GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ukraynalı komandir əsgərlərinə “ölərik, ruslara təslim olmarıq” əmri verdi

Ukraynalı komandir əsgərlərinə “ölərik, ruslara təslim olmarıq” əmri verdi

Tarix: 2-03-2014, 18:09 Bölmə :Manşet Baxış: 869
Ukraynalı komandir əsgərlərinə “ölərik, ruslara təslim olmarıq” əmri verdi
Ukrayna hökuməti ölkənin hava məkanını bütün növ hərbi təyyarələr üçün qapalı elan edib

gundemxeber.az saytı "Röyter"ə istinadən xəbər verir ki, bu qərarı Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bu gün verib. Müvəqqəti prezident bəyan edib ki, Ukraynanın hava məkanı yalnız mülki təyyarələrə açıqdır. O, əlavə edib ki, ölkədəki bütün aeroportlar gücləndirilmiş mühafizə ilə təmin olunub və nəzarətə götürülüb.

16:26
Ukrayna Müdafiə Nazirliyi bu gün rəsmi bəyanatla çıxış edib.
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bəyanatda deyilir: "Bəzi xarici KİV-lər ukraynalı hərbçilərinin guya Krım ərazisindəki hərbi hissələrini tərk etdikləri barədə məlumatlar yayıblar. Rəsmi olaraq bəyan edirik ki, yayılmış məlumatlar həqiqətəuyğun deyil və təxribat xarakterlidir. Ukrayna hərbçilərinin Ukrayna Hərbi Qüvvələrinin hərbi xidmətindən kütləvi şəkildə azad edilməsi də reallıqla üst-üstə düşmür".
Qeyd edək ki, Rusiya hərbçiləri Kerçdə hərbi hissəni mühasirəyə alıblar. Hərbi formada insanlar A-0669 hərbi hissəsinin ərazisini ələ keçiriblər. Hərbi hissənin qapılarının önündə Rusiya nömrəli "Ural" markalı yük maşınları dayanıb. Əsgərlərin isə Rusiya hərbi geyim formasında olduğu və rus dilində danışdıqları bildirilir.
A-0669 Hərbi Dəniz-Piyada Qoşununları hərbi hissəsinin komandiri Aleksey Nikiforov vəziyyətin nəzarətdə olduğunu və təlaşa ehtiyac olmadığını bildirib: "Hərbi hissənin ərazisində yad şəxs yoxdur. Şəxsi heyət rəhbərlikləri tapşırığı yerinə yetirməyə hazırdır. Komandirlər mənə məlumat verdi ki, batalyonun təslim olması barədə xəbərlər şayiədir, həqiqətəuyğun deyil".

15:26
Sevastopol yaxınlığında Rusiya desantının mühasirədə saxladığı Ukrayna hərbi bazasının komandiri əsgərlərinə “ölərik, ancaq ruslara təslim olmarıq” əmri verib.
Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Perevalnıy kəndində dislokasiya olunmuş 39-cu briqadanın komandirinə Rusiya “spesnaz”ı tərəfindən ultimatum verilib. Əgər saat yarım ərzində briqadanın şəxsi heyəti silahlarını təhvil verməsə və hərbi kazarmaları müqavimətsiz boşaltmasa, ruslar hücuma keçəcək.
Ukrayna ordusunun ehtiyatda olan zabiti Sergey Lanşin bildirib ki, o, bu dəqiqələrdə 39-cu briqadanın komandiri ilə danışıb.
“Komandir təslim olmamağı qərara alıb, əsgərlərinə ölənə qədər vuruşmaq əmri verib” - deyə o, bildirib.
S.Lanşin deyib ki, komandir onun vasitəsilə yerli və xarici KİV-lərə müraciət edərək tezliklə bazaya gəlməyi xahiş edir.
“Qoy onlar bu cinayəti öz gözləri ilə görsünlər” - deyə Lanşin komandirin adından bildirib.
Jurnalistlər xəbər verir ki, Perevalniy istiqamətində Rusiya desantının ikinci kalonu-15 “Ural” və bir neçə zirehli “Tiqr” maşını hərəkət dir.
Digər məlumata görə, Ukrayna Ali Radası ölkənin təhlükəsizliyinə qarant olan ölkələrə təcili kömək üçün müraciət edib. Ukraynadakı hadisələr getdikcə daha dramatik xarakter alır.
Daha bir məlumata görə, bu gün səhər tezdən Kiyevdə hərbi komissarlıqlar səfərbərlik başlandığını elan ediblər. Hərbi mükəlləfiyyətli bütün kişilər qeydə alınır.

14:54
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) təcili toplantısı keçirilib.
MTMŞ-nın toplantısında Ukrayna üçün önəmli qərarlar qəbul edilib. MTMŞ-nın katibi Andrey Parubiyin sözlərinə görə, həmin qərarlardan biri hələlik məxfi saxlanmaqdadır.
Digər qərarlara əsasən isə, Ukrayna ordusu tam şəkildə döyüşə hazır vəziyyətə gətirilib. Dünya dövlətlərinin diplomatik idarələrinə Ukraynanın Rusiya aqressiyasından müdafiə edilməsiylə bağlı müraciət ünvanlanıb.
Eyni zamanda Krım Muxtar Respublikasında vəziyyətin normallaşdırılması üçün MTMŞ-nin rəhbərliyinin təmsil olunduğu nümayəndə heyətinin formalaşdırılması qərarlaşdırırlıb.

13:23
Ukrayna mənbələrinin bu dəqiqələrdə yaydığı xəbərə görə Rusiyanın Krıma yeritdiyi desant qüvvələri Ukrayna ordusunun Sevastopoldakı hərbi hissəsinə hücuma keçib.
Rusiya desantçıları Ukrayna hərbi dəniz qüvvələrinin 39-cu xüsusi təyinatlı hissəsinə həmlə edir. Desantçılar hərbi hissəyə “KamAZ” maşınlarında gəliblər, maşınlardan biri hərbi hissənin nəzarət-buraxılış məntəqəsini dağıdaraq içəri keçib. Ukrayna ordusunun BTR-ləri hərbi hissəni müdafiə etmək üçün maşının qarşısını kəsib.
Rusiya desantı silah tətbiqi ilə hədələyir. Ukrayna ordusunun bir neçə zabiti əsir götürülüb, kazarmalardan birində yanğın başlayıb. Ruslar hərbi hissəni avtomatçılara mühasirəyə alıblar, atışma səsləri eşidilir. Lakin tərəflər hələlik bir-birlərinə yox, havaya atəş açırlar. Rusiya desantı hərbi hissənin ələ keçirilməsi barədə əmr aldıqlarını bildirir və tezliklə hücuma keçəcəkləri haqda xəbərdarlıq edir.
Rusiyanın Krımı işğal etdiyi və Ukraynanın qalan ərazilərinə qoşun yeritmək barədə qərar verdiyi bir vaxtda Qərb dövlətləri hələlik diplomatik təzyiqlər və bəyanatlarla kifayətlənirlər. ABŞ prezidenti Barak Obama martın 2-nə keçən gecə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və onu Ukraynaya hərbi müdaxiləni dayandırmağa çağırıb. Həmçinin ABŞ prezidenti bildirib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq “Böyük səkkizlər”in bu ilin iyun ayında Soçidə keçiriləcək sammitinə hazırlığı dayandırır.
Kanadanın baş naziri Steven Harper də ölkəsinin Rusiyada keçiriləcək “Böyük səkkizlər”in sammitinə hazırlığı dayandırdığını və Moskvadakı səfirini geri çağırdığını elan edib.
ABŞ dövlət katibi Con Kerri növbəti bəyanatla çıxış edərək deyib ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları regionda gərginliyi artıracaq və Vaşinqtonla Moskva arasında münasibətləri korlayacaq. Con Kerri ABŞ-ın qlobal tərəfdaşları ilə təcili telekonfrans keçirdiyini və “sonrakı addımları” müzakirə etdiyini deyib. Dövlət katibi Ukraynaya kömək ediləcəyini bildirib, lakin köməyin nədən ibarət olacağını açıqlamayıb.
Ukrayna hərbi komissarlıqları isə ehtiyatda olan hərbi qulluqçulara təcili çağırış vərəqəsi göndərib. Bu qərar ölkədə ümumi səfərbərliyin elan edilməsinə hazırlıqla bağlıdır. Bu dəqiqələrdə Ukrayna Ali Radası ölkədə yaranmış vəziyyəti qapalı iclasında müzakirə edir. Gözlənilir ki, Rusiyanın hərbi təcavüzü il bağlı ölkədə ümumi səfərbərlik və fövqəladə vəziyyət elan ediləcək.
Ukraynanın yeni baş naziri Arseni Yasenyuk isə bildirib ki, şənbə günü axşam ona Rusiyanın baş naziri Dmitri Medvedyev zəng edib və Ukraynaya hərbi müdaxilə qərarının olmadığını, yalnız belə ehtimalın mövcudluğunu deyib. Yasenyuk deyib ki, telefon danışığı zamanı Rusiya qoşunlarının Krımdan çəkilməsini tələb edib.
“Biz suverenliyimizi qorumağa hazırıq. Əgər Rusiya hərbi müdaxiləyə başlasa bu, iki ölkə arasında müharibəyə və bütün münasibətlərin kəsilməsinə səbəb olacaq” - deyə Yasenyuk bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna Silahlı Qüvvələri gücləndirilmiş hərbi hazırlıq səviyyəsinə gətirilib

    Ukrayna Silahlı Qüvvələri gücləndirilmiş hərbi ...

    12-08-2016, 00:42

  • 
  • Ukrayna ordusuna "döyüş hazır ol" əmri verildi

    Ukrayna ordusuna "döyüş hazır ol" əmri ...

    15-04-2014, 10:55

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • Rusiya elit tank diviziyalarını Ukrayna ilə sərhədə yeridib

    Rusiya elit tank diviziyalarını Ukrayna ilə ...

    26-03-2014, 23:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (80)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu