GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Orqan mafiyasının Azərbaycan bağları

Orqan mafiyasının Azərbaycan bağları

Tarix: 16-01-2013, 10:12 Bölmə :Manşet Baxış: 1 115
Orqan mafiyasının Azərbaycan bağları

Əməliyyatlar Kosovo və Azərbaycan ərazisində aparılır,
daha sonra əldə olunan orqanlar yüksək qiymətə satılır


1967-ci ildə Güney Afrikada doktor Kristian Bernard 56 yaşlı Louis Vaşkanskaya adlı pasiyentinə bir qədər öncə ölən 25 yaşlı qadının ürəyini nəql edir. Ancaq sonralar bu humanist addımdan öz biznesi üçün istifadə edənlər də tapılır. İnsan fantaziyasının hüdudu yoxdur. Vay o gündən, həmin insan bir az da pula həris ola. Redaksiyamıza üz tutan Bəxtiyar Şükürov Beyləqan rayonundandır. Ailəlidir, iki azyaşlı övladı var, evsiz və işsizdir. Kirayə pulunu da ödəyə bilmir. Ailənin acınacaqlı durumu onu böyrəyini satmağa məcbur edib.

İnsan alverinin qurbanı

Beləcə, Bəxtiyar Şükürov insan alverinin qurbanına çevrilib: “2010-cu ildə Xəzər TV-də böyrəyə ehtiyacı olan şəxsin donor axtardığı haqqında elanı gördüm. Həmin elandakı telefona zəng vurdum. Telefonu Allahverdiyev Rasim Mustafakamal oğlu götürdü. Dedi ki, əslən şəkilidir, Bakı şəhərində yaşayır, oğlu üçün donor axtarır. O, məni danışıq üçün Bakı şəhərinə dəvət etdi. Biz görüşüb-anlaşdıq, o, böyrəyimin müqabilində mənə 13 min manat pul verəcəyini dedi. Sonra mən Bakıdakı İran Klinikasında və “Med Servis” adlanan xəstəxanada lazımi analizləri verdim.
Analizlər müsbət nəticələndi və bildirdilər ki, donorluq edə bilərəm. Bütün tibbi proseduralar bitdikdən sonra Rasim mənə xarici pasport almaq üçün 200 manat verdi. Çünki cərrahiyyə əməliyyatı İranda həyata keçirilməli idi. Mən İrana getməmiş, böyrəyimin haqqını elə burda ödəməsini tələb etsəm də, Rasim dedi ki, pulu ancaq əməliyyatdan sonra verə bilər. Belə bir bəhanə gətirdi ki, İran həkimləri Azərbaycan həkimlərinin analizlərinə inanmaya bilər. Amma analizlərdən İranda da müsbət cavab gəldi.
Lakin Rasim yenə pulu verməkdən imtina elədi və dedi ki, sən pulu saxlaya bilməzsən, İranda itirərsən, Azərbaycana dönən kimi pulunu verəcəm. İranda əməliyyat edib, böyrəyimi götürdülər. Oğlu İranda qaldı, mən isə Rasimlə Azərbaycana döndük. Rasim burda mənə 1000 dollar pul verdi və dedi ki, həkimlərə çox pulu çıxıb, 10-15 günə qalanını da çatdıracaq. Deyilən vaxtdan iki il keçməsinə baxmayaraq, bu günə qədər Rasim Allahverdiyev mənə bir qəpik də verməyib”. Bəxtiyar Şükürovu aldadıb, ondan böyrəyini alıb pulunu verməyən Rasim Allahverdiyevin hüquq-mühafizə orqanlarında çalışdığı bildirilir.

Azərbaycanlıların böyrəklərini İranda çıxarırlar

Bəxtiyar Şükürov İranda klinikada olarkən orada böyrəyini satmaq üçün əməliyyata məruz qalmış onlarla azərbaycanlı ilə rastlaşdığını deyir. Eyni zamanda əməliyyatın həddindən artıq ağrılı keçdiyini xatırlayır: “Gələndən sonra işləyə bilmədim və ailəmin vəziyyəti günü-gündən ağırlaşdı. Məcbur qalıb Rasim Allahverdiyevdən pulumu istədim. O, məni iş yerində təhqir etdi və qovdu. Sonra da hədələdi ki, bir də pul adı tutsam məni öldürəcək”.
Bundan sonra Bəxtiyar Şükürov Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib, Rasim Allahverdiyev prokurorluğa çağırılıb və ifadəsi alınıb. Belədə o, Bəxtiyara ərizəsini geri götürməsi üçün 2500 manat rüşvət təklif edib. Ardıyca Baş Prokurorluq aidiyyəti üzrə cinayət işinin araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna göndərilib. Şikayətin prokurorluğa daxil olmasından iki il ötməsinə baxmayaraq, hələ heç bir tədbir görülməyib.
Bəxtiyar Şükürov başına gətirilən faciə ilə bağlı Respublika Prokurorluğuna ərizə ilə müraciət edib. Lakin maddi cəhətdən acınacaqlı durumda olan Bəxtiyarın şikayətləri bu günə kimi cavabsız qalıb. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına görə, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz bio-tibbi tədqiqatlar insanların istismarı kimi müəyyən edilərək, insan alveri kimi qiymətləndirilir.
Rasim Allahverdiyev Bəxtiyar Şükürovun sadəlövhlüyündən və onun maddi ehtiyacından istifadə edərək böyrəyin qiymətini də çox aşağı salmağı bacarıb. Ən dəhşətlisi odur ki, Bakı Şəhər Prokurorluğu işi araşdırdıqdan sonra “cinayətkar bəlli deyil” deyib işə xitam verib. Çox qəribədir, Bakı Şəhər Prokurorluğu Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin işçisi Rasim Allahverdiyevi tapmaqda çətinlik çəkib.

Azərbaycanlıların orqanlarını israillilər satırmış

Böyrək bütün dünyada ciddi ehtiyac duyulan və ən çox alınıb-satılan orqan olduğundan xeyli bahadır. Ölkələrin və xalqların maddi durumundan asılı olaraq qiymətlər müxtəlifdir. Avropa Birliyinin Balkanlarda polis missiyası EULEX Azərbaycan və Kosovoda orqan alveri ilə məşğul olan şəxslərin kimliyini araşdırarkən qiymət məsələsinə də toxunmuşdu. Əgər xatırlayırsınızsa, hələ ötən ilin may ayında gündəmi zəbt edən olaydan bəhs edən qəzetlər yazırdı ki, İsraildə saxlanılan və 10 nəfərdən biri olan Moşe Xarel Türkiyə və postsovet ölkələri vətəndaşlarına böyrək donoru olmağı, əvəzində 20 min dollar ödəməyi təklif edib. Əməliyyatlar Kosovo və Azərbaycan ərazisində aparılır, daha sonra əldə olunan orqanlar yüksək qiymətə satılırdı.
Ötən il mayın 22-də İsraildə qeyri-leqal insan orqanı ticarəti ilə məşğul olan 10 nəfər saxlanılan zaman bu detallar üzə çıxdı. Orqan alverçilərinin arasında tibb işçiləri və keçmiş SSRİ-dən olan yeni mühacirlər də var. Saxlananlar transplantasiya üçün orqanların axtarışı və satışı üzrə böyük beynəlxalq şəbəkənin üzvləri idi.
Cinayətkarlar donorları öz böyrəklərini və başqa orqanlarını 10 min dollara satmağa həvəsləndirirdilər, halbuki Qərb ölkələrində şəbəkənin müştərilərindən bunun üçün 100 min dollar alırdılar. Çox maraqlıdır, kasıb ölkənin vətəndaşının əməyi, həyatı kimi orqanı da ucuzdur.

Orqanlar neçəyədir?

Ümumiyyətlə, bütün dünyada insan orqanları neçəyə satılır? Təbii, bayaq dediyimiz kimi qiymətlər ölkələrin inkişaf səviyyəsinə görə dəyişir, lakin insan orqanlarının satışı qanunla qadağan edilmiş Böyük Britaniyanın ən nüfuzlu qəzeti “Guardian”ın müxbiri Leo Xikman insan orqanları bazarının və orada olan qiymətlərin tədqiqatını aparıb. O, bildirib ki, əgər əvvəllər toxuma hüceyrələri və bu kimi orqanları satmaq dəbdə idisə, indi digər orqanların da satışı artmaqdadır.
Məsələn, Almaniyada qanı 20 avroya təklif eləmək mümkündür. Lakin orada sənin necə mütəmadi olaraq qan verdiyinə nəzarət edirlər. ABŞ-da qan donorlarına 9-35 dollar ödəyən qan mərkəzləri fəaliyyət göstərir. Amerikanın bəzi tibb mərkəzlərində isə bir porsiya qana 50 dollar ödənilir.

Yarım litr qan Hindistanda 25, ABŞ-da isə 337 dollardır

Qana nə qədər çox ehtiyac yaransa da, qan donorluğu dünyada ən aşağı “gəlirli” donorluq sayılır. Hindistanda qanın yarım litri 25 dollardır. ABŞ-da isə yarım litr qan üçün 337 dollar xərcləmək lazım gəlir. Hindistanlının qanı ucuz, amerikalının qanı isə çox bahadır. 2008-ci ildə Hindistandakı qan oğruları insanları həbs edərək həftədə 3 dəfə qanlarını “sağırdılar”. Həbs olunan qan oğruları etiraf etmişdilər ki, onlar iki il boyunca əsirlərin qanlarını satıblar. Talassemiya və leykoz kimi xəstəliklərdə çarə olan iliyin də qiyməti müxtəlifdir. ABŞ-da bir sıra tədqiqat müəssisələri klinik təcrübələri həyata keçirmək üçün insan iliyini və leykositləri almağa hazırdır.
Böyrək bazarda 150 min dollardır. Bir qayda olaraq insan böyrəyi Hindistan və Pakistandan bir-iki min dollara alınır və Qərbdə böyük qiymətlərə satılır. Hindistanda bu orqanın köçürülməsi 15 min dollar, Çində 62 min dollar, ABŞ-da isə 262 min 900 dollardır.
Saça gəlincə, Böyük Britaniyanın parik istehsalçıları keyfiyyətli saçlara görə yaxşı pul ödəyirlər. Britaniyanın məşhur parik istehsalçısı olan “Banbury Postiche” 6-12 santimetr uzunluğunda olan saçın bir unsiyasına görə (29,86 qram) üç fint ödəyir. Azərbaycanda isə saçın bir metri 200 manatadır. Amma hər uzun saç tələblərə cavab vermir. Saç sahibinin yaşı 20-dən aşağı, saçlar isə süni boya ilə boyanmış olmamalıdır. ABŞ-da saçın orta satış qiyməti 308 dollardır.
Deyilənlərə görə, ən baha orqan ürəkdir - qiymətlər 100 min dollardan başlayır. Kimsə ürəyini satmağa cəsarət etmədiyindən çinli məhkumların ürəyi onlardan icazəsiz çıxarılır və satılır. Quantanamo həbsxanasında da belə halların baş verdiyi deyilir. Bahalı orqanlardan biri də qaraciyərdir - 100-150 min manat. Ciyər donorları digər donorlardan daha xoşbəxtdir. Çünki heç vaxt ciyər bütöv alınmır. Amma yeni ciyərin bərpa olunması uzun çəkir və ciyərini satan şəxsi uzun zaman dəhşətli ağrılar içində qıvrılmağa vadar edir.
Sümük və əzələ toxuması isə o qədər də baha deyil - 5 min manat civarındadır. Dərinin - 3 kvadrat santimetri 10 dollaradır. Dəri donoruna daha çox yanıq hallarında ehtiyac yaranır. Dərilər əsasən cansız bədənlərdən alınır. Buna görə orqan alverçiləri tez-tez morqlardan oğurluq edirlər. Dünyada ən baha orqanlardan olan yumurtalıq rusiyalı qadınların sayəsində çox ucuzlaşıb. Çünki bütün dünyada ən çox yumurtalığını satan rusiyalı qadınlardır. Əvvəllər baha olan orqan indi 20 mindən başlayaraq, gah enir, gah da qalxır.
Skeletin qiyməti də 2.993 dollarla 5.500 dollar arasındadır. Dünyanın müxtəlif tibb mərkəzlərində, tibb məktəblərində və digər yerlərdə işlənən skeletlər daha çox Hindistandan gətirilir. Bu skeletlər Hindistandakı qəbiristanlıqlardan oğurlanır, sterilizə edilir və ölkə xaricinə daşınır. Dünyada skeletin ən baha olduğu ölkə isə Kanadadır.

Qanun boşluğu

Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Azərbaycan qanunvericiliyində orqan transplantasiyası ilə bağlı boşluq var: “Məsələn, Belarusda orqanların transplantasiyası üçün baza yaradılıb. Orqanlar xüsusi bankda saxlanır. Kliniki ölüm keçirmiş şəxslərin orqanları onların sağlığında təsdiq etdirdiyi vəsiyyətnamayə əsasən götürülür və həmin bankda yerləşdirilir, xəstəxanalarda ehtiyacı olanlara dərhal köçürülür. Belarusda bizdəki kimi telekanallarda və ya qəzetlərdə orqan axtaranların elanı verilmir. Bu, çox gözəl təcrübədir”.
Arzu Abdulla
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 529 nəfər insan alverinin qurbanı olub- Azərbaycanda

    529 nəfər insan alverinin qurbanı olub- ...

    6-02-2014, 14:08

  • 
  • "Balamı güllə ilə ürəyindən 2 dəfə vurublar"

    "Balamı güllə ilə ürəyindən 2 dəfə ...

    27-10-2015, 15:49

  • 
  • ŞOK: YASAMAL POLİSİNİN YAXINLIĞINDA İNSAN SKELETİ TAPILIB

    ŞOK: YASAMAL POLİSİNİN YAXINLIĞINDA İNSAN SKELETİ ...

    10-12-2013, 15:19

  • 
  • İnterpol-un axtardığı azərbaycanlı "mama roza"lar - SİYAHI+FOTOLAR

    İnterpol-un axtardığı azərbaycanlı "mama ...

    28-06-2013, 16:47

  • 
  • Miqrasiya Xidməti beynəlxalq öhdəlikləri pozmağa hazırlaşır

    Miqrasiya Xidməti beynəlxalq öhdəlikləri pozmağa ...

    29-12-2014, 14:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu