GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » BŞTİ-də Elnur Əliyev diktaturası

BŞTİ-də Elnur Əliyev diktaturası

Tarix: 14-02-2014, 12:30 Bölmə :Manşet Baxış: 4 715
BŞTİ-də Elnur Əliyev diktaturası
Təcrübəli pedaqoji kadrlar sanki Vergilər Nazirliyinin əməkdaşlarinin əsarəti altindadirlar

Ölkədə ən çox yayılmış,bütün təhsil müəssisələrinin bəzəyi olan bir kəlam var: “Təhsil millətin gələcəyidir”.Bu özlüyündə doğru söylənmiş bir fikir olsa da müasir mərhələdə Azərbaycan təhsilinin mövcud vəziyyətinə baxanda düşünürsən ki,əgər bizim təhsilin durumu budursa,onda bizim gələcəyimiz necə olacaq?Ölkədə ən acınacaqlı,bərbad durumda olan sahələrdən biri məhz təhsil sistemidir.Uzun illər bu sahədə kök salmış dərin problemlər,rüşvət və korrupsiya halları təhsil sistemini çökdürmüşdür.Dövlətin təhsilə göstərdiyi ögey münasibət nəticəsində bu sahənin ağırlığını çiyinlərində daşıyan müəllimlər həyatın dibinə yuvarlanmış,nüfuzunu itirərək təəssüf ki,ictimai qınaq obyektinə çevrilmişlər.Bir zamanlar böyük hörmət və nüfuz sahibi olan müəllim adı rüşvətxor damğası ilə ləkələnmişdir.Bu isə təbii ki,mövcud rejimin ölkə təhsilinə vurduğu sağalmaz zərbənin acı nəticəsi idi.Maddi baxımdan ehtiyac içərisində boğulan,dilənçi vəziyyətinə salınan müəllim təbəqəsi məktəblərdə dərs verəndən daha çox pul yığana çevrildi ki.nəticədə milyonların talan olunduğu bir ölkənin ən aşağı təbəqəsinə yuvarlandı.Dünya ölkələri nin təhsil sistemində çalışan müəllimlərin əmək haqqı ilə Azərbaycan müəlliminin maaşını müqayisə etsək vəziyyətin necə acınacaqlı olduğunu görərik.Belə ki,Azərbaycan müəllimi Amerika,Koreya,Finlandiya müəllimindən 10 dəfə,Tunis müəllimindən 7 dəfə,Türkiyə müəllimindən 5 dəfə az əmək haqqı alır.Boloniya prosesinə üzv olan ölkələrdə müəllimin dərs yükü 350-400 saat olmalıdır və müəllim 2000-3000 manat əmək haqqı almalıdır.Azərbaycan Boloniya sistemini qəbul etsə də əmək haqqı sistemini qəbul etmək istəmir.Əvəzində iki ildən bir 15-20 manat əmək haqqı artırılaraq cəmiyyətə böyük inkişaf kimi sırınır.Artıq Azərbaycanda müəllim sənətində qadınlaşma prosesi gedir,çünki ailəsini dolandırmaq üçün ixtisaslı kişi müəllimlər başqa sahələrdə işləməyə məcbur olurlar.
Hökumətin təhsilin inkişafına milyonlarla manat vəsait ayırmasına baxmayaraq sistemdə mövcud olan korrupsiya nəinki təhsilin inkişafına kömək etdi,əksinə aparılan yarımçıq islahatlar nəticəsində daha çıxılmaz vəziyyətə düşdü.Maddi baxımdan ehtiyac içərisində yaşayan müəllim çıxış yolu kimi məktəbi tərk edərək repititor təhsilinə keçdi,özəl dərs verməyə başladı.Hamıya məlumdur ki,bu gün məktəblərin yuxarı siniflərində şagirdlər bir çox hallarda formal olaraq dərslərə davam edir,bir çox hallarda isə adları jurnalda qeyd olunsa da kurslara gedərək təhsilini davam etdirir.Məktəb direktorları hazırlıq kurslarında oxuyan şagirdlərin hesabına qəbul nəticələrini yaxşılaşdırırlar.Ali məktəblərə qəbul olunan tələbələrin demək olar ki, mütləq əksəriyyəti məhz repititor təhsilinin nəticəsidir,məktəblər artıq bu funksiyanı yerinə yetirə bilmir.Bu gün ali məktəblərdə təhsil alanlar öz valideyinlərinin pulu hesabına təhsili alanlaradan ibarətdir.Bunu bütün cəmiyyət və bu sahəyə məsul olan şəxslər də çox gözəl bilirlər.
Təhsil sahəsinin ən böyük bəlalarından biri məktəblərin icra hakimiyyətlərinin quyruğunda sürünən bir quruma çevrilməsidir.Təhsil müəssisələri bu gün Təhsil Nazirliyindən daha çox yerləşdikləri ərazinin icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər.Məktəb direktorlarının işə qəbulu və azad olunması prosesində İcra başçılarının rolu daha böyükdür.Ümumiyyətlə təhsilin idarə olunması sahəsində təsadüfi adamlar,qeyri peşəkarlar daha üstün mövqedədirlər ki.bunun da ağırlığını təhsil işçiləri,dolayısı ilə bütün cəmiyyət hiss edir.
Ötən il Təhsil Naziri Misir Mərdanovun vəzifədən azad olunması təhsil sahəsində müəyyən dəyişikliklərə ümidlər yaratsa da artıq bir ilə yaxın müddət keçməsinə baxmayaraq demək olar ki.ciddi bir dəyişiklik nəzərə çarpmır.Sadəcə kadr dəyişikliyi və daha çox inzibati amirlik sisteminin güclənməsi bu sahədə müşahidə olunan əsas dəyişikliklərdir.Ümumiyyətlə Azərbaycanda kadrların dəyişməsi ilə nəyinsə dəyişəcəyinə ümid bağlamaq sadəlövlükdür.Sadəcə görüntü yaratmaq naminə müəyən addımlar atıla bilər ki.bu da kompaniya xarakterli olur və ömrü az çəkir.
Hal hazırda inzibati amirlik sisteminin hökm sürdüyü əsas təhsil obyektlərindən biri Bakı Şəhər Təhsil İdarəsidir.Nazirlikdə kadr dəyişikliyindən sonra haqqında daha çox söz edilən,hətta bir müddət ləğv olunacağı belə gözlənilən BŞTİ bir nömrəli hədəfə çevrilmişdi.Keçmiş rayon təhsil şöbələrinin yenidən bərpa olunacağı haqqında məlumatlar da dolaşmaqdaydı.Lakin,bu məlumatlar öz təsdiqini tapmadı və Təhsil Naziri BŞTİ-də kadr dəyişiklikləri apararaq keçmiş komandanı təmizləməyə başladı.Aparılan kadr dəyişikliklərinin BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılması,idarəetmədə müasir üsulların tətbiqi və şəffavlığın təmin edilməsi məqsədilə aparıldığı bəyan olunsa da sonrakı proseslər sübut etdi ki.əslində məqsəd BŞTİ-nin idarəçiliyini tam ələ keçirmək məqsədi daşıyırmış.Məhz bu məqsədlə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə BŞTİ müdirinin birinci müavini vəzifəsinin icrası tapşırıldı.Əslində ilk baxışdan adi kadr dəyişikliyi təsiri bağışlasa da idarə müdirinin birinci müavini təyin edilən Elnur Əliyev sonrakı fəaliyət dövründə tamam başqa təsir bağışlamağa başladı.Yeni müavin təyinatından sonra idarədə sırf inzibati amirlik sistemi formalaşdırıldı.Yeni təyin olunan kadrlar özlərinin bilavasitə yeni nazirə bağlı olduqlarını göstərməklə demək olar ki,rəhbərliklə hesablaşmır,özlərini tam toxunulmaz adamlar kimi aparırlar.Elnur Əliyev özünü BŞTİ-nin tam hüquqlu rəhbəri kimi apararaq demək olar ki,bütün səlahiyyətləri öz əlinə almışdır.Onun təyinatından sonra idarədə tamam başqa ab-hava hökm sürməyə başlamışdır.İdarə əməksdaşları,məktəb direktorları,müəllimlər ilə sərt,bir çox hallarda hətta təhqiramiz şəkildə rəftar edən birinci müavin BŞTİ-də sözün həqiqi mənasında diktatura rejimi yaratmışdır.Özünü islahatçı kimi təqdim etmək üçün idarə əməkdaşlarına qarşı kobudluqdan,təhqirdən belə çəkinməyən E.Əliyev təhsil sahəsində dəyişiklikləri,islahatlar məhz bunda görür.Maraqlıdır ki,eyni zamanda iki mühüm vəzifənin icrasına vaxt tapan Elnur Əliyev onunla görüşmək istəyən,problemlərini həll etmək istəyənlərlə görüşməyə vaxt tapmır.Onun kabinetinin qapısında qəbul saatlarəını əks etdirən adi bir lövhə belə vurulmamışdır.Son dövrlərdə bütün nazirlərin,komitə sədrlərinin vətəndaşların qəbuluna xüsusi diqqət ayırdıqları,bu məqsədlə hətta bölgələrə belə səfərlər etdiyi halda E.Əliyev nədənsə kimsəni qəbul etmir.Yəqin bu onun təhsil işçilıərinə olan böyük diqqətinin nəticəsidir.BŞTİ nəzdnində fəaliyyət göstərən Daxili Nəzarət Şöbəsi bu gün daha çox bolşeviklərin hakimiyyətlərinin ilk dövrlərində mövcud olmuş ÇK-ları xatırladır.Məktəblərə,onların fəaliyyətinə yerli-yersiz müdaxilələr edən bu şöbə daha çox məktəb direktorlarını,müəllimləri qorxu altında saxlamaq funksiyası daşıyır.E.Əliyevin nəzarətində olan əməkdaşlar,birinci müavinin özü məktəb direktorlarına tez-tez zənglər edərək amiranə,bəzən də təhqiramiz şəkildə idarəyə çağırır,təzyiqlər edirlər.Müəllimlərlə rəftarda adi nəzakət qaydalarını belə gözləməyən İdarə əməkdaşları onsuz da hüquqsuz vəziyyətdə olan müəllimləri bir az da aşağılamaqdan çəkinmirlər.Bakı məktəblərinin işinə müdxilələr günbəgün artaraq pik həddə çatıb.Sanki bütün təhsil sistemində baş verən qanunsuzluqların,problemlərin səbəkarı məhz məktəb direktorları və binəva müəllimlərdir.Sistemdə əsaslı islahatlar aparmaq əvəzinə təhsil işçilərini aşağılamaq,suçlu duruma salmaq ən azından məsuliyyətdən yaxa qurtarmaq cəhdindən başqa bir şey deyildir.Təhsilə yeni islahatlar gətirəcəyi gözlənilən təyinatlar gözlənilənlərin tam əksini sübut etdilər.Təəssüf ki,bu gün təhsil sistemində bu sahəyə yabançı olan,təhsil sahəsinin incəliklərini bilməyən kadrlar aparıcı qüvvəyə çevriliblər.Onların təhsil sisteminə gətirdikləri yeniliklər isə BŞTİ-də baş verənlərdən aydın görünür.Təhsil sahəsində “islahatlara” inzibati amirliklə,hədə-qorxu,təhqirlə başlamaq istəyənlər əslində onsuz da bu sahədə min-bir əziyyətlə çalışan çoxsaylı pedaqoji ictimaiyyəti daha da ağır duruma gətirmişlər.Ölkə rəhbərliyinin etimad göstərərək dövlətin prioritet sahələrindən birinə rəhbərliyə gətirdikləri şəxslər onlara göstərilən etimaddan sui-istifadə atməklə məşğul olmamalıdırlar.BŞTİ-nin müdirinin birinci müavini Elnur Əliyevin idarədə yaratdığı sistemin təhsillə heç bir əlaqəsi yoxdur.Artıq Bakı məktəblərinin pedaqoji kollektivləri bu siyasətdən narazılıqlarını gizlətmirlər.Onlar çıxış yolu kimi ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edir,bu özbaşnalıqlara son qoyulması üçün təcili tədbirlər görülməsini xahiş edirlər.Redaksiyamıza müraciət edən təhsil işçiləri onların bu xahişlərinin ictimaiyyətə və birinci xanım Mehriban Əliyevaya çatdırılmasını istəyirlər.Göstərilən etimadı doğrultmayan kadrlar barədə ciddi tədbirlər görülməzsə vəziyyət daha da acınacaqlı hal ala bilər.
Bütün dahilər,dövlət xadimləri hamısı müəllim əməyinin bəhrəsidir.Müəlliminə hörmət qoymayan cəmiyyət inkişaf edərək tərəqqi tapa bilməz.Azərbaycan müəlliminin nüfuzunu bərpa etmək,onun cəmiyyətdəki mövqeyini geri qaytarmaq bu gün əsas məsələdir.Müəllimi cəmiyyətin dibindən çıxartmadan təhsilin inkişafından danışmaq əbəsdir.Təhsilin humanistləşdirilməsini,şəxsiyyətyönümlülüyünü ön plana çəkənlər nədənsə müəllimlərin özünü alçaltmaq,aşağılamaq yolunu tuturlar.Bununla təhsildə heç bir uğura imza atmaq mümkün deyildir.Tezliklə təhsil işçilərinə olan münasibət dəyişməzsə şəhər məktəblərinin pedaqoji kollektivləri ilə BŞTİ-nin yeni rəhbərliyi arasında münaqişənin yaranacağı qaçılmazdır.Mövzunu diqqətdə saxlayacağıq.

HƏMİDƏ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    3-03-2014, 17:19

  • 
  • Müəllimlər İnstitutu Pedaqoji Universitetə birləşdirildi - SƏRƏNCAM

    Müəllimlər İnstitutu Pedaqoji Universitetə ...

    26-11-2015, 20:16

  • 
  • Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi”

    Nazir Bakı Təhsil İdarəsinə “əl gəzdirdi” ...

    31-10-2013, 10:43

  • 
  • Mikayıl Cabbarov ölkə təhsilini necə “təhvil-təslim” edir?

    Mikayıl Cabbarov ölkə təhsilini necə ...

    6-03-2014, 16:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu