Gundemxeber.az » İqtisadiyyat » Səhifə 103
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7% artıb.
Hazırda bankların əksəriyyəti 11 iyun 2013-cü ildən qüvvədə olan “Banklarda korporativ idarəetmə standartları”nın “Məlumatların açıqlanması” adlı 14-cü bəndinə demək olar ki, riayət etmirlər.
Aprelin 22-dən banklar tərəfindən vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlanılıb. Adı kompensasiya siyahısına düşən vətəndaşlar arasında müxtəlif cinayətlər törədərək həbsə düşənlər də var.
Gundemxeber.az xəbər verir ki, bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın".
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yarısından çoxu 2018-ci ildə qiymətli kağızlara investisiya yatırıb.
Roberto Azevedo deyib ki, ticarətin azalmasına xüsusilə Birləşmiş Ştatlarla Çin arasında tarif müharibəsi, eyni zamanda isə zəif iqtisadi artım, maliyyə bazarlarında dəyişkənlik və inkişaf etmiş ölkələrdə pul şəraiti səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?