GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanın «iqtisadi möcüzəsi»: hökumətin yalanları faş olur

Azərbaycanın «iqtisadi möcüzəsi»: hökumətin yalanları faş olur

Tarix: 29-12-2012, 10:33 Bölmə :Manşet Baxış: 721
Azərbaycanın «iqtisadi möcüzəsi»: hökumətin yalanları faş olur
Ən böyük uyğunsuzluq Dövlətstatkomun mif yaradıcılığı sayəsində aqrar sektorda olub

gundemxeber.az İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) iqtisadi və maliyyə ilinin əsas hadisələrinin yekunlarını açıqlayıb. Mərkəzin rəhbəri Qubad İbadoğlu bildirib ki, belə rejimlərdə bütün illər oxşar olur. 2012-ci il də belədir, amma daha zəngindir.
Ən gurultulu hadisələr bunlardır: Britaniyanın Tax Justice Network («Ədalətli vergi sistemi») QHT-nin Azərbaycanın offşor zonalara $48 mlrd çıxarması barədə məlumatı və əhalinin Əmanət bankındakı əmanətlərinin qaytarılmasıdır. Dekabrda ARDNF Londonda 177,35 mln funt sterlinqə (London's West End) Sent Ceyms strit, 78-də (St James's Street) ofis kompleksi və Parisdə Vandom meydanı, 8-də 135 mln avroya daşınmaz əmlak alıb. Sonuncu alınan "Qalereya Aktyor" 18 min m2 sahə tutur. Tver küçəsi ilə Strastnoy bulvar arasında, Kremlin yaxınlığındadır. Bina 1881-ci ildə tikilib, 1995-ci ildə yenidən qurulub.
Sığorta daha sürətlə inkişaf edir (ötən illə müqayisədə 2 dəfə). Səbəb «İcbari sığorta haqqında» qanundur. Təkcə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 11 ayda 68,6 mln yığılıb. Bu, ümumi mükafatların (313 mln) 22%-dir.
İqtisadiyyatın xidmət sektoru daha çox inkişaf edib. 9 ayda neft sektorunda 20 mlrd manat əlavə dəyər yaradılıb. Bunun 24,1%-i sosial və başqa xidmət, 19,5%-i tikinti, 15,5% qeyri-neft sənayesi, 13,3% ticarət və avtomobil təmiri, 12,1% kənd təsərrüfatı üzrədir.
Ən iri kəsir büdcənin qeyri-neft sektorundadır. Dövlət büdcəsində 1,5 mlrd profisit elan edilsə də (3 rübdə) ilin sonu üçün qeyri-neft sektorunda xərclər ilk dəfə gəlirlərdən 42,8% çox olacaq.
Daha çox tənəzzül sənaye istehsalındadır – 11 ayda 3%. Bu, əsasən neft hasilatı və ixracda azalma ilə bağlıdır. Büdcədəki hər 4 manatdan 3-ü neft və qaza düşdüyü üçün təəccüblü deyil ki, böyük inciklik oldu – dövlət başçısı ВР-ni öhdəliyini yerinə yetirməməkdə ittiham etdi.
Ən böyük uyğunsuzluq Dövlətstatkomun mif yaradıcılığı sayəsində aqrar sektorda olub. Bir tərəfdən istehsal artır və dövlət başçısı deyir ki, ölkə özünün ərzaq təhlükəsizliyini 100% təmin edib, digər tərəfdən ərzaq idxalı artır. 1 dekabr üçün rəsmi məlumata əsasən, bitkiçilik məhsulları (bostan bitkiləri, çuğundur və pambıq istisna) 5,8%, heyvandarlıq məhsulları 5,5% artıb. Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin 11 ayı ilə müqayisədə bu il buğda (+24,1%), bitki və heyvani yağlar (+21%), kərə yağı (+17,5%) idxalı artıb. Bundan başqa, tərəvəz və meyvə (+13,28%), qənd idxalında (+10,4%) artım olub, hərçənd İmişli zavodu ixrac barədə məlumat verir.
Mərkəzin rəhbəri Qubad İbadoğlu bildirib ki, ölkə iqtisadiyyatına xarici investisiyaların həcmi 23%-dək azaldılıb, qalan pullar hesabatsız investisiya layihələrinə xərclənən büdcə vəsaitləridir. «Avroviziya – 2012» ən yeni tarixdə ən intensiv xərclərə səbəb olub. Layihəyə birbaşa və dolayı xərclər $1 mlrd təşkil edib. 8 ayda xərc cədvəlində ən böyük xərclər (1,5 dəfə çox) müsabiqə ərəfəsində olub. Bu zaman bütün nazirlik və qurumlar 2 mlrd manat xərcləyib. 2012-ci ilin dövlət büdcəsində ehtiyat fondundan xərclər 500 mln əvəzinə 1 mlrd manat olub.
Bakıda bu ilin ən iri tikintiləri – metal konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, «Baku Crystal Hall», «Qafqaz Baku City Hotel and Rezidences», «JW Marriott Absheron» və «Four Seasons» mehmanxana və ofis kompleksləridir. Diplomatik Akademiya və MDU-nun yerli filialının tədris korpusları, MTN hərbi hospitalı istifadəyə verilib. 11 ayda əsas kapitala 12,6 mlrd manat qoyulub, 7,6 mlrd manatlq tikinti-quraşdırma işləri aparılıb. Əsas vəsaitlərin 77,2%-i (9,7 mlrd manat) daxili investisiyalardır və ötən illə müqayisədə 24% artıb.
Ən çox borc alanlar ailələr və ev təsərrüfatlarıdır. 9 ayda bankların kredit portfelində fiziki şəxslərin xüsusi çəkisi 33,6% olub. Bu, ötən ilkindən 21,7% çoxdur. Demək, hər üçüncü ailə nağd pulla qiymətli şeylər və məişət avadanlığı ala bilmir. Kreditlər üzrə faiz dərəcəsi 0,6% azalaraq 15,4% olub. Hər halda vətəndaşların banklar qarşısında öhdəlikləri onların maliyyə imkanına uyğun deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın «iqtisadi möcüzəsi»: hökumətin yalanları faş olur

    Azərbaycanın «iqtisadi möcüzəsi»: hökumətin ...

    29-12-2012, 11:24

  • 
  • 200 milyonluq mülk: qanunidir, amma…

    200 milyonluq mülk: qanunidir, amma… ...

    20-12-2012, 13:09

  • 
  • Şahmar Mövsümovun mülk marağı

    Şahmar Mövsümovun mülk marağı ...

    22-12-2012, 13:09

  • 
  • Kərəm Həsənovun yalanları

    Kərəm Həsənovun yalanları ...

    26-12-2012, 13:07

  • 
  • Hökumətdən prezidentə yalan məlumat verilib

    Hökumətdən prezidentə yalan məlumat verilib ...

    17-01-2013, 11:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu