GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli İnsanov sürpriz şəkildə azad oluna bilər

Əli İnsanov sürpriz şəkildə azad oluna bilər

Tarix: 31-01-2014, 10:36 Bölmə :Manşet Baxış: 893
  Əli İnsanov sürpriz şəkildə azad oluna bilər
Bu gün sabiq səhiyyə nazirinin məhkəməsidir; Apelyasiya Məhkəməsində yenidən mühakimə olunan sabiq naziri İsmət Abbasov “danışdırır” iddiası var; iqtidarın məhkəmə ilə bağlı son qərarı sürpriz ola bilər


Bu gün-yanvarın 31-də həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə iki məhkəmə prosesi keçiriləcək. Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilk prosesdə Ə.İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq.

Yanvarın 17-də keçirilən ilk məhkəmədə çıxış edən Ə.İnsanov deyib ki, onun şikayəti birbaşa ədliyyə naziri Fikrət Məmmədova qarşıdır. “O nəyə arxayındır ki, nəinki özü məhkəməyə gəlmir, eyni zamanda heç etibarnamə verib bir nümayəndəsini də məhkəməyə göndərmir” deyən Ə.İnsanov tələb edib ki, nazir məhkəməyə gəlsin. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi xatırladıb ki, işə Ədliyyə Nazirliyindən nümayəndə olmadan baxılması mümkündür. Ə.İnsanovun vəkilləri buna etiraz ediblər və Ədliyyə Nazirliyindən nümayəndənin məhkəməyə gəlməsini istəyiblər. Əli İnsanov da bu məsələyə reaksiya verib: “Haradadır bu məmləkətin ədaləti ki, ədalətin başında duran adam özü məhkəməni sayıb məhkəməyə gəlmir? Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır?”



Sabiq nazir iddia edib ki, ona verilən əzab-əziyyətin başında Fikrət Məmmədov durur.
Maraqlıdır ki, hakimlər müşavirə keçirərək qərara alıblar ki, cavabdeh Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan işə baxılması mümkünsüzdür və proses yanvarın 31-dək təxirə salınıb.

Ə.İnsanovun işi üzrə bu gün keçiriləcək ikinci məhkəmədə keçmiş nazirin əsas ittiham - 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən şikayətinə baxılacaq.
Yanvarın 17-də keçirilən bu prosesdə də Ə.İnsanov iqtidara sərt ittihamlar səsləndirib.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq nazirlə bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən, Ə.İnsanov barəsində Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
AİHM ötən il martın 14-də Ə. İnsanovla bağlı qərarda İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.

Məlumatlara görə, sabiq nazirin məhkəmədəki son çıxışı hakimiyyətin ciddi narazılığına səbəb olub. “Azadlıq” qəzeti bir neçə gün əvvəl belə bir məlumat yayıb ki, iqtidarda sabiq nazirin nəinki həbsdən buraxılması, əksinə, həbs müddətinin artırılması barədə müzakirələr gedir. “Hakimiyyət eynilə Eynulla Fətullayevlə bağlı atdığı addımı Əli İnsanova qarşı atmaq planları üzərində işləyir” deyə, xəbərdə bildirilirdi.



Digər bir məlumata görə isə Ə.İnsanovun sərt aşıqlamaları təsadüfi deyil və onun arxasında duran qüvvə sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovdur. DİA.az saytı iddia edir ki, İsmət Abbasovun qayınatası Yunus Rzayevin bacısı oğlunun qızı Əli İnsanovun gəlinidir.

Hakimiyyətə yaxın mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumat da ilgincdir. Qaynağımız deyib ki, Ə.İnsanova yeni bir cinayət işi açılması hakimiyyətin planına uyğun deyil: “Avropa Məhkəməsinin qərarının icra edilməməsi Azərbaycana kifayət qədər problem yaradıb. Ona görə ən optimal variant cəmi iki il həbs cəzası qalan Əli İnsanovun işinin yüngülləşdirilməsidir. Yəni məhkəmə sabiq nazirin səhhətini və yaşını nəzərə alaraq onun cəzasını yüngülləşdirəcək. Yəqin ki, cəzanın 1 ili azaldılacaq”. Hətta tamamilə mümkündür ki, Əli İnsanov sürpriz şəkildə azadlığa buraxılsın.

Xəbər xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır

    Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır ...

    17-01-2014, 12:34

  • 
  • Əli İnsanov şüşə qəfəsə saldılar və səsini kəsdilər - Şok

    Əli İnsanov şüşə qəfəsə saldılar və səsini ...

    31-01-2014, 13:03

  • 
  • Əli İnsanov bir gündə iki məhkəməyə gətiriləcək

    Əli İnsanov bir gündə iki məhkəməyə gətiriləcək ...

    2-10-2013, 23:35

  • 
  • Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video)

    Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video) ...

    17-01-2014, 15:35

  • 
  • Əli İnsanov ədliyyə nazirini məhkəməyə verib

    Əli İnsanov ədliyyə nazirini məhkəməyə verib ...

    27-12-2013, 00:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu