Seçkilərdən dərhal sonra Azərbaycan müxalifətinin daxilində Milli Şura ilə bağlı qovğalar yaşanmağa başladı. Müsavat Partiyası Milli Şuradan çıxmaqla bağlı qərar verdikdən sonra mətbuatda çox mühim olan narazılıqlar baş qaldırdı. Amma bu narazılıqlarla bağlı olaraq ortada olan əsas münasibətlər məsələsi kifayət qədər diqqəti çəkən idi. Obrazlar kifayət qədər maraqlı idi. Hər iki partiya arasındakı qovğa ilə bağlı olaraq jurnalistlərin danışdıra bildiyi siyasi fiqurlar, siyasi partiya funksionerləri kifayət qədər diqqəti çəkdi. Əslində bu «mübarizədə» kimlər danışdı. Kimlər isə susmağa üstünlük verdi? Bu suala cavab tapmaq Azərbaycanda qəzet oxucusu üçün o qədər də çətin deyildi. Danışanlar və ittihamçılar o qədər maraqlı personajlar idilər ki, onların siyasi keçmişi belə sual altında idi. Və bu günki şəraitdə hakimiyyət ilə siyasi və maddi olaraq bağları olanlar kifayət qədər bir bağları olanlar idilər. Danışmayanlar isə bəlli idi. Danışmayanlar əslində gerçək müxalif mövqeyə, ənənəvi münasibətlərində stabil olanlar idilər. AXCP ilə Müsavat arasında münasibətləri hər gün qəlizləşdirməyə çalışan, bu münasibətlərdə olmayan gərginliyi yaratmağa çalışanlarla bağlı indi qiymət vermək daha asandır. Danışanlarla bağlı deyil, danışmayanlarla bağlı olaraq münasibətlər kifayət qədər maraqlıdır. Danışmayanlar arasında Pənah Hüseyn, Arzu Səmədbəyli, Nurəddin Məmmədli və sairlərinin adlarını çəkə bilərik. Və AXCP ilə Müsavat arasında danışmayanlar arasında çəkə biləcəyimiz adlar arasında əsasən İsa Qəmbər və Əli Kərimlinin adını çəkə bilərik. Ortaya qovğa salan qəzetlər və qəzetlərdəki muzdlu jurnalistlər, onların danışdıra biləcəkləri «ekspertlər». Amma İsa Qəmbərlə Əli Kərimli susmağa üstünlük verdilər. Əslində ortada iqtidarın həyata keçirmək istədiyi mühim bir proje var idi. Bu proje müxalifətin əsas tərəfləri olan AXCP ilə Müsavatın davasına İsa bəylə Əli bəyi də qoşmaqdan ibarət idi. Hətta bəlli mətbuat orqanlarında bu iki liderə ünvanlanmış israrlı suallar var idi. Az qalırdı ki, bu liderlərə ünvanlanan sualların başlıqları dəyişsin və məzmun olduğu kimi hər gün təkrarlanırdı. Lakin zaman çox mühim bir loğman olaraq dəyərini qorudu. Həbsdə olan Müsavat başqanının müşaviri Tofiq Yaqublunun ailəsi «İsmayıllı işi»ndən gerə dönərkən avtomobil qəzasına uğradı. Tofiq Yaqublunun ailə üzvləri xəstəxənada olarkən AXCP sədri dərhal yoluxanlar, baş çəkənlər sırasında oldu. Və nəhayət sonuncu dəfə NİDA vətəndaş hərəkatının ad günündə, İsa Qəmbər də Əli Kərimli də iştirak etdilər. Hər iki ənənəvi müxalifət lideri bu tədbirdə yanaşı dayandılar. Əslində bəzi iqtidarın cib müxalifət partiyaları da çox çalışdılar ki, yeni konfiqurasiya yarada bilsinlər. Amma belə bir konfuqirasiyanın yaradılması mümkün olmadı. Məsələ burasındadır ki, iqtidarın ənənəvi müxalifətin sonuncu seçkilər zamanı birliyini pozmaq cəhdləri məntiqi sonluğa yetişdirilə bilmədi. İqtidar KİVDF vasitəsilə bəslədiyi, bu və ya digər formalarda yaşatdığı media və siyasi institutlarının texonoloqlarının imkanlarından yararlana bilmədi. Bununla da hakimiyyət daxilində böyük bir gənrginlik yaşandı. Və nəhayət Milli Şura ilə bağlı davam etməyən proje əslində Müsavat Partiyası tərəfindən pozulmuş oldu. İllərdir ki, ortaq dəyərləri olan hakimiyyət üçün mühim bir imkanlar ortaya çıxdı. Və ortada olan media və siyasi dəllalar işlərini sonacan yekunlaşdıra bilmədilər deyə, yəqin ki, cəzalarını da alacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?