GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » GUAM-da «A» mərhələsi başlayır?

GUAM-da «A» mərhələsi başlayır?

Tarix: 3-03-2014, 17:43 Bölmə :Manşet Baxış: 1 102
GUAM-da «A» mərhələsi başlayır?
Rəsmi Bakının «B» planı varmı?

Superdövlətçiliyin bütün parametrləri nəzərə alınarsa, Rusiya sadəcə ərazisi böyük dövlətlər kateqoriyasına aiddir. Rusiya artıq superdövlət deyil. Bu ölkənin illərdir sahibləndiyi atom silahları da daxil olmaqla, digər müdafiə qüdrətinin göstricisi olan hərbi sahədəki uğurları heç də onun supergüc olmasını şərtləndirmir. Müasir dünyamızda hətta Pakistan, Hindistan kimi dövlətlər də atom silahına sahibdirlər. Halbuki bu dövlətlərin nəinki dünya siyasətinə, heç hər – hansı iqtisadi məsələlərə də təsir etmə imkanları ya yoxdur, ya da çox cüzidir. Qonşu İranın son dörd, beş ildə istehsal etdiyi və hədəfi məhv etmə məsafəsi min kilometrlərlə olan raketlər isehsal etməsi, atom silahı istiqamətindəki çabaları da onu sadəcə tərəfə çevrilmə mərhələsinə qədər yüksəldib. Rusiya haqqında yaranmış mifin dağılma mərhəlisi ilk olaraq Əfqanıstandan başladı. Hərbi, canlı qüvvə və böyük maliyyə itkisi ilə illərlə Əfqanıstanda öz ideolojisi sayəsində müxtəlif yarlıklar verməklə əsasən bu ölkənin işğalçılıq siyasətinə qarşı çıxan yerli əhalisi ilə döyüşən Rusiya sonucda məğlub durumda səbəb göstərmədən oranı tərk etdi. Daha sonra İraq, Amerika Birləşmiş Ştatları və Avropanın NATO – nu Şərqə yaxınlaşdırması budəfə də Rusiyanın regional siyasi maraqları ilə təzad təşkil etdiyi üçün yenidən siyasi dövrədə yer aldı. Sonucda yeni məğlubiyyət acısı. Bu dəfə nəticə Rusiyanın qızışdırıcı siyasətinə aldanıb xalqı ilə döyüşən Səddam və bütün ailəsi məhv edildi. Tunis, Yəmən, Misir və Suriya. Bu ölkələrin hər birindən Rusiya ciddi məğlubiyyətlərlə çıxdı. Suriyada dirənişi isə formal xarakter daşıyır. Əslində Rusiyanın Suriyaya yönəli hər hansı bir dəqiq siyasəti yoxdur. Çünki Qərb ikinci ildir ki, Rusiyanı Suriya məsələsində sadəcə bəyanatlar mərhələsində saxlayır. Olsa – olsa bu ölkə hal – hazırda Suriyada döyüşən beş silahlı qruplaşmalardan birinə və yaxud ikisinə qızışdırıcılıq məqsədilə silah verir. Suriya ilə bağlı yekdil qərarı olmayan Qərbə isə bu məsələ hələ ki, sərf etdiyi üçün sadəcə görməməzikdən gəlir. Çünki Suriyanın daha çox dağılması Əsəd rejiminin tam çöküşündən sonra Qərbin, ən başlıcası isə Amerika Birləşmiş Ştatlarının bu ölkədə daha çox qalmasına səbəb olacaq. Şəhərlərin,infrasturukturun yenidən qurulması, təhlükəsizliyin təmini və s. Məhz İraq, Əfqanıstan variantının təkrarı.
Rusiya keçmiş SSRİ məkanında hələ ki, Orta Asiyada əsas regional güc sahibidir. O da tam olaraq yox. Qırğızıstanın rəngli inqilabları Rusiyanın ora öncə birbaşa, sonra isə tam olaraq nüfuzunu əngəllədi. Bu ölkənin Qazaxıstana və Özbəkistana təsir imkanları isə həmin ölkələrin qoca diktatorlarının ən pis halda bioloji ölümlərinin gerçəkləşməsinə qədərdir. Yaşları çoxdan yetmişi adlamış Nazarbayevin və Kərimovun Rusiyanın Orta Asiyada son qalalarının olması faktdır. Ukrayna hadisələrindən qorxuya düşərək illərdir üzərində hakimiyyətinin bərqərar olduğu hərbi – polis rejimini bir az da sərtləşdirən qoca özbək diktatoru keçmiş possovet məkanındakı əksər diktatorlara sıradan bir nümunədir. Hətta Nazarbayevin ölkə işinə hesablanmış son ad dəyişimi ilə əlaqədar siyasi blefləri də onun köməyinə gəlməyəcək. Bunu qoca diktator və Putin Rusiyasının siyaisi proqnozçuları da yaxşı bilirlər. Deməli qalır Cənubi Qafqaz.
Rusiya Cənubi Qafqazda da ciddi xəyal qırıqlığı yaşayır. Gürcüstan Avropa Birliyi ilə asossiativ üzvülük sazişi imzaladı. Bu ölkə Avropa ailəsinə qoşulmaq üçün var gücü ilə çaba göstərir. Son hakimiyyət dəyişimindən sonra yenidən Gürcüstanda gücünü bərpa etməyi düşünən Rusiya mövcud gürcü hökumətinin fakir babası hesab olunan İvanaşvilidən “biz Rusiya ilə dinc qonşuluq şəraitində yaşamağı önəmsiyirik” – kimi diplomatik cavab aldı.
Rusiyanın hələlik yalnız Azərbaycanla bağlı bəzi tərəddüdləri var. Ukrayna hadisələrindən sonra Azərbaycanda da siyasi münasibətlər, o cümlədən regional yanaşmaların dəyişilməsi ehtimal olunur. Ötən gün məbuata verdiyi müsahibəsində “"Ukraynanın vəziyyəti və ordakı hadisələrin inkişafı tək Ukraynaya xas olan və yaxud bu ölkəyə görə baş verən hal deyil” söyləyən Xarici İşlər nazirinin müavini Araz Əzimovun açıq söylmədiyi fikirlərinin sətiraltı mənaları anlaşılandır. Avropa özünün genişləndirmə siyasətində israrlıdır. Hələ ki, bu prosesi əngəlləyəcək gücün olmadığını məhz sistemin içərisində yer almış Araz Əzimovdan yaxşı kimsə bilə bilməz. Hətta Avropanı təhdid edən maliyyə sıxıntıları belə prosesi əngəlləyə bilmirsə, deməli israr gözlə görünən həddədir. Ötən ilin sonlarında texniki defoltla üz – üzə qalmış Amerika Birləşmiş Ştatları özünü toparlayan andan yenidən projenin gerçəkləşdirilməsi siyasətində əsas fiqur obrazını bərpa etdi. Təsadüfi deyil ki, Ukrayna inqilabından, ən başlıcası isə bu ölkənin əli qanlı sabiq prezidenti Viktor Yanukoviçin siyasi sonluğundan qorxuya düşən Belarus prezidenti Aleksandr Lukaşenko “Biz sayıqlığı itirməməliyik. Başqalarının səhvlərindən öyrənməli, ölkəmizdə sabitliyin kiçicik pozulmasına belə imkan verməməliyik. Bizdən ötrü Maydan nəinki məqbul deyil, Belarusda Maydan olmayacaq” kimi təlaşlı bəyanatlar verməzdi. Bu qorxu o qədər aşırı dərəcədə olub ki, Lukaşenko ölçülü-biçili və sistemli daxili və xarici siyasətin vacib olmasını qeyd edib. Əslində ölkəsini Belarus prezidenti kimi idarə edən əksər avtoritar rejim sahibləri Ukrayna inqilabından sonra siyasi durğunluqdan çıxa bilmirlər. Araz Əzimovun “Bu gedişatlar, əhvalatlar, məncə, prinsipial olaraq yaranan və formalaşan geosiyasi vəziyyət çərçivəsində baş verməkdədir" deməsi inqilab dalğasının yayılmasından xəbərdar olması deməkdir. Qorxulu faktları bilərək yaşamaq əzablıdır. Bu əzab ölüm öncəsi Liviya diktatoru Qəddafinin üzündə var idi. "Ona görə hansısa müsbət mənada biz şanslıyıq ki, bu əhvalatları bilavasitə izləyirik və get-gedə, gündən-günə formalaşan siyasi mühiti izləyib təhlil edə bilirik” – deyən xarici işlər nazirinin müavini bir məsələni unudur ki, sabiq Ukrayna pezideti də müşahidə edirdi. Məsələnin həlli müşahidələrlə tamamlanmır. Avtoritar rejimlərdə problemlər həllə bəyanatlarla deyil, prinsipial olaraq yanaşmanı tərciyə edir. Nazir müavini hesab edir ki, Ukraynadakı hadisələr bu ölkənin xalqının maraqlarına xidmət etmir: "İqtisadi inkişaf və stabillik əvəzinə bu cür qanlı hadisələrin baş verdiyi şəraitdə nəyi isə qabaqcadan demək çox çətindir. Ukraynanın ən mənfəətli və gələcəyə təsir edəcək seçimi, gələcək seçimi stabil şəraitdə və bütün maraqlı tərəflərin iştitak etdiyi bir şəraitdə düşünülə və müəyyənləşdirilə bilər”. Əslində baş verən hadisələr isə məhz xalqın maraqları müstəvisində baş verir. Nədən demokratiya xalqın istəyi olmasın ki? Bəyəm demokratiya bina üzləmək, ildə bir neçə dəfə eyni asfalt örtüyünü dəyişmək,körpü tikmək və s-dir?
“Avropa İttifaqının birbaşa üzvü olan ölkələr Ukraynadakı hadisələrdə maraqlı tərəf kimi çıxış edirlər. Onların nazirləri, nümayəndələri dəfələrlə Ukraynaya gəlib vasitəçilik etməyə çalışıblar, yaxud meydanda yığılan müxalifətçilərlə bir yerdə olduqlarını bəyan ediblər. ABŞ dövlət katibinin köməkçisi, Aİ-nin ali nümayəndəsi son bir ayda dəfələrlə Ukraynaya səfərediblər. Bu insanlar əlbəttə ki, qonaq deyillər. Onlar böyük siyasi təsir gücünə malik olan dövlətləri təmsil edirlər. Onların səfərləri, Kiyevdəki fəaliyyətləri hadisələrə təsir etməyə bilməz" – narahatlıqla dolu müsahibə. İqtidar rəsmisi, həm də ölkənin xarici siyasətinin müəyyən edilməsində iştirak edən məmurun narahatlığı başa düşüləndir. Axı Azərbaycandan Ukraynaya baxanda yenə də Azərbaycan görünür.
Qərbin keçmiş SSRİ məkanında Rusiyanın təsir dairəsində olmayan tək qurumu GUAM – dır. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna dövlətlərinin təşkilatçılığı ilə təsis olunan qurumu fəaliyyətində yeni dinamika gözlənilir. Bu qurum Ukraynada da xəyal qırıqlığı yaşamış Rusiyaya dirəniş hərəkatı da adlandırmaq olar. Ukrayna inqilabı bu qurumda yer alan Azərbaycan hakimiyyətinə bundan sonrakı fəaliyyətində Qərbə istiqamətlənməsinin vacib olması mesajını verdi. Rusiyanın Cənubi Qafqazda mövqeləri olduqca zəifdi. Yuxarıda qed edildiyi kimi, Gürcüstan artıq Avropa Birliyi ilə assosiativ saziş imzalayıb. GUAM – ın həlqələrindən biri olan Moldovanın bu mərhəlini itkisiz başa vurması da onun mövqeyini kifayət qədər gücləndirib. Əslində hər iki, hətta Ukrayna daxil hər üç hal GUAM-a üzv olan dövlətlərin mövqelərinin güclənməsini şərtləndirib. Bu vəziyyət eyni zamanda GUAM – da birləşən ölkələr bundan sonrakı fəaliyyətlərində Rusiyanın ehtimal olunan təzyiqlərdən qorunmaq üçün sadəcə sığortalandılar.
Amma bu yalnız Rusiyanın təzyiqindən xilas mexanizmi idi. Həm də Qərbin dəstəyi ilə. Bəs Qərbin yüz illərdir özünün dəyərləri necə? GUAM – I formalaşdıran ölkələrdən üçü – Gürcüstan, Ukrayna və Moldova Avropaya inteqrasiyada geriyə dönməz yola qədəm qoyublar. Sözsüz ki, bu həlqədə yalnız A, yəni Azərbaycan qalır. Artıq Azəbaycan hakimiyyətinin illərdir fəxrlə söylədiyi balanslı siyasətə yer yoxdur. Tərəfin müəyyən edilməsi zamanıdır. Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunları ərəfəsində, Beynəlxalq İnsan Hüquqları Klubunun icraçı direktoru Rebekka Vinsent müsahibəsində deyib ki, “İndi dünya ictimaiyyətinin bütün diqqəti Soçi Olimpiadası və oyunlara hazırlıq zamanı müşahidə olunan korrupsiya faktlarına yönəlib. Amma Soçidən sonra diqqət Avropa tarixində ilk olimpiya oyunlarının keçirilməsinə 500 gündən az qalan Bakıya yönəldiləcək.” R.Vinsentin nəyi qəsd etdiyini başa düşmək bir o qədər də çətin deyil. Ötən il Azərbaycanda keçirilən mahnı müsabiqəsi öncəsi icazəsiz etiraz aksiyaları, sosial şəbəkələrdə inqilabi çağırışlar təsadüfi deyildi. “… Azərbaycanın problemlərinə kənardan tamaşa etmək lazım deyil. Beynəlxalq ictimaiyyət konkret addımlar atmalıdır. Əks halda, Avroolimpiada bitdikdən sonra hər şey olduğu kimi davam edəcək” söyləyən Rebekka Vinsent əslində Avropa ölkələrini, o cümlədən ABŞ – I GUAM – la bağlı müəyyən etdikləri planlarının icrasına başlamağa çağırır. GUAM – da isə Avropa nəzərləri ilə baxdıqda problem yalnız A – dadır. Azərbaycan da A hərifi ilə başlayır.
Bakir HƏSƏNBƏYLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya İranda daha bir atom elektrik stansiyası inşa edəcək

    Rusiya İranda daha bir atom elektrik stansiyası ...

    12-08-2013, 10:14

  • 
  • Ermənistanın keçmiş baş naziri: "Bizdə atom silahı var"

    Ermənistanın keçmiş baş naziri: "Bizdə atom ...

    29-04-2016, 18:18

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş vəziyyətinə gətirdi

    Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş ...

    16-03-2015, 18:34

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (225)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu