Sabiq səhiyyə nazirinin üzərində analoqu olmayan məhkəmə prosesi keçirildi; hakim düyməni basmayanda, onun səsi eşidilmədi: "Azadlığını almışdılar, indi də səsini aldılar"
Saat 12. 20
Sabiq səhiyyə naziri Əli İnsanovun bu gün Apelyasiaya məhkəməsində baş tutan məhkəməsi analoqu olmayan bir şəraitdə keçirilib. müxbirimiz E. Məmmədəliyev musavat.com-a deyib ki, Əli İnsanov üçün xüsusi şüşə qəfəs düzəldiblər, onun içindən kənara səs getmir: "Məhkəmə fövqəladə təhlükəsizlik və məhdudlaşdırmalar şəraitində keçirildi. Belə ki, keçən dəfəkindən fərqli olaraq, jurnalistlərin əlindən foto-video və diktafonlar girişdə alındı. Bu cihazları yığanlarsa mülki geyimli adamalar idilər. Biz dəqiqləşdirə bilmədik ki, onalar hansı xidmətə mənsubdurlar. Əli İnsanovu isə xüsusi düzəldilmiş şüşə qəfəsə salmışdılar. Onun səsini ancaq bir halda eşitmək olurdu. Hakim Sənan Hacıyev əlində olan xüsusi pultu basanda Əli İnsanov ətrafı eşidə bilir, həm də onun danışıqları ətrafdakılar tərəfindən eşidilirdi. Lakin düymə basılmayanda Əli İnsanov nə qədər hündürdən danışsa da, ətrafda duyulmurdu. O da ətrafı, xüsusi ilə də vəkillərini eşidə bilmirdi. Bu vəziyyət vəkillər tərəfindən etirazla qarşılandı,lakin hakim etiraza məhəl qoymadı. Əli İnsanov və onun vəkilləri başladılar əl-qol hərəkətləri və mimikalarala təmas qurmağa. Bu da nəticədə Əli İnsanovu qəzəbləndirdi. lakin qəzəblənmiş eks-nazirin nə dediyi yenə də eşidilmədi. Vəkillər bu dəfə onunla kağıza mətn yazaraq, şüşə arxasından oxumasını istədilər. Bu da uğurlu alınmadı". Əli İnsanov sürpriz şəkildə azad oluna bilər Ötən prosesdə qəfəs arxasından hayqırırdı...
Müxbirimiz xəbər verir ki, Ə.İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxıldı və iş 1 saylı İnzibati İqtisad Məhkəməsinə göndərildi. Onun digər iddiasına- keçmiş nazirin əsas ittihamdan - 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən şikayətinə saat 14 -də baxılacaq. Müxbirimizəvəkillərdən biri deyib ki, Əli İnsanovun azadlığını almışdılar, indi də səsini aldılar. **** Saat 11.45
Müxbirimiz musavat.com-a deyib ki, Əli İnsanovməhkəməyə gətirilib. Proses başlayıb. Bu gün-yanvarın 31-də həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə iki məhkəmə prosesi keçiriləcək. Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilk prosesdə Ə.İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq. Ə.İnsanovun işi üzrə bu gün keçiriləcək ikinci məhkəmədə keçmiş nazirin əsas ittihamdan - 11 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökmdən şikayətinə baxılacaq. **** Sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya məhkəməsi ləngiyir. “Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyevin verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində saat 11.00-da başlamalı olan məhkəmə qeyri-müəyyən vaxta qədər gecikir. Əli İnsanovun məhkəməyə saat 12 radələrində gətiriləcəyi gözlənilir. Müxbirimiz dəqiqləşdirib ki, sabiq naziri gətirən maşın yola çıxıb. Amma onun məhkəməyə nə vaxt çatacağı bəlli deyil.
Qeyd edək ki, bu günkü məhkəmə prosesində Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?