GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə biznesi?

“Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə biznesi?

Tarix: 24-02-2014, 13:53 Bölmə :Manşet Baxış: 1 940
“Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə biznesi?
Paytaxtın enerji təchizatı sistemi acınacaqlı durumdadır

Böyük neft müqavilələrinin işə düşməsindən sonra Azərbaycana neft satışlarından külli miqdarda pullar daxil olmağa başladı. Dövlət büdcəsi “neft bumu”nun hesabına milyardlarla dollar vəsait əldə etdi. Amma konstitusiyada bütün sərvətlərin xalqa məxsusluğu təsbit edilsə də, mövcud şəraitdə milli sərvətlərimiz bir qrup korrupsioner məmur ordusu tərəfindən talanır. Ölkənin bütün yeraltı və yerüstü sərvətlərinə sahiblənən tayfa, klan hakimiyyəti qazandığı milyardlarla vəsait hesabına demək olar ki, iqtisadiyyatın bütün əsas sahələrini tam inhisara almışdır. Təsadüfi deyil ki, bütün iri məmurlar eyni zamanda rəhbərlik etdikləri sahələrin şəriksiz biznes sahibləridirlər. Bütün sahələrdə məmurların bilavasitə nazarətində olan şirkətlər böyük layihələrin həyata keçirilməsi üçün “təşkil olunmuş” tenderlərin “qalibi” olaraq dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaitin rahatlıqla mənimsənilməsində əhəmiyyətli rol oynayır. Hər hansı məmur vəzifəyə təyin olunduqdan sonra dərhal rəhbərlik etdiyi sahədə ailə biznesini formalaşdıraraq qısa müddətdə inhisarçı qüvvəyə çevrilir. Bu gün iqtisadiyyatın bütün sahələrində məhz “ailə biznesini” təmsil edən şirkətlər əhəmiyyətli rol oynasalar da, onların dövlətə ödədikləri vergilər çox cüzi məbləğ təşkil edir.Təsadüfi deyil ki, vergi daxilolmalarında dövlət müəssisələrinin payı 85 faiz olduğu halda, illik dövriyyəsi on milyardlarla manat hesablanan ailə şirkətlərinin payı 10-15 faiz civarında göstərilir.
Vəzifəyə təyinatından sonra rəhbərlik etdiyi sahədə ailə biznesini uğurla formalaşdıraraq milyonlar sahibi olan belə məmurlardan biri də paytaxtın enerji təminatına cavabdeh olan “Bakıelektrikşəbəkə”ASC-nin sədri Baba Rzayevdir. Onun kariyerası daha çox Türkiyəli iş adamı Hüseyin Arabulun “ulduzunun sönməsindən” sonra parlamağa başladı. Əvvəllər “Bakıelektro” kiçik müəssisəsinin direktoru və Dərnəgül yolunda yerləşən elektrik avadanlıqları satan mağazanın sahibi olan Baba Rzayev bir çoxlarının xəbəri olmadan qəflətən paytaxtın eneji sisteminə nəzarəti ələ keçirməyə müvəffəq olmuşdur. Bu “uğurunda” və vəzifəyə təyinatında onun əsas yardımçısının keçmiş İqtisadi İnkişaf Naziri Heydər Babayevin olduğu bildirilir. Vəzifə təyinatında əvvəl də elektrik mallarının satışında kifayət qədər təcrübəsi olan Baba Rzayev ələ keçirdiyi kürsünün səlahiyyətlərindən istifadə edərək bu sahədə geniş biznes şəbəkəsi formalaşdırmışdır. Artıq səhmlərinin 70 faizi Baba Rzayevə, 30 faizi isə həyat yoldaşı Nərminə Həsənovaya məxsus olan, Böyük Şor şosesində yerləşən “Santral Elektrik LTD” şirkəti elektrik malları bazarında əsas qüvvəyə çevrilmişdir. Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınan “Santral Elektrik”in rəhbərliyi əvvəllər B.Rzayevin qardaşı Emin Rzayevə məxsus olsa da, indi şirkətə rəhbərlik səlahiyyətləri qaynı İlham Həsənovun nəzarətindədir. Müxtəlif dövlət orqanlarına elektrik avadanlıqlarının satışı üzrə keçirilən tenderlərin bir qayda olaraq sonda qalibi məhz “Santral Elektrik” olur ki, bunun da hansı prinsiplərə əsasən baş verdiyini bilmək iki dəfə iki bərabərdir dörd qədər sadədir. Bakı Beynəlxalq Aeroportunun və Bakı Avtovağzalının bütün elektrik təchizatı, aeroporta gedən yolun işıqlandırılması işləri bu şirkət tərəfindən həyata keçirilmişdir. Yeni Bakı Neftayırma zavodu, Səngəçal terminalı, Milli Olimpiya Komitəsi, LukOil şirkətinin baş ofisi, Azəri-Çıraq şirkəti, Dərin Özüllər zavodu, eləcə də Bakı metropoliteni də “Santral Elektrik”in xidmətlərindən “yararlananlar” arasında yer tuturlar. Rzayevlərin elektrik bazarına nəzarəti təkcə “Santral Elektrik”lə məhdudlaşmır .Azərbaycanda elektrik avadanlıqlarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrası ilə məşğul olan bir çox iri şirkətlər də məhz Baba Rzayevin ailə biznesinin tərkib hissələridir. Büdcədən maliyyələşən böyük məbləğli layihələrin həyata keçirilməsi üçün nədənsə Azərbaycanda “Göknur Bakı LTD”,”GBS” MMC şirkətlərindən “layiqli” tərəfdaş “tapılmır”. Ç ünki, elektrik avadanlıqlarının istehsalı və quraşdırılması ilə məşğul olan bu şirkətlərin də təsisçiləri məhz Rzayevlər ailəsinin nümayəndələridir. Elə buna görə də “Bakıelektrikşəbəkə”nin demək olar ki, bütün iriməbləğli layihələri məhz bu şirkətlər vasitəsilə reallaşır ki, dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsait “yad əllərə” keçməsin. Zirə kəndində yerləşən Kabel zavodu isə B.Rzayevə ikiqat qazanc gətirən “uğurlu layihələrdən” biridir. Zavodda istehsal olunan keyfiyyətsiz kabelləri “Bakıelektrikşəbəkə” vasitəsilə xırd etməklə kifayətlənməyən B.Rzayev həm də bu kabelləri müxtəlif təyinatlar üzrə “silərək” əsasən Orta Asiya ölkələrinə satmaqla ikiqat qazanc əldə edir. ”Bakıelektrikşəbəkə” son illər dövlət büdcəsindən səxavətlə pay alan təşkilatlardandır. Məhz ayrılmış milyonlar ailə biznesinin çiçəklənməsində əhəmiyyətli rol oynamaqla B.Rzayevi məmur oliqarxlar siyahısına əlavə etmişdir. Təkcə 2007-2012-ci illər arasında dövlət büdcəsindən “Bakıelektrikşəbəkə”yə 509 milyon manat investisiya yatırılmasına baxmayaraq paytaxtın enerji sistemində mövcud olan qüsurlar, eybəcərliklər hamıya məlumdur. İllər boyu kifayət qədər investisiya ilə təmin olunmasına baxmayaraq paytaxtın enerji sistemi hələ də yüksək səviyyədə qurulmamışdır.
Paytaxtın enerji sisteminin müsir tələblər əsasında formalaşmasında əhəmiyyətli rol oynamış “Barmek” şirkəti ilə hökumətin müqaviləsinin pozulmasının əsas səbəbi kimi şirkətin “Azərenerji”yə olan borcunun ödənilməməsi göstərilmişdi.Yəqin ki, iş adamı Hüseyin Arabulun ən yüksək dairələrdə dövlət müəssisələrinin borcunu ödəməməsi barədə şikayətlərini xatırlayanlar var. Elə onun bu sözəbaxmazlığı və “şuluqluğu” da sonunda Azərbaycan bazarından çıxarılması ilə nəticələnmişdi. Əvəzində səhmlərinin 100 faizi İqtisadi İnkişaf Nazirliyinə məxsus olan “Bakıelektrikşəbəkə” 2006-cı ildə “Barmek”in bazasında yaradılmışdı. Düşünmək olar ki, dövlət büdcəsindən kifayət qədər vəsaitlə təmin olunan “Bakıelektrikşəbəkə” nin yaranmasından sonra vəziyyət kökündən dəyişilmişdir. Amma ad dəyişsə də problemlər hələ də olduğu kimi qalmaqdadır. ”Bakıelektrikşəbəkə” yenə də “Azərenerji”nin ən böyük borclusudur. Sadəcə Baba Rzayev Arabuldan fərqli olaraq Azərbaycan gerçəklərini daha dərindən bildiyi üçün bu faktın ictimailəşməsinə imkan vermir, problemi bağlı qapılar arxasında həll etməyi bacarır. Məhz onun bu “bacarıq və istedadını” yüksək qiymətləndirən hökumət 2010-cu ilin avqustunda “Bakıelektrikşəbəkə”nin “Azərenerji”yə olan 389,1 milyon manat borcunu silib. Sual ounur ki, aradan keçən illər ərzində bu sahəyə milyonlarla manat investisiya yatırılmasına baxmayaraq niyə “Bakıelektrikşəbəkə” hələ də dotasiyalar hesabına yaşayır? Yaranmasından 8 il müddət keçməsinə baxmayaraq vəziyyət “Barmek” dönəmindən də pis həddə düşmüşdür. Sistemdə hökm sürən kütləvi rüşvətxorluğun acısını isə paytaxt sakinləri kifayət qədər dadıblar. Əhaliyə texniki şərtlərin (işıq çəkmək üçün verilən sənəddir) verilməsi üçün alınan rüşvətlər, qeyri-qanuni olaraq yığılan “cərimə pulları” hesabına “Bakıelektrikşəbəkə” rəhbərinin illik dövriyyəsi daha da artır. Hakimiyyət daxilindəki güclü dayaqları hesabına əməlli başlı “muxtariyyət” qazanan “Bakıelektrikşəbəkə”nin rəhbəri dövlət vəsaiti hesabına həyata keçirilən çoxmilyonluq layihələrin icrası zamanı özünə məxsus olan və yaxınlarının rəhbərlik etdikləri şirkətlər vasitəsilə böyük məbləğdə pulları mənimsəməyə müvəffəq olmuşdur. Bu faktlar hətta Azərbaycan Hesablama Palatasının auditi tərəfindən də dəfələrlə üzə çıxarılmasına baxmayaraq Baba Rzayevin “işıqlı biznesini” durdurmaq mümkün olmamışdır. Hesablama Palatasının illik hesabatlarında dəfələrlə “Bakıelektrikşəbəkə” ASC tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, tender qanunvericiliyinin kobud şəkildə pozulması, ayrılmış vəsaitlər hesabına görüləcək işlərin layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi kimi cinayət tərkibli əməllər aşkarlansa da heç bir tədbir görülməmişdir. Məhz sadaladığımız faktlar ASC-də baş verən iri məbləğli maxinasiya əməliyyatlarını üzə çıxartmaq üçün kifayətlidir.
Azərbaycan qanunvericiliyinə əsasən, icra strukturlarında çalışanların biznes fəaliyyəti ilə məşğul olması rəsmən qadağan olunsa da, məmurlarımız daha çox biznesmen kimi uğurlu fəaliyyət göstərirlər. Bilavasitə və yaxud dolayısıyla özlərinə bağlı olan şirkətlər vasitəsilə büdcədən ayrılan vəsaitlər məmurlar tərəfindən amansızcasına talan olunur. 100 manat rüşvətə görə adi bir məmurun həbs olunmasını cəmiyyətə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük nailiyyət kimi “sırıyanlar”ın talan olunan milyardlardan məgər xəbərləri yoxdurmu? İllərlə “Bakıelektrikşəbəkə” ASC-də ailə biznesini formalaşdırmaqla bu sahəni tamamilə inhisara almış Baba Rzayevin qaranlıq əməllərini görmək üçün Azərbaycan enerjisinin işığı yetmirmi? Artıq məmurların, onların övladlarının etdikləri əməllər cəmiyyətdə böyük narazılıq dalğası yaradıb. Ölkə əhalisinin mütləq əksəriyyətinin bank kreditlərindən asılı vəziyyətə düşərək müflis duruma düşməsi fonunda məmurların dəbdəbəli həyat tərzi, analoqsuz əyləncə meylləri öz miqyasını hər gün artırmaqdadır. Məgər Azərbaycanın bütün sərvətləri ancaq bir qrupunmu mülkiyyətindədir və yalnız onlara “miras qalmışdır”? Bu gün dünyanın bir çox ölkələrində xalq narazılıqları artıq pik həddindədir. Sabah bütün bu özbaşnalıqların, qanunsuzluqların Azərbaycanda da analoji vəziyyəti yaratmayacağına kimlər zəmanət verə bilər? Odur ki, tezliklə qanunlara məhəl qoymayan, ölkəyə biznesmen gözüylə “yağlı toçka” kimi baxan məmurlara qarşı sərt tədbirlər görülməlidir. Belə olarsa, “Bakıelektrikşəbəkə” ASC-nin də qaranlıqlarına ədalət işığı düşər və çox mətləblər üzə çıxardı.

NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Büdcə kimlər arasında bölünüb, talanır?

    Büdcə kimlər arasında bölünüb, talanır? ...

    17-02-2014, 11:33

  • 
  • Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən çıxırıq

    Dövlət büdcəsi təqdim EDİLDİ: Neftin kölgəsindən ...

    12-11-2013, 13:20

  • 
  • İqtisadiyyatın "lokomotiv"i yavaşlayıb...

    İqtisadiyyatın "lokomotiv"i ...

    28-03-2016, 19:24

  • 
  • “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

    “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri ...

    22-04-2016, 21:51

  • 
  • 50 milyard dollar neft gəliri “itib”

    50 milyard dollar neft gəliri “itib” ...

    12-12-2013, 22:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu