GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda qan alveri

Azərbaycanda qan alveri

Tarix: 1-01-2013, 14:09 Bölmə :Manşet Baxış: 2 190
Azərbaycanda qan alveri
Səhiyyə sistemində böyük mütəşəkkil dəstə

Bir neçə il öncəyə qədər ölkəmizdə də dövlət səviyyəsində donorlara qanın müqabilində pul verilirdi. Amma ÜST-nin müraciətindən sonra Azərbaycanda donorlara qan müqabilində pul vermək yığışdırıldı. Belə ki, Azərbaycan Qan Bankına qan verən donorlar yalnız könüllülük əsasında bu addımı atırlar. Amma təəssüflər olsun ki, donorlardan pulsuz alınan qan bəzən qana ehtiyacı olanlara ya pulla satılır, ya da ümumiyyətlə, xəstəxanalarda xəstələrə qanın olmadığı deyilir.
Qan dəllalları ölüm, ya olumla üz-üzə qalan xəstənin yaxınlarına qanı elə qanı qiymətinə də satırlar. Amma dəllalların dediyi məbləğə gücü çatmayanlar da olur. Yeri gəlmişkən, qeyd edək ki, bir sıra xəstəxanaların, xüsusilə köhnə “Respublikanski”, indiki Respublika Kliniki Xəstəxanasının qarşısında bu cür dəllallarla qarşılaşmaq mümkündür. Hətta bu cür dəllallar xəstəxanaların içərisinə kimi gedib çıxa, qana ehtiyacı olanlara asanlıqla qan sata bilirlər.

500 qram qana 300 manat
“AzərTac”ın bölmə müdiri Xətai Əzizovun “facebook” sosial şəbəkəsində haqqında danışdığı xəstənin də gücü dəllalların 300 manata satdığı 500 qramlıq qanı almağa çatmayıb. Həmkarımız dünən “facebook”da rastlaşdığı olay barədə yazıb. X.Əzizov yaxınına baş çəkmək üçün xəstəxanalardan birinə gedib və burada yaxını ilə eyni palatada yatan xəstəyə 3 (-) rezuslu qan lazım olduğunu və xəstəxanadakı dəllaların öz qanlarını satmaq istədiyini eşidib: “Neçəyədir deyə soruşdum, dostum dedi ki, 300 manat istəyirlər. Əvvəl elə bildim 300 manata yəqin bir neçə litr qan alacaqlar, amma 500 qram verirlərmiş”.
Qanının 3(-) olduğunu deyən həmkarımız xəstəyə ehtiyacı olan qanı verib və palataya qayıdıb: “Əsl məzhəkə də bundan sonra başladı. Qansız qan alverçiləri şayiə buraxdılar ki, bəs guya məni tanıyırlar, mən ağır xəstəyəm, mənim qanımı o xəstəyə vurmaq olmaz. Hətta xəstənin yaxınlarından biri mənə tənə də vurdu ki, “adam kişi olar, xəstəsən başqasını niyə yoluxdurursan”. Qan götürən həkimlər işə qarışandan sonra ara sakitləşdi, qansız qan alverçiləri də aradan çıxdılar. Amma mənə ən çox təsir edən xəstənin adamının, hardasa atam-anam yaşda (75-70 yaşlı) bir kişinin və qadının mənə yaxınlaşıb əlimi öpmək istəməsi oldu. “Ayıb deyilmi, bu nə hərəkətdir edirsiz”,- dedim. Sonra kişi gözünün yaşını silib, “ay bala gücümüz buna çatır, heç olmasa bunu götür”,- deyib, mənə Allaha and olsun məbləğini bilmədiyim pulu uzatdı. “Ata, mən qanımı satmıram və halal edirəm”,- dedim”.

Bu, cinayətdir

“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov bizimlə söhbətində bildirdi ki, hər zaman qana ehtiyac var və bizim qan ehtiyatımız çox deyil: “Mənim mobilimə və təşkilatımızın İnternet ünvanına xeyli sayda məktub gəlir. Əgər biz irsi qan xəstələrindən qana ehtiyacı olmaları barədə məktublar alırıqsa, deməli, onların ehtiyacları ödənmir ki, bizə yazırlar. Hər halda əldə etsələr, bizə müraciət etmələrinə ehtiyac qalmaz”.
Qan Bankından alınan qanın elə bankda və xəstəxanalarda satılması ilə bağlı informasiyasının olmadığını deyən müsahibimiz bildirdi ki, həmişə ətrafında belə fikirlər səsləndirənlər olub: “Məsələn, ətrafımdakılar dəfələrlə qanı əldə etmək üçün maliyyə xərci çəkdiklərini deyib. Qan əldə etmək üçün pul tələb edilməsi ilə bağlı neqativ hallarla qarşılaşırıq. Qanın 500 qramının 100-150 manata satıldığını deyirlər. Hesab edirəm ki, bu iş həkim, tibb bacısı, fərdlər tərəfindən görülür. Qanın qana ehtiyacı olanlar üçün pulsuz olduğunu Səhiyyə Nazirliyinin yetkililəri deyir və xəstəxanalar da Səhiyyə Nazirliyinə tabe olduğundan, bu məsələ ilə bağlı nazirlik açıqlama verməlidir. Biz Qan Donorları Assosiasiyası olaraq qanı könüllü verdiyimizdən belə faktlar hisslərimizə toxunur ki, təmənnasız verdiyimiz qan pulla satılır. Belə olmamalıdır. Əslində bu, cinayətdir və cinayətin qarşısını almaq üçün müvafiq qurumlar tədbir görməlidir”.

Qan və orqanların satılması kriminala yol açır

Həkim-mütəxəssis Adil Qeybulla qəzetimizə açıqlamasında dedi ki, Qan Bankında olan qan bütün xəstələrin pulsuz təminatına bəzən imkan vermir. A.Qeybulla hesab edir ki, qan bankı bütün regionlarda olmalıdır. Sistem işləməlidir və ehtiyacı olanları vaxtında qanla təmin etməyi bacarmalıdır. Deyə bilmərəm ki, sistem tam effektiv və əla işləyir. Hər halda Qan Bankının olması vahidləşdirilmiş bir sistemdir. Orada götürülən qanlar yoxlanılır və ən azı bir struktur bu qanın məsuliyyətini daşıyır. Zaman-zaman bu sistem daha yaxşı işləyəcək”.
Xəstəxanalarda qanın pulla satılmasının yolverilməz olduğunu deyən A.Qeybullanın fikrincə, donorlara hansısa sosial müdafiə çərçivəsində dövlət tərəfindən köməkliklər ola bilər: “Amma qanın pula satılması təcrübəsi Azərbaycan reallığında düzgün deyil. Ümumiyyətlə, qanın və orqanların satılması həmişə kriminala yol açan ünsürlərdir. Cəmiyyətdə şüur səviyyəsi, mədəni səviyyə artdıqca, mütəşəkkil səviyyəyə çatdıqda könüllü qan verənlərin də sayı artacaq”.

Sözügedən problemlə bağlı Səhiyyə Nazirliyinin də münasibətini öyrənməyə cəhd etdik. Amma nazirliyin mətbuat xidmətində telefonlarımıza cavab verən olmadı.

Heyran Həmidova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik həkim-klinika alveri qarşısında aciz qalıb

    Nazirlik həkim-klinika alveri qarşısında aciz ...

    22-12-2013, 23:30

  • 
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35

  • 
  • “Xarici donorların Azərbaycanda bu qədər fəaliyyətinə ehtiyac görmürük”

    “Xarici donorların Azərbaycanda bu qədər ...

    13-10-2014, 18:00

  • 
  • Orqan mafiyasının Azərbaycan bağları

    Orqan mafiyasının Azərbaycan bağları ...

    16-01-2013, 10:12

  • 
  • 3 saylı Doğum Evinin görünməyən tərəfləri

    3 saylı Doğum Evinin görünməyən tərəfləri ...

    31-01-2014, 11:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu