GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mikayıl Cabbarov ölkə təhsilini necə “təhvil-təslim” edir?

Mikayıl Cabbarov ölkə təhsilini necə “təhvil-təslim” edir?

Tarix: 6-03-2014, 16:29 Bölmə :Manşet Baxış: 1 478
Mikayıl Cabbarov ölkə təhsilini necə “təhvil-təslim” edir?
Və ya Kimlərə qaldı təhsil?

Heç kimə sirr deyil ki,bu gün Azərbaycan cəmiyyətinin bütün sahələrində ciddi problemlər hökm sürür. “Sürətli inkişaf” modelinin gizlinlərində məmurların özbaşınalıqları,dövlət vəsaitinin amansızcasına talanması faktları durur ki,bütün bunların çox ağır nəticələrini xalqımız sonralar görəcəkdir.Amma,elə problemlər var ki,onlar bilavasitə millətin və dövlətin gələcəyi üçün real təhlükə mənbəyidir.Belə sahələrdən biri və birincisi ağır problemlər girdabında çabalayan Azərbaycan təhsil sistemidir.Uzun illər boyu rüşvət və korrupsiyanın hökm sürdüyü,konkret inkişaf proqramının olmadığı təhsil sistemi əslində cəmiyyətin quyruğunda sürünərək bilərəkdən arxa plana atılmışdır.Əvvəllər hamının hörmət və ehtiram bəslədiyi şərəfli müəllim adı ucuzlaşdırılaraq tənə,tənqid və nə yazıq ki,bir çox hallarda təhqir obyektinə çevrilmiş,ziyalı təbəqəsi ağır maddi sıxıntılar məngənəsində əzilməyə məcbur edilmişdir.Təsadüfi deyil ki,ağrılı problemlərlə zəngin olan təhsil sahəsi hər zaman mediyanın və cəmiyyətin müzakirə mövzusu olmuşdur.Ötən il prezidentin fərmanı ilə uzun müddət Təhsil Naziri postunda çalışmış və kifayət qədər tənqid və müzakirə obyekti olmuş Misir Mərdanov vəzifədən kənarlaşdırıldı.Bu vəzifəyə təhsil sistemində az tanınan və bilavasitə bu sahəyə heç bir aidiyyatı olmayan Mikayıl Cabbarov təyinat aldı.Yeni nazirirn təyinatı heç də birmənalı qarşılanmadı.Təhsil sistemində təcrübəsi olmayan,bu sahənin problemlərinə yaxından bələd olmayan birisinin hansısa mühüm bir uğura imza atacağına inanmayanların sayı kifayət qədər çox idi.Lakin,gənc və perespektivli birisi kimi Mikayıl Cabbarovun yeni təyinatda uğurlu karyera qazanacağına inananlar da yox deyildi.Artıq təyinatdan bir ilə yaxın vaxt keçib və bu hansısa dəyişiklik üçün kifayət qədər yetərli bir müddətdir.Amma,görünən odur ki,ötən müddət ərzində bu problemli sahədə bir neçə kosmetik xarakterli dəyişiklikdən başqa elə bir ciddi islahat xarakterli irəliləyiş müşahidə olunmayıb.Təhsil sistemində ən “ciddi islahat proqramı” isə kadr sahəsində aparılıb.
Yeni nazirin təyinatından sonra bu sahədə ciddi kadr dəyişikliklərinin olacağı gözlənilən idi.Çünki, vəzifəyə yeni gələn nazir təbii ki,öz komandasını formalaşdırmalıydı.Düşünmək olardı ki,Azərbaycan təhsilində kifayət qədər əməyi olan,bu sahənin bütün problemlərinə,çatışmazlıqlarına yaxından bələd olan,amma,bəlli səbəblərdən kənarda qalan kadrlar iş başına gətirilməklə əsaslı dəyişikliklərə nail olunacaqdır.Lakin,az sonra məlum oldu ki,heç də vəziyyət düşünüldüyü kimi deyil.Yeni nazirin gəlişindən sonra Təhsil Nazirliyi bu sahəyə heç bir aidiyyatı olmayan kadrlarla dolub daşmağa başladı.Əslində nazirin özünün təhsil sisteminin “şinelindən” çıxmaması onun formalaşdıracağı komandanın kimlərdən ibarət olacağı ilə bağlı müəyyən gözləntilər yaradırdı.Düzdür,bir çox ölkələrin praktikasında Təhsil Nazirinin qeyri ixtisas sahibi olması faktları mövcuddur.Qonşu Gürcüstanda da belə bir təyinat olmuşdu.Nazirin siyasi vəzifə olduğunu,burada daha çox idarəetmə qabiliyyətinə üstünlük verildiyini nəzərə alsaq Mikayıl Cabbarovun bu posta təyinatını başa düşmək olardı.Amma,yeni nazirin öz ətrafına məhz sırf qeyri ixtisas sahiblərini toplaması,təhsil məsələlərinə yabançı bir komanda formalaşdırması heç cür anlaşılan deyil.Təhsil Nazirliyində yüksək vəzifələrə daha çox iqtisadçılar,hüquqşünaslar,vergi sistemində çalışan əməkdaşlar gətirilərək sanki nazirliyin funksiyaları dəyişdirilmişdir.Təsadüfi deyil ki,Mikayıl Cabbarovun nazirlik sisteminə gətirdiyi yeni kadrları uzun illər təhsil sahəsində “külüng çalmış” şəxslər demək olar ki,tanımırlar.Əvvəllər ya Vergilər Nazirliyində,ya da özəl şirkətlərin birində hüquqşünas,iqtisadçı işləmiş şəxslər bu gün Azərbaycan təhsilinin problemlərini “həll etməklə”məşğuldurlar.Elə təəssürat yaranır ki,ölkədə pedaqoji kadrların ciddi qıtlığı müşahidə olunur və nazir məcburən kənar strukturlardan kadr gətirməklə bu boşluğu doldurmağa çalışır.Görəsən, illərlə Azərbaycan təhsilinin yükünü çiyinlərində daşıyan,bu sahədə şərəfli yol keçən neçə-neçə savadlı kadrlar kənarda qaldığı halda xalqın gələcəyi üçün bilavasitə məsuliyyət daşıyan bir strukturu qeyri ixtisaslı kadrlarla doldurmaq hansı məqsədlərə xidmət edir?Təhsil Nazirliyinin ikinci mühüm postu da bu sahəyə tamamilə yabançı olan bir şəxsin nəzarətindədir.Bu şəxs M.Cabbarovla demək olar ki,eyni təhsil və karyera pillələrini keçmiş uşaqlıq dostu və nazirlə bir zamanlar “Çto?Qde?Koqda?” yarışmasında eyni komandada təmsil olunmuş Ceyhun Bayramovdur.O ,Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisasçı ixtisası üzrə,Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirərək 1996-2000ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.Sonrakı karyerasında isə Ceyhun Bayramov 2000-2002-ci illərdə ”Salans Hertzfeld &Heilbroon(Baku) Limited” şirkətində hüquqşünas,2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru vəzifələrində çalışmışdır.Göründüyü kimi onu Azərbaycan təhsil sistemi ilə bağlayan cüzi tellər belə yoxdur.Bilavasitə təhsilin problemlərinin həllinə cavabdeh olan bir strukturun hər iki rəhbərinin qeyri ixtisaslı mütəxəsis olması,digər mühüm şöbələrdə də eyni vəziyyətin hökm sürməsi artıq ilk “bəhrələrini” verməyə başlayıb.Təsadüfi deyil ki,təhsil problemlərinin həllini sərt inzibatçılıqda,bu sahədə sanki hərbi polis rejimi yaratmaqda görən hüquqşünaslar,iqtisasçılar,vergi müfəttişləri artıq pedaqoji ictimaiyyətin ciddi narazılığına səbəb olmuşlar.Əldə etdiyimiz məlumatlara görə, artıq Təhsil Nazirliyinin dəhlizlərində,şöbələrində pedaqoqlara,mütəxəsislərə rast gəlmək müşkülə çevrilib.Eyni zamanda verilən informasiyalara əsasən, nazirlikdə bütün işlər demək olar ki,Ceyhun Bayramovun nəzarəti altındadır.Təyin olunan və yaxud görəvdən alınan bütün kadrlar məhz onun “süzgəcindən” keçirilir.Hətta deyilənlərə görə, bir çox məsələlər haqqında məlumatı Mikayıl Cabbarov sonradan informasiya portallarından öyrənir.
Təhsil sisteminə gətirilən “islahatçı” kadrlardan biri də Bakı şəhər Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsini icra edən Elnur Əliyevdir.Bakı Dövlət Universitetinin hüquq fakultəsində bakalavr dərəcəsi alan E.Əliyev cinayət hüququ üzrə magistraturanı bitirmişdir.Elə onun cinayət hüququ üzrə magistr dərəcəsi almasının fəsadlarını,əzabını bu gün paytaxt məktəblərinin pedaqoji kollektivləri hər gün hiss edirlər.Çünki,müəllimləri,məktəbdirektorlarını ixtisasına uyğun olaraq cinayətkar görkəmində görən Elnur Əliyevin fəaliyyəti paytaxt məktəblərinin işini iflic etmişdir.Təhsil problemlərinin əsl mahiyyətindən xəbərsiz olan birinci müavin daha çox hədə-qorxu gəlməklə, məktəbləri nəzarətdə saxlamaqla bütün fəaliyyətini bitmiş hesab edir.Özünəməxsus iş rejimi olan E.Əliyevin qəbuluna düşmək,hər hansı məsələnin həllinə nail olmaq müşkül məsələdir.Özünü BŞTİ-nin tam hüquqlu sahibi hesab edən hüquqşünas əslində məktəblərin hüquqlarını tapdalamaqla məşğuldur.Ona verilmiş səlahiyyətin cazibəsindən tamamilə hegomonluq iddiasına düşən Elnur Əliyev tabeliyində olanları,məktəb direktorlarını təhqir etməyi,təhdid altında saxlamağı özünün əsas iş prinsipi hesab edir.Cəmiyyətə daha çox Təhsil İdarəsinin işinin səmərəliliyinin artırılması məqsədilə aparıldığı təqdim olunan bu təyinatlar sözün əsl mənasında fiaskoya uğramışdır.Çünki,təhsil sahəsindən xəbərsiz olan,ixtisası və təcrübəsi bu sahənin problemlərinin həllində yetərsiz olan kadrlar gözlənilənlərin əksinə olaraq əlavə çətinliklər yaradaraq vəziyyəti daha da çətinləşdirmişlər.Təhsil sahəsində çox ciddi islahat proqramının qəbul olunduğu və bu sahəyə böyük məbləğdə vəsaitin sərf olunduğunu nəzərə alsaq, atılan hər bir səhv addımın hansı fəsadlar doğuracağını düşünmək çətin deyildir.Ehtimal olunur ki, ölkə başçısının,təhsil sahəsinə xüsusi diqqət yetirən birinci xanım Mehriban Əliyevanın etimadı ilə vəzifəyə gətirilən yeni kadrlar demək olar ki,bu inamı doğrultmadılar.Artıq bir il keçməsinə baxmayaraq, heç bir dəyişikliyə,uğura imza atmayan Təhsil Nazirliyi daha çox simasını dəyişərək Vergilər Nazirliyinin,İqtisadi İnkişaf Nazirliyinin yedək şöbəsinə çevrilmişdir.Təhsil sahəsini isə Vergilər Departamentinə,hüquq şöbəsinə döndərməyin ağırlığını daha çox ölkənin pedaqoji ictimaiyyəti çəkir.
Ötən saylarımızda paytaxt məktəblərində çalışan çoxsaylı pedoqoji ictimaiyyətin qəzetimiz vasitəsilə ölkənin birinci xanımı,millət vəkili Mehriban Əliyevaya müraciətini işıqlandırmışdıq.Lakin,bütün bu müraciətlərə baxmayaraq, vəziyyət hələ də dəyişməz olaraq qalmaqdadır.Təhsil Nazirliyindəki havadarlarına arxalanan Elnur Əliyev Bakı məktəblərinə qan uddurmaqda davam edir.Ölkə başçısının dəfələrlə vurğuladığı bir tələb E.Əliyev tərəfindən addımbaşı pozulmaqdadır.Prezidentin, hər bir məmurun əslində xalqın xidmətçisi olduğunu bildirməsinə rəğmən, Təhsil Nazirliyinin “islahatçı” kadrları indi-indi ağalıq iddiasına düşmüşlər.Təhsil sahəsinin həssas bir sahə olduğunu,bu sahədə çalışanların ölkənin ziyalı kontingentinin əsasını təşkil etdiklərini nəzərə alsaq yaranmış mövcud durumun kütləvi etirazdalğasına gətirib çıxaracağını söyləmək olar.Sadəcə olaraq pedaqoqların söylədiyi kimi onlar hələ də ölkə rəhbərliyinin bu sahəyə tezliklə müdaxilə edəcəklərini,təhsil sistemində hökm sürən kənar kadrların hegomoniyasına son qoyulacağına inamlarını itirməyiblər. Həmişə layiqli kadrları,əsl müəllim adını uca tutan ziyalıları ilə seçilən Azərbaycan təhsilinin bu günkü durumu təhlükəlidir.Hər bir kəs öz bildiyi iş ilə məşğul olanda daha faydalıdır.Zənnimizcə, Təhsil Nazirliyinin yetkililəri bu haqdanə qədər tez fikirləşsələr o qədər yaxşı olar.Birinci elə onların özü üçün!

Həmidə Tahirqızı
Aqşin Əhmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Mikayıl Cabbarov Bayram Hüseynzadəni “vurdu”

    Mikayıl Cabbarov Bayram Hüseynzadəni “vurdu” ...

    1-07-2013, 17:43

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    3-03-2014, 17:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu