GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Monolit Plaza” soyur və ya dördulduzlu restoranın fırıldaqları

“Monolit Plaza” soyur və ya dördulduzlu restoranın fırıldaqları

Tarix: 4-03-2014, 10:05 Bölmə :Manşet Baxış: 5 067
“Monolit Plaza” soyur və ya dördulduzlu restoranın fırıldaqları
Ölkədə problemlər bitmək bilmir

Övlad toyu hər bir valideynin arzusudur. Bu səbəbdən hər ata-ana övladının toyunun yaddaqalan olmasını arzulayır. Bakıda şadlıq evləri, restoranlar çoxdur. Bəzən bu çoxluq içində seçim etməkdə valideynlər çətinlik çəkilər. Qonaqların narazı getməməsi üçün: “Hansı şadlıq evi və ya restoranı seçim?” fikri də düşündürən suallar arasındadır. Mən də sizlərə bir toy məkanı haqqında söhbət açmaq istəyirəm – “Monolit Plaza”.
Dördulduzlu otel olan “Monolit Plaza”. Bu məkanın kiməməxsus olması hamıya bəllidir. Odur ki, həmin mötəbər şəxsin adına uyğun olaraq buranın fərqli bir məkan olması, xidmətlərin dördulduzlu otel səviyyəsində ola biləcəyi fikri bir çox ziyalıları övlad toyu etmək üçün bura gətirib çıxarır. Bir məqamı da qeyd edək ki, “Monolit Plaza”nın administratoru Qoşqar bəyin də professionallığı, özünün də qeyd etdiyi kimi “Moskva” mehmanxanası kimi mötəbər bir məkanın administratoru olması bura gələnlərin diqqətini cəlb edir. Lakin, əfsuslar olsun ki, bütün bunlar zahiri görünüşdür. Əslində isə dördulduzlu “Monolit Plaza” otelində toy reklamını nəzərdən keçirək. Yəqin ki, telekanallarda bu məkandan keçirilən toy reklamını sizlər də görmüsünüz. Elə administrator Qoşqar bəy də öz şirin dili ilə həmin reklamı müştərilərə təkrarlayır.

Müğənni hoqqabazlığı
Qeyd edək ki, “Monolit Plaza”da toy şənliklərini iki müğənni idarə edir. Bundan əlavə Rüfət Axundov, Beybut Kərimov, İlqar Xəyal, Səidə Dadaşova, Elariz, Vüqar Muradovun da adları təbrik edən müğənnilər sırasındadır. Yəni bəy-gəlin bu müğənnilər arasından birini seçir və restoran bəylə gəlinə onların ifasını hədiyyə edir. Amma araşdırmalarımız zamanı maraqlı faktlar üzə çıxdı. Belə ki, Rüfət Axundovun adı siyahıda olsa da, müğənninin bundan xəbəri belə yoxdur. Bu azmış kimi bəy-gəlini yalandan əmin edirlər ki, Rüfət Axundov mütləq gələcək. Elə ki, işin üstü açılır, o zaman Qoşqar bəy İlqar Xəyalın toy məclisində iştirak edəcəyini vəd edir. Amma toy zamanı İlqar Xəyalın yerinə Vüqar Muradovun ora təşrifi bəylə gəlinə həqiqətən də sürpriz olur, özü də qanlarını qaraldan sürpriz.
“Monolit Plaza”da keçirilən toy məclisini oranın iki müğənnisi aparır. Onlardan biri gələn qonaqların zövqünə və səviyyəsinə uyğun mahnılar ifa edən Kifayət xanım, digəri isə dördulduzlu oteldə keçirilən toyu palatka toyu səviyyəsinə endirən “Qarabala çaykovski” kimi aşağı səviyyəli mahnıları ifa edən Kamran Musa oğlu. Kamran Musaoğlunun əlindən mikrafonu aldırmaq üçün toy sahibləri dəridən-qabıqdan çıxırlar.
Əlqərəz, “Monolit Plaza”dakı sərgüzəştlər bütün bunlarla bitmir. Belə ki, hamıya bəllidir ki, bütün toylarda bəylə gəlinin körpəliyindən tanış olmalarından olan bütün hadisələr “Love store” şəklində gələn qonaqlara çatdırılır. Amma “Monolit Plaza”da toy zamanı məlum olur ki, restoranda təqdim etmək üçün aparatura yoxdur. Toy sahibinin səs-küyündən sonra aparatura gətirilir, lakin çox keyfiyyətsiz şəkildə, qüsurlarla qonaqlara təqdim olunur. Bu rəzaləti də məclis sahibləri ilə bəy-gəlin sinəyə çəkirlər. Amma...

Fotoşəkil fırıldağı
Hər kəs istəyir ki, iştirak etdiyi xeyir məclisində şəkil çəkdirsin, kollektiv şəkildə, həm də bəy-gəlinlə şəkilləri olsun. O da bu fotonu iştirak etdiyi toy məclisindən xatirə kimi özündə saxlasın. Adi fotostudiyada 20-30 qəpiyə başa gələn fotolar, bütün şadlıq evlərində olduğu kimi “Monolit Plaza”da 2 manata başa gəlir. Yaxşı, buna sözüm yox. Hər kəs qiyməti bilib şəkil çəkdirir. Bəs bu qiymətə olan şəkillərin keyfiyyəti necədir? Restoran rəhbərliyi bəhbəhlə üzə çıxartdığı fotoqrafların şəkillərin keyfiyyətindən əcəba xəbərdardırlarmı? Sarılıq xəstəliyinə tutulmuş kimi saralmış şəkillərin qeyri-professionallar tərəfindən çəkildiyi dərhal sezilir. Araşıdırmalar zamanı məlum oldu ki, restoran rəhbərliyi bu keyfiyyətsiz şəkilləri çəkən fotoqrafa çox cüzi pul verir. Əsas məbləğ də restoran rəhbərliyinə qalır.
Əslində “Monolit Plaza”da fotoqrafların özləri də üzlükləri ilə seçilirlər. Belə ki, onlar toyda iştirak edən qonaqlara israrla xatirə fotosu çəkdirmələrini bildirir. Ətrafındakı insanlar qarşısında çıxılmaz vəziyyətə düşmək istəməyənlər isə asanlıqla fotoqrafların “ovuna” çevrilirlər.

Şirin çay pulu və “bacarıqlı” ofesiantlar
Sən demə bütün restoranlardan fərqli olaraq, “Monolit Plaza”da şirin çay adəti var. Belə ki, bəyin və gəlinin anasına restoran rəhbərliyi ofesiantlarla şirin çay göndərir. Ofesiant da çayı gətirərək analara verir. Analar çayı içib qurtardıqda: “Bəs şirinlik?” deyərək ən azı 20 manat alırlar. Mən hələ adı çəkilən restoranın “kokteyl” əməliyyatından danışmıram. Belə ki, bəylə-gəlinə restoran rəhbərliyi pulsuz olaraq kokteyl təqdim etməlidir. Amma bu kokteyllər bəylə-gəlinə verilmir. Əksinə, gələn qonaqlara zorla sırınır və əvəzində pul alınır. Heç kim kokteyl sifariş verməsə də, ofesiant kokteyli gətirir və əvəzində pul alır.
Bundan başqa “Monolit Plaza”da ofesiantların qulluğu da çox aşağıdır. Belə ki, başları pul qazanmağa qarışan ofesiantlar çox aşağı səviyyədə qonaqlara qulluq edir, adi su içmək istəyənlərə suyu candərdi, minnətlə verirlər. Qeyd etmək yerinə düşər ki, buranın ofesiantları da administratorları Qoşqar bəy kimi pul qazanmağın yollarını gözəl bilirlər. Əfsuslar olsun ki, başları pul qazanmağın yollarının icadına qarışan ofesiantların “Monolit Plaza”dakı fəaliyyətləri ən aşağı səviyyədə olan şadlıq evlərinin ofesiantlarından da qat-qat aşağıdır.

“Çalğıçı yeməyi” fırıldağı
Heç bir restoranda olmayan bir fırıldaq da “Monolit Plaza”da dəb halını alıb. Belə ki, toyu danışmağa gələn toy sahiblərinə Qoşqar bəy toyun sonunda çalğıçıların yemək masalarının pulunu tamlığı ilə ödəyəcəklərini demir. Toyun sonunda isə o, toy sahibindən 12 nəfərlik süfrənin pulunu qəpiyindək tələb edir. Bu azmış kimi, bunu o qədər üzlülüklə edir ki, ev sahibi utanaraq pulu ödəyir.
Qeyd edək ki, “Monolit Plaza”dakı rəzalətlər təkcə toylarla bitmir. Belə ki, Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilən zaman qonaqlar burada yerləşdirilmişdi. Ölkə prezidentinin sərəncamı ilə keçirilən bu tədbirə xarici ölkədən də çoxsaylı qonaqlar gəlmişdi. Konfrans iştirakçısı, Almaniyada yaşayan Almaniyadakı “Muğam” Mədəniyyət Mərkəzinin direktoru Abdulkadir İnaltekin “Monolit Plaza”nın dördulduzlu otel səviyyəsindən çox aşağı olduğunu söyləmiş, otel rəhbərliyinin bir günün pulunu qanunsuz olaraq onlardan almasından, konfrans zamanı çayın belə qonaqlara pulla satılmasından gileylənmişdir. O, “Monolit Plaza”da özbaşınalığın hökm sürdüyünü qeyd etmişdir.
Aldığımız digər məlumat isə daha maraqlıdır. Belə ki, “Təzadlar” qəzeti adı çəkilən məkanda tədbir keçirmək istəmişdir. Hətta, qonaqlar üçün xüsusi dəvətnamələr də qəzet rəhbəliyinə təqdim edilmişdi. Lakin sonradan gələn qonaqlar arasında müxalifət liderlərinin də olduğunu sbilə otel rəhbərliyi “Təzadlar”ın burada tədbir keçirməsinə icazə verilməmişdir.
Sizləri bilmirəm, amma heç kimə “Monolit Plaza”da toy etməsini məsləhət bilmirik. Ən azı gələn qonaqlar arasında başınız aşağı olmasın. Dördulduzlu otelin restoranının administratoru Qaşqar bəyin də şirin vədlərinə aldanmayın. Elə buranın kimə məxsus olması da sizləri aldatmasın. Amma əslində Qoşqar bəyin otelin sahibinə və onun adına ehtiramı olsaydı, burada keçirilən toy şənlikləri belə vəziyyətdə olmazdı. Çünki...
Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Caspian Plaza”da ölüm hadisəsi

    “Caspian Plaza”da ölüm hadisəsi ...

    7-09-2015, 13:52

  • 
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35

  • 
  • Evlilik həvəsini öldürən restoran qiymətləri

    Evlilik həvəsini öldürən restoran qiymətləri ...

    14-02-2016, 17:14

  • 
  • Azərbaycanda toylar da bahalaşdı: şadlıq evləri qiymətləri qaldırır...

    Azərbaycanda toylar da bahalaşdı: şadlıq evləri ...

    25-12-2015, 00:45

  • 
  • İmişlidə bəy toyu axşamı həbs edildi

    İmişlidə bəy toyu axşamı həbs edildi ...

    28-06-2013, 01:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu