Millət vəkili Qənirə Paşayeva son günlərdə səhhətində ciddi proplemlər yaşanan Azərbaycanın istedatlı jurnalisti, Teleqraf.az saytının redaktoru Nicat Dağlara dəstək olduğunu bildirib. Qənirə Paşayeva bu barədə “Facebook” sosial şəbəkəsində status yazıb:
“Bir az əvvəl son günlərdə səhhətində ciddi proplemlər yaşanan və hazırda Gürcüstanda müayinələrdən keçən istedatlı jurnalist, Teleqraf.az saytının redaktoru Nicat Dağlarla telefonla danışdım. İnşallah qısa zamanda muayinəsi və müalicəsi uğurla başa çatar və ailəsi, balaları ilə birlikdə neçə gözəl Ramazanlar yaşayarlar. Bütün dostlar adından dualarımızla, mənəvi dəstəyimizlə bərabər əlimizdən gələn dəstəyi göstərməyə hazır olduğumuzu bildirdim. Xəstəliyi ilə bağlı onun ciddi müalicələrə ehtiyacı var. İnanıran ki, dövlətimiz və imkanlı insanlar onun müalicəsi üçün əlindən gələn dəstəyi göstərəcək. Allah özü köməyi olsun və onu balalarına bağışlasın”!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?