GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video)

Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video)

Tarix: 17-01-2014, 15:35 Bölmə :Manşet Baxış: 805
 Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video)
"Hardadır bu məmləkətin ədaləti, ədalət naziri heç saymır sizi"
Yanvarın 17-i Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Hakim Sənan Hacıyev məhkəmə zalında Ədliyyə Nazirliyinin nümayəndəsi olamadan prosesin davam etməsinə münasibətini soruşub.

Əli İnsanov cavabında bildirib ki, o nəyə arxayındır ki, nəinki özü gəlib, heç nümayəndəsini də məhkəməyə göndərməyib. “Mən bu ittihamda əsas şəxs kimi ədliyyə naziri Fikrət Məmmədovu göstərmişəm. O nəyə arxayındır ki, nəinki özü gəlib, heç nümayəndəsini də məhkəməyə göndərməyib. Vəsatət qaldırıram, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov məhkəməyə dəvət edilsin, mənim ona çoxlu suallarım olacaq. Mənim ittiham edildiyim cinayətlərin səbəbkarı birbaşa o özüdür. Bu Fikrət Məmmədov nə vaxtdan Əli İnsanovu saymır? O, xalası oğlu İlham Əliyevə arxayındır?”

Prosesdə iştirak edən Penitensiar Xidmətin təmsilçisi məhkəməyə ədliyyə nazirinin iştirakına ehtiyac görmədiyini söyləyib. O bildirib ki, iddia ərizəsində ədliyyə naziri cavabdeh qismində göstərilmir, buna görə də onun burada iştirakı gərəksizdir.

Yenidən söz alaraq çıxış edən Əli İnsanov hakimə öz iradlarını bildirib. “Hörmətli hakim, siz işləri uzadırsınız, belə getməyəcək. Xahiş edirəm, verilən vəsatətlərə düzgün izahat verin, “baxacağıq”, “edəcəyik”lə olmaz. Hardadır bu məmləkətin ədaləti, ədalət naziri heç saymır sizi. Mənim iddialarıma qarşı heç cavab vermir, bir etibarnəmə belə vermir ki, kimsə onun yerinə məhkəmədə iştirak etsin. Yanındakıları idarə edə bilmir, buna baxmayaraq, o boyda nazirliyi idarə edir. Burda da bizə işgəncələr verir. Onun gəlməməsi sizin üçün də şərait yaradır, onsuz da siz bəhanə axtarırsınız ki, məhkəmə prosesi uzansın. Belə getsə təxirə sala-sala 2015-ci ilə qədər gedəcək”.

Bundan sonra hakim Sənan Hacıyev məhkəmə prosesini yanvar ayının 31- i saat 11:00- a təxirə salıb.

Prosesdə hakim tərəfindən qısa müddətli audio və video çəkilişə icazə verilib.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. AİHM ötən il martın 14-də Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb. Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır

    Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır ...

    17-01-2014, 12:34

  • 
  • Əli İnsanov ədliyyə nazirini məhkəməyə verib

    Əli İnsanov ədliyyə nazirini məhkəməyə verib ...

    27-12-2013, 00:07

  • 
  • Əli İnsanov Azərbaycanda inqilabdan danışdı

    Əli İnsanov Azərbaycanda inqilabdan danışdı ...

    17-01-2014, 22:29

  • 
  • Əli İnsanov sürpriz şəkildə azad oluna bilər

    Əli İnsanov sürpriz şəkildə azad oluna bilər ...

    31-01-2014, 10:36

  • 
  • Əli İnsanov şüşə qəfəsə saldılar və səsini kəsdilər - Şok

    Əli İnsanov şüşə qəfəsə saldılar və səsini ...

    31-01-2014, 13:03


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (150)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu