Klassik Xalq Cəbhəsi Partiyası ( KXCP ) özünün növbəti Ali məclisinin iclasını keçirib
gundemxeber.az-ın verdiyi məlumata görə İclasda ictimai siyasi vəziyyət və qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub. İclas Azərbaycanın dövlət Himni ilə başlayıb. İclasın gündəliyi haqda məlumat verən Ali Məclis sədri Bəybala Əbil iclasın gündəliyini müzakirəyə çıxardıb.Daha sonra geniş məruza ilə Çıxış edən KXCP Sədri Mirmahmud Mirəlioğlu ölkədə və regionda baş verən siyasi proseslər barədə məclis üzvülərinə məlumat verdi. Daha sonra hakimiyyəti sərt tənqid edən KXCP Sədri Sumqayıtda intihara cəhd edən və hakimiyyət nümayəndələri tərəfindən ruhi xəstəxanaya salınan Qarabağ Qazisi Malik Məcidov haqda məlumat verərək, Qarabağ qazisinin hüququnun müdafiəsi üçün müxtəlif təşkilatlara müraciət edtdiklərini bildirdi. Bu hakimiyyətin yarıtmaz siyasətinin insanları özlərinə qəsd eləməyə məcbur etdiyini deyən KXCP Sədri hakimiyyətin qanla gəldiyini və gördüyü bütün işlərin özləri kimi saxta olduğunu bildirdi. Daha sonra təhsil sahəsinə toxunan Mirmahmud Mirəlioğlu təhsilin də yarıtmaz bir gündə olduğunu və dünənə qədər Misir Mərdanovu tənqid etdiklərini ancaq Mikayıl Cəbrayılovun nazir təyin edilməsindən sonra insanların az qala Misir Mərdanovun atasına rəhmət oxuduğunu bildirdi. Daha sonra qarşıdan gələn Bələdiyyə seçkiləri ilə bağlı çıxış edən KXCP Sədri seçkilərdə Partiyanın bir çox şöbələrinin ciddi nailiyyətlər qazanacağına inandığını və KXCP -nin seçkilərdə iştirak etməyinin zəruri olduğunu bildirdi. Daha sonra çıxış edən KXCP Gədəbəy şöbəsinin sədri Ceyhun Səfərov Gədəbəydə olan problemlər haqqında məclis üzvülərinə məlumat verərək bildirdi ki: " Gədəbəydə hakimiyyət insanlara qarşı soyqrım törədir. Gədəbəy də olan qızıl mədənlərinin texniki şərtlərə uyğun olmayaraq istifadə olunması Gədəbəyin və bütövlükdə ölkənin genefonuna böyük ziyan vurur. Orada istifadə olunan zəhərli maddələr çaya axıdılır və bu su da başqa çaylara qarışaraq bütövlükdə bir çox rayonların insanlarının zəhərlənməsinə səbəb olur." zavodun başında dayanan adamın Fars əsilli olduğunu ,vəzavodda məsul olan şəxslərin bu zavod Əliyevlərindir dediyini bildirdi. Daha sonra Ceyhun Səfərov KXCP -nin milli təşkilat olduğunu və qarşıdan gələn Bələdiyyə seçkilərində Gədəbəy rayon şöbəsinin yüksək nailiyyət əldə edəcəyinə çalışacaqlarını dedi. Çıxış edən KXCP Ağsu rayon şöbəsinin sədri Yaqub Babalı Ağsuda olan problemlər barədə məlumat verərək, bir neçə gün bundan qabaq Ağsu rayonunda bəzi Aptek müdirlərinin saxta dərman düzəltikləri və MTN tərəfində həmin adamların həbs olunduğu deyildiyini bildirərək , ancaq bu gün həmin adamların yenədə azad gəzdiklərini və saxta dərman düzəldilən adı qazanmış Apteklərin fəaliyətlərinin dayanmadığını da məclis üzvülərinin nəzərinə çatdırdı. Yaqub Babalı Ağsu cəbhəçilərinin Bələdiyyə seçkilərinə ciddi hazırlaşdığını bildirərək hakimiyyətin bütün təhdidlərinə baxmayaraq qələbə çalmaq uğrunda mübarizə aparacaqlarını bildirdi.Daha sonra çıxış edən Rayon ( şəhər) şöbələrinin Ali Məclis üzvüləri və sədirləri seçkilərdə iştirak etməyin siyasi partiya üçün vacib məsələlərdən olduğunu bildirərək Bələdiyyə seçkilərində ciddi mübarizə aparacaqlarını bildirdilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?