GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Avtokredit qadağası maşın bazarı ilə bankları çökdürür

Avtokredit qadağası maşın bazarı ilə bankları çökdürür

Tarix: 24-01-2014, 08:28 Bölmə :İqtisadiyyat Baxış: 1 049
 Avtokredit qadağası maşın bazarı ilə bankları çökdürür
Məşhur firmaların satış mərkəzləri “qan ağlayır”
“Vəziyyət necə olacaq? Çox pis. Bizim satışın əsas hissəsini kredit təşkil edir. Bu qadağadan sonra satış azalıb, necə olacağını da bilmirik. Bəlkə yenə siz bilərsiniz, mətbuatsız, düzələcək ya yox. Çünki belə davam edə bilməz. Bankların qərarını gözləyirik”.
Bu giley-güzarı paytaxtın Babək prospektindəki “Peugeot” avtosalonunun Xalid adlı satış meneceri edir. Menecerin sözlərinə görə, Mərkəzi Bankın avtokreditlərin dayandırılması barədə özəl banklara göstərişi onların işinə ciddi ziyan vurub.

Həmsöhbətimiz deyir ki, kreditlə avtomobil almaq istəyənlər əliboş qayıdır. Vəziyyətdən necə çıxmağın yollarından danışan Xalid bəy bildirir ki, onlar özəl bankların qərarını gözləyirlər: “Konkret olaraq bir ay ərzində kreditlə neçə avtomobil satdığımızı deyə bilmərəm. Amma bu, satışın çox böyük hissəsini təşkil edirdi. İndi alıcıların əksəriyyəti avtomobili kreditlə götürürlər.

Başa düşmək olmur ki, niyə belə qərar verilib. Neçə gündür ki, iş zəifləyib və kreditlə avtomobil verə bilmədiyimiz üçün müştəriləri itiririk. Əgər qərar dəyişməsə, avtomobil bazarında vəziyyət ağırlaşacaq". Onun sözlərinə görə, digər avtosalonlarda da vəziyyət ürəkaçan deyil.

Elə bu fikirləri yaxınlıqdakı “Gelly Auto Azerbaijan” satış mərkəzində çalışan xanım da təsdiqləyir. Qısa şəkildə vəziyyəti şərh edən avtosalon əməkdaşı bildirir ki, nəzərlər banklara yönəlib. Artıq bir neçə gün ərzində ciddi itkilər verən avtomobil salonu müştərilərin kreditə üstünlük verdiyini bildirir. Avtosalon işçisinin sözlərinə görə, bu qadağa onlara ağır zərbə olub.

“Audi” avtosalonunda isə mənzərə bir az fərqlidir. Satış meneceri deyir ki, onlar sırf firmaya məxsus avtomobillər satırlar. Ona görə də bura müraciət edən müştərilər əsasən nağd ödəmə yolu ilə avtomobil almağa üstünlük verir: “Adətən bura gələn müştərilər dövlət sektorunda işləyən, yaxud müəssisə rəhbəri olan vətəndaşlardır. Onlar iş yerindən arayış təqdim edə bilirlər.

Bizim satışın 50 faizini kredit, 50 faizini nağd təşkil edir. Elə avtosalon var ki, onların satışının 80 faizi kreditdən asılıdır. Bu da onlara çox ağır zərbədir. Bizə də təsirsiz ötüşmür. Əgər 50 faiz kreditlə satış varsa, deməli, təsir etməlidir".

Menecer bildirir ki, taksi sürücüləri, ilkin ödəniş ödəyib kredit götürənlər üçün bu qərar şok effekti yaradır: “Onlar nağd ala bilmirlər. Avtosalonlar da nağd satışdan çox qazana bilmir. Çünki hər kəsin nağd almaq imkanı yoxdur. İndi gözləyirik görək necə olacaq. Deyirlər ki, düzələcək, müvəqqətidir. Düzəlməsə, çox ciddi təsir edəcək”.

Digər avtosalonlarda da vəziyyət analojidir. Hətta bir neçə satış mərkəzi öz daxilində kredit hesabı açıb və vətəndaşlara bu variant təklif edilir. Qalan avtosalonlar isə qərarın dəyişəcəyinə və əvvəlki qaydanın bərpa olunacağına ümid edir. Bununla yanaşı, banklarda avtokreditlərin dayandırılmasının icrasına artıq start verilib.

Məsələn, “Bank of Baku” artıq bu qadağaya əməl edir. Bankın “Neftçilər” filialı ilə müştəri kimi əlaqə saxlayıb öyrəndik ki, artıq yanvarın 16-dan avtokredit vermirlər.
“AccessBank”ın Babək filialından isə bildirildi ki, yanvarın 22-dən etibarən avtokredit vermirlər. Bank əməkdaşı bir-iki həftə ərzində avtokredit verilişinin bərpa oluna biləcəyini dedi.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun araşdırmalarına görə, bəzi banklar yenidən maliyyələşdirmə adı altında müştərilərinə digər banklara olan borclarını qaytarmaq üçün daha sərfəli şərtlərlə kreditlər vəd edirlər: “Borclarını qaytara bilməyənlər isə başqa banklara və şəxslərə olan borclarını qaytarmaq üçün onlara üz tuturlar. Təbii ki, bu halda Mərkəz Bankda yaranmış narahatlığı başa düşmək lazımdır”.

İqtisadçı-ekspert Vüqar Bayramov isə ANS-ə açıqlamasında bu növ kreditlərin dayandırılmasının bazara ciddi təsir edəcəyini deyib. Ekspertin fikrincə, Azərbaycanda hər 10 maşından 6-sı bank kreditləri vasitəsilə alınır:

“Bu gün xüsusilə də avtosalonlarda satılan avtomobillərin təxminən 60 faizi bank kreditləri vasitəsilə alınır. Sözügedən kreditlərin verilməsinin dayandırılması bazarda aktivliyin azalmasına gətirib çıxaracaq. Bu növ kreditlər əsasən bahalı, ili təzə avtomobillər üçün alındığından hesab edirəm ki, istehsal ili təzə olan avtomobillərə tələbat azalacaq. Bu isə onların qiymətinə ciddi təsir edəcək. Bu yenilik həm bankların, həm də avtosalonların fəaliyyətinə mənfi təsir edəcək”.

Mərkəzi Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyev isə ANS-ə bildirib ki, banklara rəsmi bir göstəriş olmayıb. N. Əliyev kreditlərin dayandırılmasının bankların daxili siyasəti olduğunu deyib.

Yada salaq ki, bir neçə gün öncə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun qadağası bütün banklara elan olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Evlərin kreditlə satışına qadağa qoyuldu

    Evlərin kreditlə satışına qadağa qoyuldu ...

    12-02-2014, 14:00

  • 
  • Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...

    Avtomobillərə kreditlərin verilməməsinin ...

    25-01-2014, 12:15

  • 
  • Banklarda fövqəladə vəziyyət

    Banklarda fövqəladə vəziyyət ...

    6-02-2014, 11:57

  • 
  • Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL

    Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL ...

    11-12-2015, 03:04

  • 
  • Avtomobil bazarında durğunluq hökm sürür

    Avtomobil bazarında durğunluq hökm sürür ...

    28-12-2015, 14:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu