xərclərini də hesablayanda Ukraynaya ildə 30 milyon dollardan çox gəlir veririk. Tural
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?