GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elşad Abdullayev yenə od püskürdü

Elşad Abdullayev yenə od püskürdü

Tarix: 29-12-2012, 11:15 Bölmə :Manşet Baxış: 962
Elşad Abdullayev yenə od püskürdü
Rektor ittihamlara cavab verdi: “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilata Mehdiyev havadarlıq edir”

gundemxeber.az İki gün öncə YouTube beynəlxalq paylaşım səhifəsində ABU-nun sabiq sahibi və rektoru Elşad Abdullayevin əleyhinə çıxış edən şəxsin videogörüntüləri yayılıb. Bu şəxs Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimovdur. İndiyə qədər hakimiyyəti, ayrı-ayrı şəxsləri ağır ittihamlara məruz qoyan E.Abdullayevin özü bu dəfə Kərimovun ittihamlarına məruz qalır. N.Kərimov onu cinayət törətməkdə, anasının ölümünə bais olmaqda ittiham edir. Məlum olur ki, Kərimovun anası vaxtilə E.Abdullayevin yanında çalışıb və onunla arasında olan 2 milyon dollara görə özünü öldürüb.
Üç hissədən ibarət olan 29 dəqiqə 41 saniyəlik video dekabrın 18-də sayta qoyulub. N.Kərimov orada kameraya baxaraq yaşadıqlarını nəql edir. Qeyd edək ki, onun qarşısında vərəq olduğu və hərdənbir bu vərəqdə yazılanları oxuduğu sezilir. Keçmiş polis əməkdaşı özü barədə məlumat verməsə də anasının E.Abdullayev tərəfindən necə aldadılmasını bütün detalları ilə danışır. Onun dediklərinə görə, 2002-ci ildə anası, ibtidai sinif müəlliməsi olan Svetlana Mövsümovanın E.Abdullayevin qardaşı Mahir Abdullayevlə şəxsi münasibəti olduğu üçün həyatında dəyişiklik olub.
M.Abdullayev Svetlana Mövsümovaya bildirib ki, onu qardaşının rəhbəri olduğu universitetdə hüquq fakültəsində işə düzəldə bilər: “Mahir şəxsən anam Svetlananın qardaşı Elşadla görüşünü təşkil edib. Anamı Elşada ən yaxın iş görən adamı kimi təqdim edib ki, hüquq fakültəsində işləsin, tələbə qəbulu ilə məşğul olsun. Anam da razılaşıb. 2002-2003-cü illərdə San- Marino Universitetinin hüquq fakültəsində işləyirdi. Elşad Abdullayevlə arada əlavə adam olmadan tələbələri qəbul edib, onların sənədləri isə Elşada verilib. Anam tələbələrin valideynləri ilə əlaqə yaradıb, istədiyi fakültəyə qəbul etdirib. Amma göstəriş Elşad Abdullayev tərəfindən olub”.
Bu video olayı ilə bağlı E.Abdullayev də “Yeni Müsavat”a danışıb. Sabiq rektor dedi ki, Neman Kərimov Arzu Kazımovun oğlu Zaur Kazımovla birlikdə Binəqədi Rayon Polis İdarəsində çalışıb: “Zaur Kazımov əvvəl İnterpolun Azərbaycan bölməsində işləyib. Sonra isə atasının cinayətlərini gizlətmək üçün daha aşağı vəzifəyə - Binəqədi polisinə, 4-cü polis bölməsinə rəis müavini təyin edilmişdi ki, ABU-ya qarşı terror etsin. Həmişə də ABU müəllimlərinə və tələbələrinə qarşı ”fabrikovat" olunmuş (qurama-red.) cinayət işləri açırdı. Son bəyanatı da yalandır, telefon nömrəsini də qeyd etmişəm".
E.Abdullayev dedi ki, Z.Kazımovun onunla birlikdə bir neçə videogörüntüləri var. “Növbəti dəfə Zaurun videosunu qoyacağam” - deyən sabiq rektor N.Kərimov barədə də danışdı: “Qaldı Neman Kərimova, o, Zaur Kazımovun hazırda polis agentidir. ”Kliçka"sı “Qarğa”dır. 2009-cu ildən Nəsimi Rayon Məhkəməsində dələduzluğa görə polisdən uzaqlaşdırılıbdır. Hazırda Zaurun agentidir. 2008-ci ildə mənim vəkilim və nümayəndəmi, doğma bacım oğlu Azad Mürsəliyevi Milli Elmlər Akademiyasının qabağında polis formasında sürtüşərək şərləmişdi. Bacım oğlunu guya polisə müqavimət, Neman Kərimovun polis formasını cırdığına görə 1 il azadlıqdan məhrum etdirmişdi. Sonra da Arzu Kazımovun sifarişi ilə qəzetlərdə yazdırırdı ki, ABU-nun rektoru Elşad Abdullayev öz bacısı oğlunu həbs etdirdi. Hətta BDU hüquq fakültəsində dərs dediyim yerdə tələbələrə paylayırdılar".
E.Abdullayev sonda onu da dedi ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat leqal fəaliyyət göstərir: “Çünki onlara Mehdiyev havadarlıq edir”. E.Abdullayevin sözlərinə görə, Z.Kazımovun İnterpolda idarə rəisi vəzifəsini qoyub Binəqədi rayonuna aşağı vəzifəyə gəlməsinin bir məqsədi var: “Bu da mənə qarşı ”fabrikovat" olunmuş cinayət işi yaratmaq olub. O yaxşı bilirdi ki, nə qədər mən varam, atası adam oğurluğuna görə həbs olunacaq. Necə ki, bu gün Arzu Kazımov həbs olunub. Bu və ya bənzər adamlar, videolar, yalançı şahidlər və s. davamlı ola bilər. Məqsəd videoların effektini aşağı salmaqdır. Amma bunu bacarmayacaqlar"

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN şefi Elşad Abdullayevin xahişini Mehdiyevdən niyə edib?

    MTN şefi Elşad Abdullayevin xahişini Mehdiyevdən ...

    30-01-2013, 10:55

  • 
  • Elşad Abdullayevin kadrına vəzifə verilir

    Elşad Abdullayevin kadrına vəzifə verilir ...

    30-12-2012, 11:51

  • 
  • Ramiz Zeynalov: “Elşad Abdullayev ekstradisiya ediləcək”

    Ramiz Zeynalov: “Elşad Abdullayev ekstradisiya ...

    9-12-2013, 17:50

  • 
  • Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric edildi

    Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric ...

    27-10-2015, 19:49

  • 
  • Əli Zəngilanski Mahir Abdullayevin oğurlanmasında Kəmaləddin Heydərovun adın çəkir-Video

    Əli Zəngilanski Mahir Abdullayevin oğurlanmasında ...

    14-05-2013, 00:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu