KXCP Şimal bölgəsində müşavirə keçirib. KXCP Sədrinin müavini Xəzər Teyyublunun verdiyi məlumata görə,KXCP -nin Quba, Qusar, Şabran, və Xaçmaz rayon şöbələrinin rəbərliyinin iştirakı ilə Qusar rayonunda baş tutan müşavirəsində, KXCP rəhbərliyindən KXCP Ali Məclisinin Sədri Bəybala Əbil, KXCP Sədrinin müavini Xəzər Teyyublu,KXCP MNTK –dan Gülbala Tağıyev iştirak ediblər. Şimal bölgəsinə daxil olan şöbə rəhbərləri içtimai- siyasi vəziyyəti və qarşıda duran vəzifələr və KXCP –nin qarşıdan gələn bələdiyyə seçkilərində iştirakı ilə bağlı qərarı müzakirə olunmuş, görüləcək işlər barədə müfaviq tapşırıqlar verilmişdir. Eyni zamanda 24 iyunda keçiriləcək Ali Məclisin iclasında şöbə rəhbərlərinə daha da aktiv şəkildə iştirak etmək tövsüyə edilmişdir. Bundan başqa AXC –nin yaranmasının 25 –ci ildönümü münasibəti ilə yerlərdə tədbirlər keçirilməsi ilə bağlı da tapşırıqlar verilmişdir. İclasın gedişində KXCP Sədri Mirmahmud Mirəlioğlu müşavirəyə telefon vasitəsi ilə qatılaraq , müşavirə iştirakçlarını salamlayaraq apardıqları mübarizədə uğurlar arzuladığını bildirmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?