GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hökumətdən prezidentə yalan məlumat verilib

Hökumətdən prezidentə yalan məlumat verilib

Tarix: 17-01-2013, 11:08 Bölmə :Manşet Baxış: 747
Hökumətdən prezidentə yalan məlumat verilib

2012-ci ilin yekunlarına dair müşavirənin pərdəarxası

Reallıqda inflyasiya 9,92%, ərzaq inflyasiyası isə 18% olub

Prezident İlham Əliyev yanvarın 15-də hökumətin iclasında ötən ilə qiymət verib və onu xoşbəxt gələcəyə inam yaradan adlandırıb. Əslində belədirmi? İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədri Qubad İbadoğlunun sözlərinə görə, dövlət başçısının çıxışında iki «həqiqət anı» var – valyuta ehtiyatları 46 mlrd-a çatıb, Ermənistanın işi müşküldür.
Alim İlham Əliyevin inflyasiya səviyyəsi barədə (1,1%) dediklərini fantastik adlandırıb. Reallıqda inflyasiya 9,92%, ərzaq inflyasiyası isə 18% olub. «Hamımız istehlakçıyıq. Əhalinin çoxu varlı və orta təbəqəyə məxsus deyil və gəlirinin üçdə ikisindən çoxunu ərzağa xərcləyir. Əhalinin pulu qiymət artımı ilə yeyilir. Əgər inflyasiyaya müəllimlərin maaşı və pensiyaların artacağı barədə şayiələr təsir edirsə, bu, inhisraçılıq və qiymət dərəbəyliyindən xəbər verir», - deyə İbadoğlu bildirir.
Ötən il investisiya həcminin $22 mlrd olması ümumilikdə iqtisadi vəziyyətin yaxşılaşmasının göstəricisi deyil. Çünki rəsmi məlumata görə, bunun üçdə ikisi dövlət sərmayəsidir. Ölkədə büdcənin 40%-i yeyən investisiya layihələrinin praktikası belədir: büdcə təşkilatları və dövlət kommersiya strukturları il boyu vəsaitin üçdə ikisini, dekabrda avral rejimində qalanını xərcləyir. Yəni pullar faktik olaraq silinir. Nümunə kimi ötən ilin tikintilərini göstərək – metal konstruksiyalar zavodu, Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall” konsert kompleksi, “Qafqaz Baku City Hotel and Rezidences”, “JW Marriott Absheron” və “Four Seasons” otel və ofis kompleksləri. Bundan başqa, Diplomatik Akademiyanın və Lomonisov adına MDU-nun yeni tədris korpusları, MTN-in hərbi akademiyasının hərbi hospitalı. Rəsmi rəqəmlərə görə, 2012-ci ilin yanvarından dekabrına bütün mənbələrdən əsas kapitala 12,6 mlrd manat qoyulub, 7,6 mlrd manatlıq tikinti-montaj işləri görülüb. Rəsmi məlumata görə, əsas vəsaitlərin 77,2%-i (9,7 mlrd manat) daxili investisiyalardır. Bu, əvvəlki ildən 24% çoxdur.
Prezidentin sözlərinə görə, Azərbaycanda kasıbların sayı əvvəlki ildəki 7,6%-dən 6%-ə düşüb. Bir neçə ildən sonra bu təbəqə olmayacaq. Bəyanatdan belə çıxır ki, ABŞ-dan yaxşı yaşayırıq. Orada 15,2% kasıb var. Hollandiyada bu göstərici 14%-dir. İbadoğluya görə, Dövlətstatkom siyasi hakimiyyətin istədiyini göstərir. Obyektiv rəqəmlər almaq üçün metodika dəyişdirilməlidir.
Rəsmi məlumata görə, bankların kredit portfelində fiziki şəxslərin xüsusi çəkisi 33,6%-dir. Bu, əvvəlki ildəkindən 21,7% çoxdur. Yəni hər üçüncü ailə nağd pula qiymətli əşyalar və avadanlıq ala bilmir. Alim prezidentin sözlərində iki vacib uyğunsuzluğu xatırladıb. Əvvəla, niyə sənaye istehsalının azalması (2,3%) neft hasilatının azalmasına bərabər olmalıdır? Axı hər il dövlət başçısı onlarla müəssisə açır. 10 ildə 1,2 mln iş yeri təmin edilib. İkincisi, ötən il ən böyük uyğunsuzluq Dövlətstatkomun mif yaradıcılığı sayəsində aqrar sektorda olub. Bir tərəfdən kənd təsərrüfatı məhsulları istehsalı durmadan artır, ölkə ərzaq təhlükəsizliyini 100% təmin edib. Digər tərəfdən, ərzaq idxalı artır. 1 dekabr üçün rəsmi məlumata görə, bitkiçilik məhsulları istehsalı (bostan bitkiləri, çuğundur və pambıq istisna) 5,8%, heyvandarlıq məhsulları istehsalı 5,5% artıb. Amma Gömrük Komitəsinin məlumatına görə, 2011-ci ilin 11 ayı ilə müqayisədə ötən il buğda (+24,1%), heyvani və bitki yağları (+21%), kərə yağı (+17,5%) idxalı artıb. Bundan başqa, meyvə və tərəvəz (+13,28%), şəkər (+10,4%) idxalında artım var. Halbuki İmişli ixtisaslaşmış zavodu ixrac barədə məlumat verir.
Azərbaycan artıq ARDNF vasitəsilə neftdən əldə edəcəyi $200 mlrd-ın $50 mırd-ı xərcləyib. Əgər bundan sonra da əsassız olaraq (sabitlik görüntüsü yaratmaq üçün) hər il $10 mırd-a qədər xərcləsək, gələcək nəsillərə heç nə qalmayacaq. Yalnız bu günü düşünmək yox, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan təsərrüfatçı olmaq lazımdır, deyə alim bildirib.
“Turan”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllim və həkimlərin maaşı artacaq

    Müəllim və həkimlərin maaşı artacaq ...

    7-01-2015, 00:35

  • 
  • Devalvasiyadan sonra qiymətlərin nə qədər qalxdığı açıqlandı

    Devalvasiyadan sonra qiymətlərin nə qədər ...

    17-03-2016, 20:22

  • 
  • “Maaş artımı seçicini ələ almaqdır”

    “Maaş artımı seçicini ələ almaqdır” ...

    1-09-2013, 11:16

  • 
  • İnsanlar ərzağa nə qədər pul xərcləyir? - STATİSTİKA

    İnsanlar ərzağa nə qədər pul xərcləyir? - ...

    27-12-2013, 16:32

  • 
  • Maaş və pensiyaların artacağı vaxt açıqlandı

    Maaş və pensiyaların artacağı vaxt açıqlandı ...

    19-07-2013, 14:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu