GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ƏLI KƏRIMLI YAZDI – UKRAYNA ORDUSU VƏ XALQI VURUŞACAQ

ƏLI KƏRIMLI YAZDI – UKRAYNA ORDUSU VƏ XALQI VURUŞACAQ

Tarix: 2-03-2014, 18:03 Bölmə :Manşet Baxış: 896
ƏLI KƏRIMLI YAZDI – UKRAYNA ORDUSU VƏ XALQI VURUŞACAQ
AXCP sədri Əli Kərimli Ukrayna ətrafında baş verənlərlə bağlı özünün səhifəsində maraqlı yazı ilə çıxış edib. GUNDEMİNFO.AZ məqaləni olduğu kimi təqdim edir:

Adamın inanmağı gəlmir, amma bu artıq reallıqdır. Təəssüf ki, bəzi siyasətçilərin avantürası dünyanı yeni və çox təhlükəli müharibə ilə üz-üzə qoyur. Rusiya rəsmən Ukraynaya ordu yeritməyə hazırlaşır. Rusiyanın Federasiya Şurası martın 1-də keçirdiyi fövqəladə iclasda ölkə başçısı Putinin Ukrayna ərazisinə hərbi birliklər yeritməklə bağlı müraciətinə baxaraq, müsbət cavab verib.
Rusiya Ukraynaya qoşun yeritsə, bu, çox səhv qərar olacaq. Rusiyanın öz mənafeləri baxımından da. Əvvəla, Ukrayna ordusu və xalqı vuruşacaq, döyüşsüz təslim olmaqdan söhbət gedə bilməz. Hətta indiki hökuməti dəstəkləməyən ukraynalılar da vətən təəssübü səbəbindən milli ideya ətrafında hökumətlə birləşəcəklər. Üstəlik, Krım tatarları da Krımı heç kimə verəsi deyil, onlar əsl vətən müharibəsinə qalxacaqlar. Ukraynalılar və ruslar Krım uğrunda (əslində, heç tək Krımdan da söhbət getmir, müharibə başlasa, Ukraynanı parçalamaq, Ukraynanın şərqini Rusiyaya birləşdirmək niyyəti heç gizlədilmir də) savaşsalar belə, Krım onların heç biri üçün Krım tatarlarına olduğu qədər əziz ola bilməz. Onların Krımsız da vətənləri var. Krım tatarları üçün isə Krım tək vətəndir.
Onu izah etmək istəyirəm ki, 2014-cü ildə Ukraynanın bir hissəsini işğal etmək ötən əsrin 90-cı illərində, məsələn, Moldovanın Dnestryanı ərazisini, Gürcüstanın Cənubi Osetiyasını, Azərbaycanın Qarabağını işğal etmək kimi asan iş deyil. Heç kim asan və tez qələbəyə ümid etməsin. Əksinə, Ukraynanın bir hissəsini işğal etmək cəhdi Rusiyaya çox baha başa gələ bilər. Keçmiş SSRİ-nin Əfqanıstanı işğal etmək cəhdi SSRİ-ni çökdürdüyü kimi, Ukraynanı işğal etmək cəhdi də müasir Rusiyanı çökdürər. Ən azı, müflis edər.
Aydındır ki, nə ABŞ, nə Avropa Birliyi, nə də NATO Ukraynaya görə Rusiyaya müharibə elan edəcək. Amma sakitcə oturub, seyrçi mövqedə də qala bilməyəcəklər. Ukrayna xalqına və dövlətinə açıq və ciddi dəstək verməli olacaqlar. Rusiyanın müharibəyə başlamaq cəhdi onun bütün sivil dünya tərəfindən təcridilə nəticələnə bilər. Rusiya müasir tarixində heç vaxt rastlaşmadığı ağır iqtisadi sanksiyalara məruz qalar, yeni "Soyuq müharibə" ilə üzləşər. Təkcə Avropa Birliyi və ABŞ-ın birgə iqtisadi sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməyə kifayət edər, ölkədən 100 milyardlarla kapital axınına, Rus rublunun tam qiymətdən düşməsinə gətirib çıxarar. Rusiyanın daxilində mərkəzdənqaçma meylləri güclənər.
Rusiyadakı müsəlman və türk xalqlarının simpatiyası heç şübhəsiz ki, Krım tatarlarına olacaq. Digər müsəlman xalqlar da Krım tatarlarına dəstək verəcək. Dağıstan və Şimali Qafqazda Rusiyadan ayrılmaq meylləri artacaq. Ukraynanın parçalanmasını isə heç bir ciddi dövlət, beynəlxalq təşkilat tanımayacaq. Müharibə nəticəsində zəifləmiş Rusiya nə zamansa, Ukraynadan çəkiləcək, amma qonşuluğunda daha bir böyük xalqın düşmənçiliyini qazanacaq. Yəni, bu sadə məsələləri Rusiya rəhbərlərinin özləri başa düşmürlər?
Biz ya həqiqətən əsrin avantürasına şahidlik edirik, ya da Rusiya Qərbin və Ukraynanın reaksiyasını yoxlayır. Bilmək istəyir ki, Ukrayna rəhbərliyi müharibə təhdidi altında hansı güzəştlərə gedə bilər. Ciddi işğal planı olan dövlət üçün Rusiya kifayət qədər ləng hərəkət edir. Bu da o ehtimalı gücləndirir ki, Putin Qərbin reaksiyasını yoxlayır. Qərbin danışmaqdan başqa bir iş görməyəcəyinə əmin olsa, hərəkətə keçəcək. Yox, əgər Qərbin reaksiyası çox sərt olsa, bir bəhanə ilə geri çəkilmək imkanı hələ də qalır.
Beləliklə, indiki situasiyada Ukraynanın taleyi, Ukrayna torpaqlarının bir hissəsinin işğal edilib-edilməməsi Rusiya qədər də Qərbdən asılıdır. Qərb liderləri ləngimədən Ukraynaya açıq dəstək verməklə, müharibə başlayacağı təqdirdə Rusiyaya qarşı tətbiq edəcəkləri sanksiyaları indidən bəyan etməklə (diplomatik kanallarla da olar) Rusiyanı işğalçılıq hərəkətindən çəkindirə bilərlər və bunu etməlidilər.
Regionumuzdakı müharibə ehtimalının Azərbaycan üçün də ciddi problemlər yaradacağı şəksizdir (Bu barədə sonra yazaram). İndi normalda Azərbaycanın Təhlükəsizlik Şurası toplanıb Ukraynada müharibə başlayacağı təqdirdə bunun Azərbaycana təsiri, ölkəni bu böhranlı vəziyyətə hərtərəfli hazırlamaq vəzifəsini müzakirə etməlidir. Təəssüf ki, indi onların belə işlərə vaxtı yoxdur, cəbhəçilərin həbsinə başları bərk qarışıb. Yazıqlar olsun...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verildi

    Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə ...

    1-03-2014, 21:11

  • 
  • Əli Kərimli xalqı mitinqə çağırdı

    Əli Kərimli xalqı mitinqə çağırdı ...

    12-12-2013, 21:44

  • 
  • Ukrayna ordusu tələyə salındı

    Ukrayna ordusu tələyə salındı ...

    13-06-2014, 12:43

  • 
  • Krımda çevriliş: Ukrayna prezidentinə müraciət

    Krımda çevriliş: Ukrayna prezidentinə müraciət ...

    1-12-2015, 19:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu