GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Büdcə kimlər arasında bölünüb, talanır?

Büdcə kimlər arasında bölünüb, talanır?

Tarix: 17-02-2014, 11:33 Bölmə :Manşet Baxış: 1 242
Büdcə kimlər arasında bölünüb, talanır?
Küçələrə pul səpmişəm,yar gələndə toz olmasin

Bu il üçün büdcədən ayrılan investisiya yönümlü xərclərdə təhsil, səhiyyə, sosial müdafiə yönümlü xərclər kəskin şəkildə azaldıldığı halda Nəqliyyat Nazirliyinin payı 25 faiz artırılaraq 1 milyard 238 milyon manata çatdırılıb.
Bütün sahələrdə korrupsiyanın, rüşvətin kütləvi hal aldığı Azərbaycanda hər il milyardlarla manat vəsaitin talandığı, ayrı-ayrı məmurlar tərəfindən mənimsənildiyi heç kimə sirr deyildir. Əhalinin əhəmiyyətli qisminin yoxsulluq həddində yaşamasına baxmayaraq məmur övladları artıq sosial şəbəkələrdə dəyəri yüz minlərlə ölçülən avtomobillərinin, dəbdəbəli əyləncə gecələrinin fotoşəkillərini paylaşmaqdan çəkinmir, bunu nümayişkəranə şəkildə reklam edirlər. Büdcə təşkilatlarında çalışanların səfalət həddində yaşamasına rəğmən iri çaplı məmur ordusunun artıq şişkinləşərək demək olar ki, ölkədə bütün sahələri monopoliyaya aldıqları reallıqdır. Bu gün az qala addımbaşı gözə soxulan “sürətli Azərbaycan inkişafı” modeli əslində süni dəbdəbə və şişirdilmiş rəqəmlərdən başqa bir şey deyildir. Ölkənin ən vacib və strateji əhəmiyyətli sahələri olan təhsil, səhiyyə sistemində vəziyyətin acınacaqlı dərəcədə pis olmasına baxmayaraq dövlətin bu sahələrə münasibəti ikinci, üçüncü dərəcəli əhəmiyyət daşıyır. Əvəzində büdcədən vəsaitlərin ayırılmasında daha çox korrupsiyalaşmış, maxinasiyaların aparıldığı sahələr üstünlük təşkil edir. Bu özünü 2014-cü ilin dövlət büdcəsindən 5 milyard 260 milyon manatlıq əsaslı vəsait qoyuluşunun sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə də öz əksini tapmışdır. Parlament tərəfindən təqdim olunmuş dövlət büdcəsində əsaslı vəsait qoyuluşunun həcmi 6 milyard 260 milyon manat göstərilsə də, 1 milyard manat vəsaitin bölgüsü aparılmayıb. Böyük ehtimalla həmin vəsait ehtiyat olaraq saxlanılıb. Bu isə büdcə proqnozlarının yerinə yetirilməsində ciddi problemlərin olduğunu göstərir. Çünki ötən ilin büdcəsində investisiya xərcləri bu ilkindən təqribən 1 milyard manat çox olsa da, ehtiyat vəsait olaraq 501,3 milyon manat, yəni bu ilkinin 50 faizi qədər məbləğ saxlanılmışdı. Bu vəsaitin həmçinin sonradan gələn il keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarının təşkilatı işlərinə sərf olunacağı da ehtimal olunur.
Vəsait bölgüsündə 1 milyard 238 milyon manatlıq “payla” Nəqliyyat Naziri Ziya Məmmədov liderlik edir. Ötən il bu vəsait 1 milyard 22 milyon təşkil etsə də, bu il məbləğ təqribən 25 faiz artırılmışdır. İldən ilə bu sahəyə büdcə vəsaitlərinin fantastik həddə ayrılmasına baxmayaraq ölkədə yol infrostrukturunda olan vəziyyət nəinki dəyişmir, əksinə daha da pisləşir. İcrası illərlə yubadılan layihələrə hər il yenidən külli miqdarda vəsaitin ayrılması bu sahədə şəffavlığı şübhə altında qoyur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasına 270 milyon manat ayrılıb ki, bunun hesabına limanın tikintisinə ayrılmış vəsait artıq 420 milyonu keçib. Ziya Bünyadov prospektinin yenidən qurulmasına sərf olunan vəsait isə artıq kosmik sürətlə artaraq 390 milyon manata çatıb(prospektin yenidən qurulmasına 242 milyon manat sərf edilməsinə baxmayaraq bu il daha 145 milyon vəsaitin ayrılması nəzərdə tutulub). Bakı-Novxanı-Sumqayıt yolunun yenidənqurma işlərinə sərf olunan xərclər də bu ilki vəsait bölgüsü ilə nə az, nə çox 320 milyon manatı keçib (2006-2013 cü illərdə bu yola 272 milyon vəsait xərclənib, bu il isə daha 50 milyon sərf olunacağı nəzərdə tutulub). Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Bu isə bir daha icrası illərlə yubadılan layihələrin hansı məqsədlərlə ləngidildiyini açıq aydın sübut edir. Ölkənin ən problemli sahəsi olan nəqliyyat sisteminin ildən-ilə “şişməsi” hakimiyyətdə təmsil olunan “güc mərkəzlərinin” sırf iqtisadi maraqlarını təmin etmək məqsədi güdür. Hər il milyardlarla vəsait “yollara səpilir” ki, yar gələndə toz olmasın.
2015-ci ildə Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə rəğmən Gənclər və İdman Nazirliyi də büdcədən kifayət qədər vəsait almağa nail olmuşdur. Olimpiya məşəlinin “yandırılması” üçün bu nazirlik hesabına ayrılmış 922,3 milyon vəsaitin 373 milyonunu sərf edəcəkdir. Oyunların keçirilməsi üçün büdcədən səxavətlə vəsait ayrılmasına baxmayaraq konkret layihələrin nədən ibarət olması haqqında məlumatlar verilmir. Təkcə onu qeyd etmək kifayətdir ki, Olimpiya oyunları üçün nəzərdə tutulan 65 min tamaşaçı tutumlu stadionun tikinti xərcləri bu il daha 280 milyon manat ayrılmaqla artıq 480 milyon manatı keçmişdir. Su idman sarayının tikintisinə çəkilən xərclər 190 milyon manat artırılaraq 230 milyonu, Gimnastika kompleksinin smetası isə isə 167 milyonu keçərək olimpiya zirvəsinə çatmışdır. İdman sahəsinə milyonların səxavətlə ayrılmasının nəticəsində ağzı bağlı idman kompleksləri hər yerdə adamın “ürəyini açır”.
Başgicəlləndirən yol və idman xərclərinin fövqündə bu il büdcədən Səhiyyə Nazirliyinə 98,3 milyon, Təhsil Nazirliyinə 45,5 milyon, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 34,5 milyon, Kənd Təsərrüfatı Nazirliyinə 10,4 milyon, Mədəniyyət və Turizm Nazirliyinə 140,3 milyon, ”Aqrolizinq”ə 10 milyon, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 9,5 milyon, Bakı Metropoliteninə 224 milyon, ”Bakıelekrikşəbəkə” ASC-yə 89,3 milyon, ”Azərenerji”yə 92,2 milyon, ”Azərsu”ya 394,4 milyon, ”Melorasiya və Su Təsərrüfatı” ASC-yə 210,1 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu il Bakı Şəhər İcra Hakimiyyəti abadlıq və “ağartma” işləri üçün 276 milyon manat xərcləyə biləcək. ARDNŞ büdcədən 100 milyon, ”Azəristiliktəchizat” ASC 16 milyon, İqtisadi və Sənaye Nazirliyi 129 milyon, Ədliyyə Nazirliyi isə 44,4 milyon manat almaqla kifayətlənməli olub.
Göründüyü kimi, bu ilki vəsait bölgüsündə GİN-nə ayrılan xərclər 3 dəfəyə yaxın, Nəqliyyat Nazirliyinin payı isə 25 % artırılmışdır. Əvəzində isə səhiyyə, təhsil, əhalinin sosial müdafiəsinə sərf olunan sərmayələrsə kəskin şəkildə azaldılmışdır. Bu azalma səhiyyə sahəsində 49 faiz, sosial müdafiədə isə 52 faiz təşkil edir.
Göründüyü kimi, bu ilki büdcə ayrılmalarında yenə də mövcud vəziyyət və zəruri ehtiyaclar yox, məmurların hakimiyyətdaxili təsir rıçaqları əhəmiyyətli rol oynamışdır. Kifayət qədər böyük problemlərin olduğu sahələrə vəsait ayrılmasında kəskin azalmalar olsa da korrupsiyalaşmış sahələrdə artım müşahidə olunur. Təhsil, səhiyyə, sosial müdafiə sahələrində acınacaqlı vəziyyət hökm sürsə də, dövlət bu sahələrə çox cüzi diqqət ayırmaqla vətəndaşına olan real münasibətini əks etdirmişdir. Acqarına, elmsiz, səhiyyəsiz yeni çəkilmiş asfalt yollardan keçib Olimpiya məşəlinin oduna qızınmaqdan gözəl nə ola bilər ki...Təki canımız sağ olsun!

SƏRDAR MUSA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • Hökumət müəllim və həkimləri aşağıladı

    Hökumət müəllim və həkimləri aşağıladı ...

    3-12-2012, 01:45

  • 
  • 2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

    2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı ...

    28-11-2014, 00:35

  • 
  • Partiyaların büdcə payı

    Partiyaların büdcə payı ...

    5-12-2012, 09:03

  • 
  • Hesablama Palatası hansı məmurları çökdürəcək?

    Hesablama Palatası hansı məmurları çökdürəcək? ...

    29-04-2014, 09:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu