GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nurçular rəsmi Bakını necə təhdid edir?

Nurçular rəsmi Bakını necə təhdid edir?

Tarix: 4-03-2014, 10:11 Bölmə :Manşet Baxış: 2 330
Nurçular rəsmi Bakını necə təhdid edir?
Azərbaycan siyasətinə “nur” səpənlər...

Son vaxtlar Türkiyədə baş verən olaylar,iqtidarda olan Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyası ilə Fəthullah Gülən arasında başlanan qarşıdurma dünyanın diqqət mərkəzində olan əsas mövzulardandır.Başlandığı ilk gündən bu hadisələrin Azərbaycandan da yan keçməyəcəyi ehtimal olunurdu və artıq bu proses başlayıb.Rüşvət və korrupsiya əməliyyatında həbs olunan tanınmış iş adamları və dövlət məmurları artıq bir çox yüksək rütbəli Azərbaycan məmurunun adını istintaqda çəkib.Eyni zamanda bir çox hakimiyyət nümayəndələrinin və millət vəkillərinin də Gülən camaatı ilə əlaqələri gündəmin əsas mövzularından biridir.Türkiyədə və dünyanın müxtəlif bölgələrində,o cümlədən Azərbaycanda böyük təsir dairəsi olan nurçular,Gülən camaatı kimlərdir?
Nurçuluq hərəkatının banisi ilk öncə Səid-i Kürdi olaraq tanınan,lakin sonralar doğulduğu Bitlisin Hizan mahalının Nurs kəndinin şərəfinə Nursi soyadını qəbul edən 1873-cü ildə anadan olan Səid Nursidir.Bir müddət Bitlisdə şeyxlik fəaliyyəti göstərən Səid Nursi daha sonra İstanbula gələrək siyasi fəaliyyətlə məşğul olmuşdur.İstanbulda “Kürd Teali Cəmiyyətini” yaradan Nursi “Oyan,ey Səlahəddin Əyyubinin nəvələri kürdlər” deyərək müxtəlif şüarlar səsləndirmişdir.Məktubat adlı əsərində o,özünün türk olmadığını,Türklük ilə heç bir münasibətinin olmadığını və Türkiyədə kürd milləti adlı ayrı bir millətin olduğunu bildirərək “Müstəqil bir Kürdüstanın toxumunu cücərdirəm,onu inkişaf etdirərək böyüdün” deyirdi.Özünü Bədiüzzaman adlandıran Səid Kürdi guya vəhy aldığını və risalələrini onun əsasında yazdığını iddia edirdi.Səid Nursi 1960-cı ildə vəfat etməsinə baxmayaraq tələbələri onun fikirlərini günümüzə qədər yaşadaraq inkişaf etdirmişlər.
Nurçular arasında ilk qruplaşmalar hələ Səid Nursinin sağlığında 1955-1957-ci illərdə yaransa da bu proses onun ölümündən sonra açıq müstəviyə keçmişdir.Birinci qrupa daxil olanlar Qurana küfr yazısı ilə xidmət olmaz fikrini irəli sürərək Nurçuların mütləq ərəbcəni bilməsi,öyrənmələrinin vacibliyini irəli sürmüşlər.Bu qrupa yazıçı Nurçular deyilmişdir.Oxucu Nurçular adıyla tanınan ikinci qrup isə Latın hərfləri ilə görüləcək işlərin qarşıya qoyulmuş hədəflərə çatmaqda köməkçi olacağı fikrini müdafiə etmişlər.Qruplar arasındakı bu fərqlər 1969-cu ildən sonra oxucu qrup işərisində fəal olan Fəthullah Gülən qrupunu ayrı bir qrup kimi ortaya çıxarmışdır.Fəthullah Gülən qrupunun əsas xüsusiyyəti şagird seqmentinə istiqamətli yeni fondların yaradılması işlərinə üstünlük vermələri olmuşdur.İndiki dövrdə Nurçular “Jurnalistlər,Şuraçılar,Fəthullah Gülənçilər,Yazıçılar” olaraq fəaliyyət göstərməkdədirlər.
Nurçular,özlərini Nur tələbələri hesab etməklə Hizbul Quran olduqları fikrini irəli sürürlər.Hər bir nurçunun bir sıra vəzifələri vardır ki,buraya Nurçuluğa və Nurçuluğun böyüklərinə sədaqət,Nurçuların sirlərini açmamaq və idealarının reallaşması üçün daim fəaliyyətdə olmaq kimi öhdəliklər daxildir.Həmçinin hər bir nurçu getdiyi ərazidə camaatına yeni bir şəxs əlavə etməli,harda olursa olsun “Risaleyi-Nur” oxumalı,hansı şərtlər daxilində olursa olsun Səid Nursini mütləq müdafiə etməlidir.
Müasir mərhələdə nurçuluq təriqətinin lideri Fəthullah Güləndir.F.Gülən 1941-ci ildə Ərzurumun Qorucuq kəndində anadan olmuşdur.O 1959 –cu ildən etibarən Türkiyənin ayrı-ayrı bölgələrində 30 ildən çox müxtəlif vəzifələrdə çalışmışdır.1999-cu ildən Amerikada,Pensilvaniyada yaşayır.Gülən sisteminin məqsədi Türkiyə dövlət idarəçiliyini devirib Osmanlı Xilafəti coğrafiyasında dini teokratik Türk İslam dövləti yaratmaq,şəriət qanunları əsasında şəriət dövləti qurmaqdır.Bir çoxlarının fikrincə nurçuluq hal hazırda Türkiyədə ordudan sonra ən güclü təşkilatlanmaya məxsus bir şəbəkədir.Onlar siyasi məqsədlərinə çatmaq üçün hakimiyyət sıralarına yol tapmaq,hakimiyyətdə təmsil olunan məmurlarla imkan daxilində daha çox əlaqələr qurmaq,təbliğat vasitələrindən istifadə edərək daha çox tərəfdar toplamaq xəttini tutmuşlar.Öz nüfuz dairələrini genişləndirmək,cəmiyyətə və dövlətə daha çox təsir etmək üçün əsas strategiya kimi təhsil sistemi ön plana çəkilmişdir.İdeyalarının yayılma coğrafiyasını genişləndirmək üçün nurçular dünyanın 90-dan çox ölkəsində təxminən 500 lisey,özəl məktəblər,400-dən çox təhsil və din kursları,universitetlər,tələbə yataqxanaları,vəqflər,həmçinin geniş biznes şəbəkələri açmışlar.Daha çox zəif inkişaf edən və inkişaf etməkdə olan ölkələrdə öz şəbəkələrini qurmağı bacarmışlar.Bu təşkilatın xətti ilə 100 mindən çox şagirdə təhsil verildiyi təxmin edilir.Nur camaatı həmçinin çox böyük təbliğat sistemini kütləvi informasiya vasitələri,qəzetlər,jurnallar,telekanallar,radiostansiyalar qurmaqla da həyata keçirir.”Zaman” qəzeti (adının Bədiüzzamandan qaynaqlandığı ehtimal olunur)1 milyon tirajla Türkiyənin ən çox satılan qəzetlərindən biridir.Türkiyənin həm də ilk internet qəzeti olmaqla ayrıca olaraq ABŞ,Avropa,Azərbaycan,Bolqarıstan,Qazaxıstan,Qırğızıstan və Rumınyada da “Zaman”ın yerli buraxılışları nəşr olunur.Camaatın həmçinin onlarla digər müxtəlif nəşrləri və internet resursları vardır.Məhşur “Aksiyon” jurnal da bu sıraya daxildir.
Gülən camaatının Azərbaycanda formalaşması müstəqilliyin ilk dönəmlərinə aid edilir.Azərbaycanın müstəqilliyi elan olunandan dərhal sonra ilk olaraq təhsil sisteminə nüfuz etməklə ölkəmizdə camaatın formalaşması mərhələsi başlandı.Ölkəmizdə Nurçuluğun özəyini “Çağ” Öyrətim İşlətmələri” Məhdud Məsuliyyətli Müəssisə nəzdnində fəaliyyət göstərən şirkətlər qrupu təşkil edir.Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrə “Araz” Hazırlıq Kursları(Zaqatala,Şəki,Şamaxı,Qax,Gəncə,Mingəçevir,Lənkəran,Şirvan,Bakı və Sumqayıtda bölmələri var),Azərbaycan-Türkiyə Özəl Türk Liseyləri (Mingəçevir,Şəki,Gəncə,Ağdaş,Quba,Şirvan,Lənkəran,Bakı və Sumqayıtda bölmələri var),”Zaman” Öyrətim Şirkətinə daxil olan liseylər və s.daxildir.Verilən məlumatlara görə, hər il bu liseylərdə təhsil almaq üçün 10 minə yaxın şagird müraciət edir.Bəzi məlumatlara görə, hazırlıq kurslarını bitirərək yüksək bal toplayanlar daha çox Qafqaz Universitetində təhsil almaq üçün yönləndirilir.Verilən məlumatlara görə, Hərbi həkimlik,Polis Akademiyası,MTN və bir çox digər mühüm dövlət təsisatları bu şəbəkəyə daxil olan liseylərin atestatlarını qəbul etmirlər.Eyni zamanda camaatın Azərbaycanda çox geniş fəaliyyət göstərən kütləvi informasiya vasitələri şəbəkəsi də mövcuddur.Bu şəbəkəyə “Xəzər TV”,”Burc FM”,eləcə də digər qəzet və jurnallar daxildir.Fəaliyyət göstərdikləri müddət ərzində xeyli geniş şəbəkə formalaşdırmaqla Azərbaycanın təhsil və media sahəsində kifayət qədər mövqe sahibi olamağı bacarmışlar.Artıq Azərbaycan təhsil sistemində demək olar ki,iki nəsil nurçular yetişdirməsi vardır və onlar müxtəlif səviyyələrdə kifayət qədər təşkilatlanmışlar.Fəaliyyətlərində əsasən lobbiçiliyə üstünlük verən camaat artıq Azərbaycanın üst düzənində belə mövqe tutmağa müvəffəq olmuşdur.Xüsusilə təhsil müəssisələrində daha çox savadlı şagirdlərə üstünlük verən nurçuların Azərbaycan üçün hesablanmış proqramları daha çox gələcəyə yönəlikdir.Ölkənin təhsil sistemində hökm sürən ciddi problemlərin fonunda güclü maliyyə qaynaqlarına malik olan camaat dövlət məktəblərindən daha yüksək səviyyəli təhsil şəraiti yaratmaqla ölkənin “beyin potensialını” nəzarətə götürməyə nail olmuşdur.Nurçuların Azərbaycanda təhsil sistemində daha geniş şəbəkə qurmasına şərait yaradan amil də məhz bu sahədə olan böyük boşluqlar oldu.İstənilən halda hər hansı bir ölkənin təhsil sisteminə kimliyindən asılı olmayaraq kənar bir qüvvənin müdaxiləsi çox təhlükəli bir tendensiyadır.Çünki təhsilin bilavasitə millətin gələcəyi ilə bağlı olan sahə olması dolayısıyla dövlətin təhlükəsizliyi baxımından çox vacibdir.Odur ki, ölkənin təhsil sistemində xüsusi mövqe tutmağı bacaran camaatın gələcəyə hesabladığı planları artıq reallaşma mərhələsindədir.Son dövrlərdə müxtəlif mənbələrin Azərbaycan dövlətinin müxtəlif strukturlarında “nur camaatı”nın nümayəndələrinin konkret adlarını çəkməsi bunun sübutudur.Adı çəkilənlər arasında hakimiyyətin ən yuxarı eşalonlarında,parlamentdə təmsil olunan şəxslərin olması isə cəmiyyətdə kifayət qədər narahatlıq yaratmışdır.2001-ci ildə yaradılmış Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin ilk sədri olmuş Rafiq Əliyevin virtual.org saytına verdiyi müsahibəsində bəzi məqamlara diqqət edək:”Nurçular ölkəmizdə praktik olaraq bütün sahələrə nüfuz ediblər.Nurçular Azərbaycanın dövlət aparatına təsir ediblər,təsir edirlər və hələ uzun müddət də təsir edəcəklər.Bu nə qədər qorxunc səslənsə də nurçular Prezident Administrasiyasından,Nazirlər Kabinetindən tutmuş ta polisə və xüsusi xidmət orqanlarına qədər hər yerdə təmsil olunurlar.Nurçuların Azərbaycanda öz universitetləri,liseylər şəbəkəsi,ticarət obyektləri var.Yəni onların mövqeləri çox güclüdür.Nurçular arasında dəmir intizam var.Onların hamısı öz imimları Fətullah Gülənə tabedirlər.Nurçu sektası öz adamlarını hələ məktəb partasından etibarən yetişdirir və pillə-pillə qaldırır.Onlara tərbiyə və təhsil verir,təhsil haqqını ödəyir,sonradan işlə təmin edir.Gənc nurçular çox savadlı və yaxşı təhsilli olurlar.Ona görə də onların dövlət aparatında iş tapması elə də problem deyil.Doğrudur,bu gənclər camaata mənsub olduqlarını səylə gizlədirlər.Sektanın rəhbərliyi yuxarı pilləyə çatan nurçunu heç vaxt unutmur.Ərdoğan düz deyir,nurçular sektası dövlət içərisində dövlətdir.”
Göründüyü kimi,artıq nurçu camaatı ölkənin bütün dövlət sisteminə nüfuz etməyi bacarmışdır.Bunun hansı nəticələrə gətirib çıxaracağını isə əlahəzrət zaman göstərəcəkdir!
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur

    Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur ...

    16-07-2016, 03:27

  • 
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • Fətullah Gülən: "Apreldən sonra nazirləri biz təyin edəcəyik" - Video

    Fətullah Gülən: "Apreldən sonra nazirləri ...

    31-01-2014, 13:36

  • 
  • Gülən camaatına həlledici zərbə vurulacaq

    Gülən camaatına həlledici zərbə vurulacaq ...

    14-01-2015, 17:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu